Read More9
Read More9

Auditorlar palatası Məcburi auditdən keçməyən təsərrüfat subyektlərinə xəbərdarlıq bildirişi göndərib

posted in: Audit, Xəbər | 0

Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorBildiririk ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən, Sizin cəmiyyətin illik maliyyə (mühasibat) hesabatının düzgünlüyünü yoxlatdırmaq üçün hər il müstəqil (kənar) auditor cəlb etməlisiniz. (Auditorlar palatası)

Aparılmış təhlillər zamanı müəyyən edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Sizin cəmiyyət məcburi auditdən keçməmişdir. Ona görə də Sizdən xahiş edirik ki, 1 (bir) ay müddətində 2018-ci il üzrə maliyyə hesabatlarınızı auditor rəyi ilə təsdiq etdirəsiniz və bu barədə məlumatları ölkəmizdə auditor xidmətinin dövlət tənzimlənməsini həyata keçirən orqan olan Auditorlar Palatasına təqdim edəsiniz.

Əks halda sizin adınız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınanların siyahısına daxil ediləcək və inzibati xəta haqqında protokol tərtib edilməsi üçün müvafiq quruma göndəriləcəkdir.

Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır. İqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Sərbəst auditorlar və auditor təşkilatları barədə məlumatları Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz. (www.audit.gov.az). Bir daha hər birimizi ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının artırılmasında yaxından iştirak etməyə dəvət edirik.



Mənbə: audit.gov.az



Vakansiya: Mühasib – Nurgun Holding

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Nurgun Holding.

İş barədə məlumat

• Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
• Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
• Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək.

Namizədə tələblər

• Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
• Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
• Təhlil aparmaq bacarığı;
• İnkişafa meyilli;
• Ciddi, məsuliyyətli, dəqiq olmalı;
• Yaş həddi 30-35 arası;
• İş təcrübəsi.

CV göndərərkən mövzu qismində vakansiyanın adının qeyd olunması xahiş olunur.

E – mail: /

Mənbə: finstaff.az


Ödəniş 30 gün ərzində hissə-hissə ödəndiyi halda 166-cı maddənin izahı

posted in: Xəbər | 0

Ödəniş,Artıq ödənilmiş vergilərSual: Şirkətimiz əlavə dəyər vergisi ödəyicisidir. 16.05.2019 tarixində alıcımız olan bir şirkətə 16856.01azn (ƏDV-siz məbləğ) dəyərində e-qaimə (mal təhvil verilib), 22.05.2019 tarixində isə e-vhf göndərmişik. Alıcımız 27.05.2019 tarixində 13484.81 azn (ƏDV-siz məbləğ, ədv-ni də ödəyib) və 13.06.2019 tarixində 3371.20 azn (ƏDV-siz məbləğ, ədv-ni də ödəyib) ödəniş etmişdir. (bu qaimənin borcun tam ödəyib). Sualım budur ki, hansı ayın əlavə dəyər vergisi hesabatında nə məbləğ göstərilməlidir? 166-cı maddə ilə izahın dolğun verilməsini xahiş edirəm. (EDV)

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində qeyd olunmuşdur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə əlavə dəyər vergisinin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində əlavə dəyər vergisinin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur. Bu maddədə ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması nəzərdə tutulur. Müraciətinizdə qeyd olunan halda, tam ödəmənin 30 gün müddətində həyata keçirildiyi və tam ödənişin həyata keçirildiyi müddət iyun ayına düşdüyü üçün qeyd olunan əməliyyat iyun ayının əlavə dəyər vergisi bəyannaməsində əksə olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

Mənbə: taxes.gov.az



Beynəlxalq mühasiblər federasiyasının fəaliyyəti. BMF-nin ümumi strukturu

posted in: Xəbər | 0

Beynəlxalq maliyyə hesabatı və audit standartlarının formalaşdırılması üzrə işləri 1977-ci ildə yaradılmış Beynəlxalq mühasiblər federasiyası – BMF (IFAC) təşkil edir. Bu təşkilat konstitusiya əsasında fəaliyyət göstərir.

