Read More9
Read More9

Vakansiya: Mühasib tələb olunur – Royal Foods Ltd

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

Mühasib vakansiyaVakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Royal Foods Ltd.

İş barədə məlumat

– İş qrafiki : həftənin 5 günü saat 09:00-dan 18:00-dək

– Həftənin 6-cı günü qisa iş günü

– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edilməsi

– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə- təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat- maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edilməsi

– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edilməsi

– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətin aparılması

– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının həyata keçirilməsi

– Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarətin aparılması

– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması

– Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi

– Şirkətin mühasibat uçotunun sərbəst şəkildə aparılması

Namizədə tələblər

– Müvafiq sahə üzrə ali təhsil

– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək

– Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi

– Vergi, əmək qanunvericilikləri üzrə tam məlumatlı

– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal- materialların uçotunun yüksək şəkildə aparılması

– Balansın çıxarılması

CV-lərinizi / ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az


Bu ölkədə əmək haqqını kriptovalyuta ilə ödəməyə icazə verilib

posted in: Xəbər | 0

Yeni Zelandiya hökuməti müəssisələrə işçilərinin əmək haqqını kriptovalyuta ilə ödəməyə icazə verib və qərar artıq keçən aydan qüvvədədir. Yeni Zelandiya hökumətinin qəbul etdiyi qərarda göstərilir ki, ödənişlər müntəzəm qaydada sabit məbləğdə edildiyi halda əmək haqqı kriptovalyuta ilə verilə bilər. Bu zaman seçilən rəqəmsal pul qanuni şəkildə ödəniş vasitəsi kimi qəbul edilmiş valyutaların ən azından biri ilə bağlı olmalıdır. Bundan əlavə, əməkhaqqının ödənildiyi kriptovalyuta dönərli olmalıdır. Hökumətin bu qərarı ölkənin özüməşğul əhalisinə şamil edilmir. Əməkhaqqını kriptovalyuta ilə ödəmək qərarına gəlmiş müəssisələr üçünsə gəlir vergisinin həcmində hər hansı dəyişiklik olunmayıb.

Ekspertlər bu addımın atılmasını kifayət qədər riskli hesab edirlər: çünki kriptovalyutaların qiymətinin tərəddüdü izafi dərəcədə böyük və tez-tez ola bilər .

Mənbə: vergiler.az



Əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən gəlir vergisinin hesablanması

posted in: Vergi, Xəbər | 0

gəlir vergisiVergi Məcəlləsində əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən gəlir vergisi hesablanması zamanı hər hansı güzəşt nəzərdə tutulmayıb. 

Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, “Sosial Sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, həm sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət, həm də məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri məcburi dövlət sosial sığorta haqqı hesablanmasından azaddır. “İşsizlikdən sığorta haqqında” Qanunda isə göstərilir ki, əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərə işsizlikdən sığorta haqqı hesablanmır.

Misal. Fərz edək ki, dövlət müəssisəsində işləyən və bir təqvim ayı ərzində əmək qabiliyyətli işçiyə 830 manat müavinət hesablanıb. Həmin müavinət məbləğinin 410 və 420 manatı müvafiq olaraq işəgötürən və DSMF tərəfindən ödəniləcək. İşəgötürən ilk 14 təqvim günlərinə düşən iş günlərinə görə hesablanan müavinətdən Vergi Məcəlləsinin 102.1.6-ci maddəsində güzəşt məbləği nəzərə almaqla 29,40 ((410-200)x14%) manat gəlir vergisi hesablayır.

Mənbə: vergiler.az



Excel faylının içinə Excel faylı yerləşdirmək

posted in: Excel, Xəbər | 0

Excel faylının içinə Excel faylı yerləşdirmək

Nə qədər qəribə səslənsə də, istənilən Excel faylının içinə başqa bir Excel faylı yerləşdirmək mümkündür (embed). Sadəcə Excel deyil, digər formatlı faylları da yerləşdirə bilərik. Bunun üçün, aşağıdakı sadə prosedurları yerinə yetirmək kifayət edəcəkdir. Menudan Insert >> Text >> Object seçərək əməliyyatımıza başlayırıq.

Qarşımıza çıxacaq Object dialoq qutusundan Create from File >> Browse seçirik.

Lazım olan müvafiq faylı seçib OK düyməsinə basdıqdan sonra Excel faylımızın içində, embed etdiyimiz faylı təmsil edən qara çərçivəli bir skrin görəcəyik.

Üzərinə klikləyib, kənarlarından dartıb, istəyimizə uyğun ölçüsünü düzənləyə bilərik. Üzərinə 2 dəfə kliklədiyimizdə isə (double-click), embed etdiyimiz Excel faylını açmış olacaq.

Bundan əlavə, Insert >> Text >> Object dialoq qutusunun Create New bölməsinə daxil olduqda isə, frəqli növ formatda faylları da Excel faylımızın içinə yerləşdirə bilərik.

Müəllif: Elçin Xəlilov



error: Content is protected !!