Read More9
Read More9

Vakansiya: Xərclər üzrə mühasib – Veysəloğlu Şirkətlər Qrupu

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

əmlak, Minimum əmək haqqı, Əmlak satışı, ƏDV, mənfəət vergisi,cərimə, ezamiyye xercleri, ezamiyyə xərcləri,, vakansiya mühasib Əsas vəsaitlər amortizasiya esas vesaitlerVakansiya: Xərclər üzrə mühasib.

İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu.

İş barədə məlumat

Xərclərin və gəlirlərin sistemə tanıdılması, ehtiyat hissələrinin hesabatının və carilərin ümumi qalıqlarının yoxlanılması, ödənişlərin Tiger proqramı üzrə izlənilməsi, müvafiq sənədlərin ödəniş üçün hazırlanması və beynəlxalq daşımalar üzrə nəqliyyat ödənişlərini həyata keçirir.

– Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunu aparmaq

– Ay ərzində işlənmiş bütün xərc və gəlirlərin əvvəlki ayalarla müqayisə edilməsi, mühüm fərqlərin araşdırılması;

– Hesabatlarda yaranan problemləri təchizat əməkdaşlarına bildirmək və həllinə dair təkliflər vermək;

– Yerli və xarici kreditor nəqliyyat şirkətlərinin sənədlərinin ödəniş üçün hazırlanmasını təmin etmək ( nəqliyyat daşımaları edilən şirkətlərin və sifarişlərin yoxlanılması)

– Müştərək və xarici nəqliyyat şirkətləri ilə Beynelxalq daşıma qalıqları üzrə üzləşmənin edillməsi (sifarişlərin müştərək şirkətlərə göndərilməsi, həmçinin keçmişdən qalan borclar ilə birlikdə aylıq üzləşmənin yekunlaşdırılması)

– Müştərək şirkətlərə təhvil-təslim aktlarının hazırlanması, EVHF-nın göndərilməsi və ödənişlərin izlənilməsi;

– Ehtiyat hissələrinə aid sifarişlər və qaimələrdəki malların dəyər və saylarının eyniliyini yoxlamaq, satınalma və ödənişin eyni caridə olmasına nəzarət etmək və satınalma vərəqi ilə müqayisə aparmaq;

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;

– Nahar ilə təmin edilmə;

– Endirimli tibb xidməti;

– 5 günlük iş qrafiki;

– Əmək müqaviləsi.

– İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.

– Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Namizədə tələblər

İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il

Təhsil: Ali iqtisadi təhsil

– MS Office proqramları biliyi;

– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;

– Məsuliyətli və çalışqan;

– Problemləri həll etmə bacarığı;

– Rus və İngilis dilini bilmək arzu olunandır.

Müraciət qaydaları: / elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Xərclər üzrə mühasib yazıb CV göndərməklə müraciət edilir.

Mənbə: finstaff.az


Mühasibat uçotunda səhvlərin düzəldilməsi

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotuMühasibat uçotu qarşısında qoyulan tələblərdən biri də təsərrüfat əməliyyatlarının düzgün əks etdirilməsidir. Mühasibat uçotunda və hesabatlarda keçmiş dövrlər üzrə buraxılmış səhvlər vaxtında aşkar edilib düzəldilməlidir. Mövzunu BSC konsalting şirkətinin maliyyə direktoru Arzu Xəlilova şərh edir.

Səhvlərin düzəldilməsi qaydası səhvin vaxtına və mahiyətinə bağlıdır. Səhvlərin mahiyyətini təşkilat özü müəyyənləşdirir. Səhvlər müxtəlif səbəblərdən baş verə bilər:

  • mühasibat uçotu qanunvericiliyindən sui-istifadə olunur;
  • uçot siyasətinə düzgün əməl edilmir;
  • hesablamalarda səhvə yol verilir;
  • yanlış təsnifləşdirmə aparlır, iqtisadi fəaliyyət faktları düzgün qiymətləndirilmir və s.

