Read More9
Read More9

Vakansiya: Baş Mühasib – Bioloji Təbabət Klinikası

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib, vakansiya, əsas vəsaitlər üzrə mühasib vakansiya aparıcı baş mühasib köməkçisiVakansiya: Baş Mühasib.

İşəgötürən: Bioloji Təbabət Klinikası.

İş barədə məlumat

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi.
  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi.
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi.
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi.
  • DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim edilməsi.
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkili və nəzarət edilməsi.
  • İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün.
  • İstirahət: Bazar günü;

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.

Namizədə tələblər

  • Təhsil: Ali (Mühasibat uçotu və audit, İqdisadiyyat, Menecment və Maliyyə ixtisasları)
  • Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə)
  • Azərbaycan dilində sərbəst, rus dilində yaxşı ünsiyyət qurma bacarığı.
  • MS Office proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə)
  • ACCA, CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir.
  • Komanda ilə işləmə qabiliyyəti.
  • Operativlik, məsuliyyətlilik.
  • Analitik düşünmə, analiz etmə, diqqətlilik.
  • Strateji yanaşma və rəhbərlik etmə qabiliyyəti.
  • Ədalətlilik və düzgünlük.

Son müraciət tarixi: 23.11.2019

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzü hissəsində Baş mühasib qeyd edərək CV-nizi / ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


“Son 10 ayda iqtisadiyyatımızın “kölgə”dən “ağ”a çıxmaq meyllərini müşahidə edirik”

posted in: iqtisadiyyat, Xəbər | 0

vergiler naziri, Vergilər Naziri, Mikayıl Cabbarov,qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri Rəqəmsal“İqtisadi inkişafın sürətləndirilməsi, iqtisadi artım templərinin xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi vəzifələr və hədəflər qarşımızda durur”. (İqtisadiyyat)

Bunları Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu posta təyin olunduqdan sonra verdiyi ilk müsahibədə deyib.

M.Cabbarov qeyd edib ki, növbəti həftələr ərzində qarşıda duran əsas məsələlərdən biri “həmin hədəflərə necə çatmaq olar?” sualına cavab tapmaq olacaq:

“Başqa sözlə İqtisadiyyat Nazirliyinin yenilənmiş iş proqramlarını, hədəflərini ortaya qoymaqdan ibarət olacaq. Biz öz işimizi müsbət bünövrə üzərində davam etdirəcəyik. Əgər makroiqtisadi göstəricilərimizə nəzər salsaq, prinsip etibarı ilə bizim müsbət göstəricilərimiz mövcuddur. Xarici borcumuz aşağı səviyyədədir, makroiqtisadi sabitlik təmin olunub. Artıq son 10 ay ərzində xüsusilə biz sürətlə qeyri-formal iqtisadiyyatın formal iqtisadiyyata, yəni “kölgə”dən “ağ”a çıxmaq meyllərini müşahidə edirik. Bunu yeni əmək müqavilələrinin, iş yerlərinin artımında, vergi mədaxillərində, gömrük mədaxillərində, bir sıra digər iqtisadi amillərdə görürük”.

Nazir əlavə edib ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi dövlətin imkanlarını artırır:

“Maliyyə sektorunda – banklarda olan vəsaitlərin, hesablarda olan vəsaitlərin sürətli artımını müşahidə edirik. Bir sözlə, ümumi müsbət tendensiyalar mövcuddur. Eyni zamanda hamımıza bəlli olan, dövlət başçısının da müvafiq çıxışlarında qeyd edilən çatışmazlıqlar, hədəflər var. Çatışmazlıqlarla mübarizə aparmaq, həmin hədəflərə nail olmağı İqtisadiyyat Nazirliyinin əsas vəzifəsi kimi görürük. Həyata keçirdiyimiz işlərdə ana prinsip təmin edilmiş iqtisadi müstəqilliyin qorunub saxlanılması, başqa sözlə desək, Azərbaycan iqtisadiyyatının dövlətimiz qarşısında duran vəzifələrin həlli üçün zəruri olan resursları təmin etmək, yeni iş yerlərinin yaradılmasına xidmət etmək, əhalinin məşğulluğunu artırmaq, iqtisadi fəallığı artırmaq kimi hədəflərdir. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi həm dövlətin-büdcənin imkanlarını artırır, həm vətəndaşların imkanını artırır. Bu istiqamətdə də fəaliyyətimizi quracağıq”.

Mənbə: report.az



Bakı və Regional (Gəncə) filiallarına Kredit inzibatçılığı üzrə təcrübəçi tələb olunur

posted in: Təcrübə, Vakansiya, Xəbər | 0

maliyyə hesabatlığı üzrə mütəxəssis, büdcə, vakansiya, maliyyə, təlim, Əmtəə-material vakansiya material mühasibiVakansiya: Bakı və Regional (Gəncə) filiallarına Kredit inzibatçılığı üzrə təcrübəçi.

