Read More9
Read More9

Bu il özəl sektorda əmək müqavilələrinin sayı 90 mindən çox artıb

posted in: Müqavilələr, Xəbər | 0

                                 Bu il özəl sektorda əmək müqavilələrinin sayı 90 mindən çox artıb əmək müqaviləsi

Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirlər nəticəsində oktyabr ayının 1-nə olan məlumata görə, özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5 faiz artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, bu sektorda əmək haqqı fondu 33,4 faiz artıb.

Nazir onu da qeyd edib ki, bu il özünüməşğulluq proqramı əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub. S.Babayev əlavə edib ki, “İşsizin dostu” proqramı çərçivəsində artıq 38 min işsiz əmək müqaviləsi ilə ödənişli ictimai işlərə cəlb olunub.

Mənbə: vergiler.az



İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb

posted in: Xəbər | 0

İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb

İqtisadiyyat Nobel

Bu il İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb.

Nobel Komitəsinin saytına istinadən verilən xəbərə görə, İqtisadiyyat üzrə Nobel mükafatı Abhijit Banerjee, Esther Duflo və Michael Kremerə verilib.

Onlar yoxsulluqla mübarizəyə qarşı eksperimental yanaşmaya görə bu mükafata layiq görülüblər.

Mənbə: apa.az



Nazirdən “4 günlük iş həftəsi” təklifinə – Münasibət

posted in: Xəbər | 0

Nazir: “Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil”

“Hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil”.

Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, qısaldılmış iş günləri kompleks məsələdir:

“Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər. Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir. 4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək əmək resurslarının yaratdığı əlavə dəyərədən asılı olaraq müəyyən edilə bilər”.

Nazirin sözlərinə görə, gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər.

Mənbə: report.az



Rusiyada işləyən azərbaycanlılar Azərbaycanda DSMF-yə vəsaitlər ödəməlidir

posted in: Xəbər | 0

dsmf“Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsaitlər ödəməlidir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Rusiya və digər ölkələrdə toplanan əmək stajı dövlətlərarası konvensiyada olsa da, Rusiya tərəfindən ratifikasiya olunmayıb: “Həmin ölkələrdə əmək stajı staj kimi qəbul olunmur. Ona görə də insanların orada uzun müddət işləməsi və əmək haqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq, bu məsələdə qarşılıqlı addımlar atmalıyıq”.

Mənbə: report.az



error: Content is protected !!