Read More9
Read More9

Azərbaycanda orta aylıq əmək haqqı 850 manata çatdırılacaq

posted in: Xəbər | 0

maaş, dövlət rüsumu, vəzifə maaşları əmək haqqı vergi daxilolmaları DGKAzərbaycanda orta aylıq əmək haqqı 2023-cü ildə 850 manata çatdırılacağı gözlənilir.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verilən məlumata görə, ölkə hökumətinin proqnozlarına əsasən, 2019-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 620,4 manat, 2020-ci ildə – 716,7 manat, 2021-ci ildə – 768,6 manat, 2022-ci ildə – 809,2 manat, 2023-cü ildə isə 849,9 manat təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda orta aylıqəmək haqqı 544,6 manat olub.

Mənbə: apa.az



Vakansiya: Mühasib – Resant Group

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya, mühasib, Mal material üzrə Mühasib,Vakansiya: Mühasib.

İşəgötürən: Resant Group.

İş barədə məlumat

– Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
– Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabatında əks etdirmək;
– Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək;
– Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək;

– Mal-materiallara dair alış sənədlərinin işlənməsinin təmin edilməsi, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifariş sənədlərinə uyğun olub-olmamasının yoxlanılması, uyğunsuzluq halları aşkar olunduqda onların aradan qaldırılmasının təmin etmək;
– Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirtmək;
– Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar icra etmək;
– Müştəri hesablaşmaları üzrə əməliyyatları icta etmək;
– Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
– Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatını aparmaq, gün ərzində kassaya daxil olan nağd pulları qəbul etmək;
– Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması və nəzarətin təmini;
– İlkin sənədlərin qəbulu və onlara nəzarətin təmini, o cümlədən qaimə və aktların tərtib etmək;
– Əmək haqqı; 800-1000 manat
– 5 gün tam iş günü 6 – cı gün yarım iş günü.

Konservasiya edilmiş əsas vəsaitlərdən əmlak vergisi hesablanırmı?

posted in: Vergi, Xəbər | 0

Şirkətin konservasiya edilmiş (fəaliyyəti dayandırılmış) əsas vəsaitləri var. Vergi Məcəlləsinə görə onlara amortizasiya hesablanmır. Konservasiya edilmiş əsas vəsaitlərdən əmlak vergisi hesablanacaqmı? (əsas vəsaitlər)

Vergilər Nazirliyinin şərhinə əsaəsn, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri, yəni hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərlərinin toplanıb ikiyə bölünmüş məbləği əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda, əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Eyni zamanda bildiririk ki, müəssisə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövr ərzində balansındakı olan və konservasiya edilməyən əsas vəsaitlərə amortizasiya hesablaya bilər. Lakin hesablanmış amortizasiya ayırmaları (xərcləri) növbəti hesabat dövrləri üzrə gəlir əldə olunan zaman gəlirdən çıxılan xərclərə aid edilir.

Vergitutma məqsədləri üçün cari ildə əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları isə onların istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir.

Mənbə: vergiler.az



Azərbaycanda gələn ildən bu məhsulun satışı ƏDV-dən azad ediləcək

posted in: Vergi, Xəbər | 0

ƏDV öhdəliyi, EDV, fiziki şəxsGələn ildən Azərbaycanda heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.(ƏDV-dən azad)

Bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.

Bundan başqa, sənəddə quş ətinin satışının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı 2017-ci ildən tətbiq edilən qaydanın müddətinin 2023-cü ilin sonuna qədər uzadılması təklif olunur.

Mənbə: report.az



error: Content is protected !!