İşəgötürən: AFB Bank.

İş barədə məlumat

  • Kredit müqavilələrinin bağlanması üçün tələb olunan sənədlər siyahısının kredit mütəxəssilərindən toplanması;
  • Müştərilər üçün müqavilələrin hazırlanması və onların reyestrinin aparılması;
  • Müqavilələr imzalandıqdan sonra onların doğruluğunun və düzgünlüyünün yoxlanılması;
  • Müqavilələrin və sənədlərin elektron arxivləşdirilməsi;
  • Kreditlərin bank sisteminə yığılması;
  • Kredit ödənişlərinin aparılması.

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı və Gəncə şəhərləri.

Namizədə tələblər

  • Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
  • Bank üzrə ümumi biliklərə malik olmaq;
  • Ofis proqramları ilə işləmək bacarığı (Excel, Word, Power Point);
  • Öyrənməyə və inkişafa yüksək həvəs;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus və ingilis dilini bilənlərə üstünlük verilir);

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Kredit inzibatçılığı üzrə təcrübəçi qeydi edərək / elektron ünvanına göndərməyini xahiş edirik.

Mənbə: finstaff.az

Kredit inzibatçılığı, təcrübəçi

“Daha böyük iqtisadiyyatda daha çox vergi mədaxili təmin edilə bilir”

posted in: iqtisadiyyat, Vergi, Xəbər | 0

emek muqavilesi, manat, əmək müqaviləsi,“İqtisadiyyat Nazirliyinin əsas hədəfi iqtisadiyyata bütöv baxışı əks etdirməkdir. Bunun üçün bir sıra alətlər mövcuddur”. (vergi mədaxili)

Bu fikirləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu posta təyin olunduqdan sonra verdiyi ilk müsahibədə deyib.

M.Cabbarov qeyd edib ki, onlardan biri vergi siyasətidir: “Vergi siyasətini bizi iqtisadiyyatın rəqabətqabiliyyətliliyi amili, faktoru kimi qiymətləndiririk. Sirr deyil ki, bu gün vergi yükünün mövcudluğundan, səviyyəsindən, vergi inzibatçılığının mədəniyyətindən asılı olaraq bir sıra istər yerli, istər xarici investorlar yeni işi, yeni biznesi başlamaq yoxsa başlamamaq, hansı ölkədə başlamaq, hansı həcmdə sərmayəni həyata keçirmək kimi suallara cavab verir və müvafiq qərarlar verir. Bu mənada düşünürəm ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişlənməsindən ibarət olmalıdır, iqtisadiyyatın rəqabətliliyinə yönəlməlidir. Bu öz növbəsində iqtisadi inkişafın, iqtisadi fəaliyyətin, vergitutma bazasının genişlənməsinə gətirib çıxarır. Daha böyük iqtisadiyyatda müvafiq olaraq daha çox vergi mədaxili təmin edilə bilir.

Dövlət əmlakı, dövlət müəssisələri kimi mövzuya gəldikdə burada da ilk növbədə qeyd olunmalıdır ki, dövlət mülkiyyətində olan bir çox müəssisələrin fəaliyyəti ümumilikdə iqtisadi fəallığa təsir edir. Burada xüsusi ilə təbii inhisarları qeyd etmək olar. Bu tək Azərbaycanda deyil, hər bir ölkənin iqtisadiyyatındadır. İnfrastruktur təminatını, xidmətləri təmin edən qurumların tariflərinin dərəcələri, ölkədə iqtisadi fəallığın səviyyəsinə təsir edə bilir. Bu mənada inanıram ki, bizim müvafiq aidiyyatı dövlət qurumları ilə, dövlətin mülkiyyətində olan şirkətlərlə işləyərək birgə qarşımızda duran vəzifələri uğurlu şəkildə həll edə biləcəyik.

Digər məsələ isə dövlətin mülkiyyətində olan əmlakın daha səmərəli istifadə etməklə iqtisadi siyasətə qoyulan məqsədlərə xidmət etməsi – bunun həm kiçik və orta biznesə olan təsiri, bunun həm ölkəyə cəlb edilən sərmayələrin, xüsusilə də xarici sərmayələrin hansı sektorlara cəlb edilməsinin alətlərindən istifadə etmək kimi imkanlar verir. Qeyd etməliyəm ki, digər sahələrdə də olduğu kimi biz heç də öz işimizi sıfırdan başlamırıq. Son illər ərzində bütün sahələrdə işlər həyata keçirilib. Bütün nailiyyətləri qoruyaraq o sahələrdə ki, çatışmazlıqlar var, o sahələrdə ki, təkmilləşmələrə ehtiyac var, işləyərək həyata keçirəcəyik”.

Mənbə: report.az



error: Content is protected !!