Read More9
Read More9

Doqquz ayda paytaxt üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əmək haqqı artıb

posted in: Xəbər | 0

orta aylıq əmək haqqıƏmək haqlarının, iş yerlərinin və dövriyyələrin artırılması istiqamətində ölkə üzrə həyata keçirilən islahatlar müsbət bəhrəsini verməkdədir. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 68 min 876 nəfər artaraq 773 min 647 nəfər təşkil edib. İdarənin hesabatına əsasən, 8 ayda əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əmək haqqı da yüksəlib. Belə ki, orta aylıq nominal əmək haqqı 4,4 faiz artaraq 822,2 manat olub.

Paralel olaraq paytaxtın ictimai iaşə dövriyyəsində də ciddi artım müşahidə olunub. Belə ki, Bu ilin yanvar-sentyabr aylarında paytaxtın ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 755,6 milyon manat olub. Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 350,1 milyon manat təşkil edib.

Mənbə: vergiler.az



Agentin həyata keçirdiyi əməliyyatların ƏDV-yə cəlb edilməsi

posted in: Vergi, Xəbər | 0

ƏDV-nin əvəzləşdirilməsi, ƏDV-nin əvəzləşdirilməsində yeniliklər,ƏDV EDV Mənfəət vergisiHəm komisyon, həm də agent qaydasında aparılan əməliyyatlar üzrə ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 172-ci maddəsinə əsasən tənzimlənir. İqtisadçı ekspert Anar Bayramov bu maddədə diqqət yetirilməli olan məqamları şərh edir.

Tutaq ki, “A” MMC 10.000 manatlıq malları agent qaydada “S” MMC vasitəsilə təqdim edir və bu zaman həmin əməliyyatlar əlavə dəyər vergisinə cəlb edilir. Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar ( mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir. Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, yalnız digər şəxsə göstərdiyi xidmətlərə görə elektron vergi hesab-fakturası verir. Elektron vergi hesab-fakturası ƏDV ödəyicisi olan digər şəxs tərəfindən agentə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verir.

İzah: Misalı davam etdirək. Tutaq ki, həmin 10.000 manatlıq satışa görə 15 faiz haqq ödənilməlidir. Bu zaman 1.500 manat (10.000 manat * 15 faiz) “A” MMC-nin gəlirindən çıxılan xərcinə aid edilir. Həmçinin, “S” MMC əlavə dəyər vergisi ödəyicisi olduğu halda, 1.500 manatlıq haqq üçün vergi hesab-fakturası təqdim etməlidir. “A” MMC həmin xidmət haqqına hesablanan ƏDV məbləğinin 324 manatını (1.800 manat * 18 faiz) qaydalara uyğun ödədiyi halda əvəzləşdirə bilər.

Digər şəxs tərəfindən agentə verilmiş malların (işlərin, xidmətlərin) dəyərinə əlavə dəyər vergisi daxil edilib-edilməməsindən asılı olmayaraq, agent malların (işlərin, xidmətlərin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturası verə bilməz.

Bu maddəyə əsasən, “S” MMC agent qaydada aldığı malları başqa vergi ödəyicisinə satdığı halda, ona vergi hesab-fakturası verə bilməz.

Mənbə: vergiler.az



Rusiyada yeni nazirliklər mühasibatlıq olmadan keçinə biləcəklər

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasibatlıq, Rusiya vergi orqanları, mühasibatlıqYeni nazirliklər mühasibatlıq olmadan keçinə biləcəklər.

Maarif nazirliyi və Elm və ali təhsil nazirliyi öz fəaliyyətlərinin mühasibat uçotunu aparmayacaqlar. Bu iki idarə bu funksiyaları Federal xəzinədarlığa verəcək ilk federal nazirliklər olacaq. Bu haqda Rusiya  hökumətinin qərar layihəsinə istinadla “Kommersant” nəşri məlumat verib.

Elm və maarif nazirlikləri özlərinin qeyri-profil fəaliyyət göstərmək səlahiyyətlərini xəzinədarlığa verəcəklər. Yeniliklər bir il ərzində qüvvəyə minməlidir. Xüsusilə, xəzinədarlıq nazirliklərdə büdcə uçotu və büdcə hesabatlarının formalaşdırılması, əmək haqlarının hesablanması və ödənilməsi, eləcə də büdcəyə digər ödənişlər və onlarla bağlı məcburi ödənişlərin aparılmasını həyata keçirəcək.

İlk və hələ ki, mühasibat funksiyalarını xəzinədarlığa verən yeganə dövlət orqanı Rosakkreditləşmə oldu. Bu pilot layihə 2018-ci ilin əvvəlində başlamışdır. Bir il ərzində bir neçə federal qurum da ona qoşulmalıdır. Hesab edilir ki, bu qərar icarə ödənişlərinə qənaət etməyə və əməkdaşların sayının optimallaşdırılmasına, səmərəliliyin artırılmasına, həmçinin korrupsiyanın azalmasına gətirib çıxarmalıdır.

May ayında Rusiyanın baş naziri Dmitri Medvedyev prezident Putinə təhsil və elm nazirliklərini iki idarəyə bölməyi təklif edib. Onlardan birinə – Maarif nazirliyinə məktəb, məktəbəqədər təhsil və pedaqoji təhsil müəsisələri, digərinə isə elm və ali təhsil nazirliyinə – bütün digər ali təhsil və elm sahələri düşməlidir. Birinci quruma sabiq təhsil və elm naziri Olqa Vasilyeva, ikinciyə isə elmi təşkilatların federal agentliyinin sabiq rəhbəri Mixail Kotyukov rəhbərlik edəcək.



Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə arayışın verilməsi

posted in: Vergi, Xəbər | 0

Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Xidmətin adı: Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə arayışın verilməsi

Tələb olunanlar: – Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



error: Content is protected !!