Səhvlərin düzəldilməsində bir neçə üsul tətbiq olunur:

  • korrektura;
  • əlavə yazılış;
  • qırmızı storno.

Bu və ya digər üsulun tətbiqi səhvin xarakterindən və onun aşkara çıxarılması müddətindən asılıdır.

Məbləğləri hesablayan zaman buraxılmış səhvlər yekun göstəriciləri müəyyən edənə qədər aşkar edildikdə onlar korrektura üsulu ilə düzəldilir.

Səhvlərin düzəlməsi haqqında Mühasibat Uçotunun Beynəlxalq Standartında geniş qeyd edilib. 8 №-li Beynəlxalq Standartda keçmiş dövrlərin səhvləri dedikdə müəssisənin bir və ya bir neçə əvvəlki dövrlərini əhatə edən maliyyə hesabatlarında aşağıdakı şərtləri təmin edən etibarlı məlumatdan istifadə edilməməsi və ya səhv təqdim edilməsi nəticəsində buraxılmış səhvlər və edilmiş yanlış bəyanatlar nəzərdə tutulur:

  • məlumat həmin dövrlərin maliyyə hesabatları dərc olunmaq üçün razılıq verildiyi zaman mövcud olduqda;
  • məlumatın həmin maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı əldə edilməsi və uçota alınması məntiqi olaraq mümkün hesab edildikdə.

Belə səhvlərə riyazi və uçot siyasətinin tətbiq edilməsi zamanı buraxılan səhvlər, faktların gözdən qaçırılması və ya səhv izah edilməsi və saxtakarlıq daxildir.

Retrospektiv tətbiqetmə – yeni uçot siyasətinin əməliyyatlara, digər hadisə və şərtlərə onun sanki həmişə tətbiq edildiyi şəkildə tətbiq edilməsidir.

Retrospektiv qaydada təkrar təqdimat – maliyyə hesabatları elementlərinin məbləğlərinin tanınması, ölçülməsi və açıqlanmasına dair keçmiş dövrlərin səhvlərinin sanki heç olmadığı kimi düzəldilməsidir.

ƏDV dövrünün dəqiqləşdirilməsi, düzəldilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 163-cü maddəsi ilə tənzimlənir. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Səhv və ya yanlış təqdim edilmiş bəyanatların istifadəçilərin iqtisadi qərarlarına təsirinin və beləliklə əhəmiyyətliliyinin qiymətləndirilməsini, həmin istifadəçilərin xüsusiyyətlərinin təhlilini tələb edir. “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə Konseptual Əsaslar”ın 25.2-ci maddəsində “istifadəçilərin biznes, iqtisadi fəaliyyət və mühasibat uçotu üzrə əsaslı biliklərə malik olduqlarının və informasiyanı öyrənmək üçün əsaslı səylərə hazır olduqlarının ehtimal olunduğu”qeyd edilir. Beləliklə, bu xüsusiyyətlərə malik istifadəçilər tərəfindən iqtisadi qərarların qəbul edilməsinə məntiqi olaraq hansı təsirin gözlənilə biləcəyi qiymətləndirmə zamanı nəzərə alınmalıdır.

Mənbə: vergiler.az



İqtisadiyyat və maliyyə üzrə ödənişsiz təcrübə proqramı elan olunur

posted in: iqtisadiyyat, Maliyyə, Təcrübə, Xəbər | 0

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər:(ödənişsiz təcrübə proqramı,maliyyə)

  • İqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları, dizayner

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;
  • Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5,);
  • Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir. Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən 26 noyabr 2019-cu il tarixinə kimi  ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Mənbə: vergiler.az



Gələn il qeyri-neft sektorunda əhəmiyyətli artım gözlənilir

posted in: Xəbər | 0

Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 5-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Görülən işlər nəticəsində qeyri neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.

Mənbə: vergiler.az



error: Content is protected !!