Read More9
Read More9

ƏDV ödəyicisi olan və olmayan şirkətlər arasında ƏDV əməliyyatları necə aparılır?

posted in: Vergi, Xəbər | 0

ƏDV ödəyicisi olan və olmayan şirkətlər arasında ƏDV əməliyyatları necə aparılır?

Əlavə dəyər vergisi, kənd təsərrüfatı, ƏDV-dən azad,Vergilər Nazirliyinin bu sualla bağlı açıqlamasında bildirilir ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda əlavə dəyər vergisinin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən əlavə dəyər vergisinin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə əlavə dəyər vergisinin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Sualda qeyd olunan halda, malları təqdim edən şirkət malların dəyərinə 18 faiz əlavə dəyər vergisi hesablamaqla təqdim edir. ƏDV ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə elektron qaimə-faktura, yaxud qəbz və ya çek verilə bilər.

Mənbə: vergiler.az



Korporativ kreditlərin təhlili üzrə təcrübəçi tələb olunur

posted in: Vakansiya, Xəbər | 0

Kredit risklərinin idarə edilməsi, təcrübəçi,korporativ kredit, korporativ kreditlərin təhlili, Maliyyə təhlili üzrə təcrübəçiAzərbaycan Beynəlxalq Bankı ASC Korporativ kreditlərin təhlili üzrə təcrübəçi (Corporate credit analyst intern) axtarışındadır.(Korporativ kreditlər)

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
  • Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
  • Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
  • Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.

Vakant vəzifə üzrə tələblər:

  • Mühasibatlıq/Maliyyə/Biznesın idarəedilməsi sahələrində yeni bitimiş gənclərə üstünlük veriləcəkdir;
  • CFA üzrə müəyyən bilgilərə sahib olmaq;
  • Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Analatiki bacarıqlar, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın kreditləşmə sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
  • Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
  • Təşkilatların maliyyə analizlərinin aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  20 noyabr 2019-cu il tarixinədək  / elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Corporate credit analyst intern” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: ibar.az


Fərdi fahibkar asan imza olmadan MDSS hesabatı göndərə bilər?

posted in: Xəbər | 0

Fərdi fahibkar asan imza olmadan MDSS hesabatı göndərə bilər?

Sual: Fərdi fahibkar asan imza olmadan internet vergi idarəsinden kod-parol ilə daxil olub rüblük DSMF üzrə bəyannaməsini təsdiq edib göndərə bilərmi?

Cavab: Bildiririk ki, muzdlu işçisi olmayan fərdi sahibkarlar “Məcburi dövlət sosial sığortası haqqı” hesabatını istifadəçi kodu, parol və şifrə vasitəsilə onlayn qaydada təqdim edə bilərlər.

Mənbə: vergiler.az


Bax: Ödəniş 30 gün ərzində hissə-hissə ödəndiyi halda 166-cı maddənin izahı


Maliyyə Nazirliyində kadr və struktur dəyişiklikləri olub

posted in: Kadr, Maliyyə, Xəbər | 0

Maliyyə Nazirliyində kadr və struktur dəyişiklikləri olub

Maliyyə Maliyyə Nazirliyi vergi gömrükMaliyyə Nazirliyində Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzi yaradılıb.

Mərkəzə rəhbərlik İlham Kərimova həvalə olunub.

Bundan başqa, Nazirliyin Hüquq şöbəsinin müdiri Xaliq Rəhmanov qurumun aparat rəhbərinin müavini təyin edilib. O, eyni vaxtda iki vəzifə daşıyacaq.

Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyə şöbəsinin müdiri Xaqani Rzayev isə Nazirlik yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunub.

Adı çəkilən şöbənin əvəzində isə 2 yeni şöbə yaradılıb. Bunlardan biri Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsidir ki, ona müdir Cavid Məmmədov təyin edilib. Digər yeni şöbə isə Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsidir ki, onun müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Zakir Hacıyevə həvalə olunub.

Həmçinin Nazirliyin hərbi qurumların və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdiri dəyişib. İndiyə qədər şöbəyə rəhbərlik edən Rafiq Hüseynovu Etibar Kərimov əvəz edib.

Bundan başqa, Nazirliyin Ümumi şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şahin Qarayevə həvalə olunub. O, bu vəzifədə bir qədər əvvəl 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilmiş Lalə Həsənovanı əvəzləyib.

Mənbə: report.az



error: Content is protected !!