BMF-nin Konstitusiyasında qeyd edilir ki, onun əsas məqsədi mühasibat peşəsini harmonik standartlar əsasında inkişaf etdirmək və cəmiyyətə mühasibat uçotu və audit sahəsində keyfiyyətli xidmətlər göstərməkdir.

Bu məqsədlə, BMF Şurası maliyyə auditində standartların və əsasnamələrin və ona uyğun xidmətlərin hazırlanması ilə məşğul olmalı olan beynəlxalq auditor praktikası üzrə Komitə (BAPK) təsis etmişdir.

Beynəlxalq miqyasda auditor xidmətlərinin göstərilməsi üçün BMF “Şirkətlər Forumu” adlanan birlik yaradıb. Bu şirkətə 23 transmilli auditor firmasının nümayəndələri daxil olub. “Firmalar Forumu” nun yaradılmasında məqsəd mövcud beynəlxalq audit standartları (BAS) və etika Məcəlləsinə əsasən yaradılan yeni qlobal keyfiyyət standartı vasitəsilə auditin tənzimlənməsinin yeni beynəlxalq rejiminin nəzarət və inkişaf etdirilməsidir.

BAS-ın inkişafı üzrə işləri sürətləndirmək üçün BMF Şurası BARK-ın həyata keçirdiyi işləri maliyyələşdirir. Bu işin ən mühüm istiqamətləri aşağıdakılardır:

1)  BAS və beynəlxalq auditor praktikası üzrə təlimatların (BAPT) ayrı-ayrı müddəalarına yenidən baxılması;

2) audit təcrübəsinin “təsdiqləmə” dən “zəmanətə” keçidini əks etdirməli olan auditor zəmanətlərinin verilməsini nəzərdə tutan xidmətlər üzrə standartların işlənib hazırlanması»;

3) kommersiya banklarının auditor yoxlamalarına dair tövsiyələrinə yenidən baxılması;

4) Qiymətli kağızlar törəmələri üzrə BAS-ın nəşrləri.

Beynəlxalq audit standartları (BAS) – vahid tələbləri formalaşdıran sənədlərdir ki, bu tələblərə riayət olunmaqla auditin və ona qoşulan BAS xidmətlərinin müvafiq keyfiyyət səviyyəsi auditin maliyyə hesabatlarının, həmçinin auditin gedişində həyata keçirilən əlaqəli xidmətlərin auditi üçün nəzərdə tutulub.

BAS ehtiva edir: əsas prinsiplər; zəruri prosedurlar və təlimatlar; prinsip və prosedurların tətbiqi üçün tövsiyələr.

BAS – özlüyündə bu sənədlər toplusunu təmsil edir: giriş, peşəkar mühasiblərin etika Məcəlləsi, terminlərin izahlı lüğəti və əslində 10 bölmədən ibarət olan beynəlxalq audit standartları. Bu 10 bölmə maliyyə auditini əsas aspektlər üzrə dəqiq şəkildə strukturlaşdırır, proseduru auditin ən mühüm elementi kimi yönəldir. BAS aşağıdakı əsas bölmələr üzrə təsnif edilir:

I. Giriş aspektləri.

II. Vəzifələr.

III. Planlaşdırma.

IV. Daxili nəzarət.

V. Audit sübutları.

VI. Üçüncü şəxslərin işlərindən istifadə.

VII. Audit nəticələri və hesabatların hazırlanması.

VIII. İxtisaslaşdırılmış sahələr.

IX. Əlaqədar xidmətlər.

X. Beynəlxalq audit təcrübəsi üzrə təlimatlar (BAPT).

BAS maliyyə auditinin bütün əsas, hazırda mövcud olan aspektlərini əhatə edir. Burada auditin bütün prosedurları, auditor xidmətlərinin tərkibi, auditin spesifik sahələri və audit hesabatlarının tərtibi qaydaları sistemli və müvafiq ardıcıllıqla təqdim olunur.



error: Content is protected !!