Maliyyə departamentinə “İstehsalatın planlanması üzrə təcrübəçi-mütəxəssis” tələb olunur
Vəzifənin adı: Maliyyə departamenti, Planlaşdırma və Kod mərkəzi şöbəsi, Təcrübəçi-mütəxəssis.
Vəzifə öhdəlikləri:
• Material hərəkətinin izlənilməsi;
• Satınalma tələblərinin hazırlanması;
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi.
Təhsil/Təcrübə:
• Maliyyə, Mühasibatlıq və ya Riyaziyyat sahəsində ali təhsil;
• MS Office, Excel – üstün səviyyədə;
• Güclü analitik təhlil qabiliyyətinə və riyazi düşüncəyə malik olması;
• Komanda ilə işləmək bacarığı;
• Stressə davamlı;
• Dəqiq, məsuliyyətli və punktual olmaq, detallara önəm verə bilmək.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• İş saatı: 9:00-18:00
• İş qrafiki: I-V günlər
• İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalatın planlaması üzrə təcrübəçi-mütəxəssis” yazaraq / ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Mənbə: jobsearch.az

Bakıda saxta aksiz markalı, eləcə də aksiz markası olmayan spirtli içkilərin və tütün məmulatlarının satış məqsədi ilə saxlanılması halları aşkar edilib. Bu barədə Vergilər Nazirliyindən bildirilib.
Sual: Balansında yük maşını olmayan, yükdaşıma xidməti göstərən firma daşımaya cəlb etdiyi maşınlara yanacaq verə bilərmi? Əgər verə bilərsə hansı sənədlərə əsasən yanacaq hesablanmalıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatında bildirilib ki, 15 yaşına çatmamış şəxslər əmək müqaviləsinin tərəfi ola bilməz. Belə müqavilələrin elektron sistemdə qeydiyyatı və rəsmiləşdirilməsi də qeyri-mümkündür. E-sistem belə müqavilələri avtomatik müəyyən edir və onlarla bağlı bildirişləri heç bir halda qeydiyyat üçün qəbul etmir.