Read More9
Read More9

Hesablama Palatası Maliyyə Bazarlarına Nəzarət Palatasında yoxlama aparıb

posted in: Xəbər | 0

Hesablama Palatası Maliyyə Bazarlarına Nəzarət Palatasında yoxlama aparıb. (MBNP)

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

İclasda dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına ayrılmış vəsaitlərin istifadəsinə dair auditor hesabatı müzakirə edilib və müvafiq qərar qəbul olunub.

Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar və “Hesablama Palatası tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması qaydaları”nın layihəsi müzakirə olunaraq təsdiq edilib.

Mənbə: report.az



Monitorinqi aparılan 300 işəgötürəndən 159-nun fəaliyyətində pozuntu halları aşkar edilib

posted in: Xəbər | 0

xidməti müqavilə, Əmək müqaviləsinə xitam, emek muqavilesi şirkət İcbari sığorta Əmək müqaviləsiAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin müdir müavini Murad Fətullayev işçilərin əmək müqaviləsi olmadan işə cəlb olunması ilə bağlı həyata keçirilən monitorinqin nəticələri haqda jurnalistlərə məlumat verib. Aşkarlanmış qanun pozuntusu faktlarını sadalayıb: (işəgötürən)

”Əmək və ya xidməti müqavilə olmadan işçi götürən işəgötürənlərdən 90 nəfəri barəsində inzibati cərimə və ya maliyyə sanksiyası tətbiq edilib”. Qeyd olunub ki, 4 işəgötürən üzrə əməldə cinayət tərkibinin olması müəyyən edilib və müxtəlif cəza və cərimə tədbirləri həyata keçirilib: ”Ümumilikdə pozuntu halları üzrə 1.5 milyon manat məbləğində cərimə və sanksiya tətbiq edilib”.

Müdir müavini işəgötürənlərə əmək müqaviləsi elektron formada rəsmiləşdirilərək hüquqi qüvvəyə minmədən işə işçi cəlb etməməyi, işçilərə əmək müqaviləsinin bağlanılmasını tələb etməyi, bir sözlə hər iki tərəfə əmək qanunvericiliyinin tələblərinə əməl etməyi tövsiyə edib:

“Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən iki il ərzində monitorinqi aparılan 300 işəgötürəndən 159-da (53%) pozuntu halları aşkar edilib. Onlardan 119 işəgötürən barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 40 işəgötürən barədə isə Baş Prokurorluğa göndərilib”.

Mənbə: vergiler.az



Vakansiya: Böyük Mühasib – Azplast 2012 LLC

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

böyük mühasib, Mal-material üzrə mühasib vakansiya mühasib köməkçisiVakansiya: Böyük Mühasib.

İşəgötürən: Azplast 2012 LLC.

İş barədə məlumat

• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.
• Hesab fakturaların tərtib olunması:
• Hesab fakturaların təqdim edilməsi üçün lazımi sənədlərin yerində olub olmamasının yoxlanılması;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.

• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
• Rəhbərlik tərəfindən verilən digər işlərin həyata keçirilməsi
– 5 günlük iş norması (şənbə bazar istirahət günləri)
– İş vaxtı : 09:00 – 17:00
Ünvan : Bakı şəh., Nobel prospekti, Ağ Şəhər Biznes Mərkəzi

Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırıldı

posted in: Xəbər | 0

pensiya təyinatı, ictimai işlər, vahid reyestr, emek haqqi, əmək haqqı, emek, Dövlət Əmək Müfəttişliyi, Məşğulluq hesabatları, teleiş distant iş uşaq pulu uşaqpulu mezuniyyet məzuniyyət hüquqlarıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri çərçivəsində növbəti addım kimi, uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı da elektronlaşdırılıb.

Bununla əlaqədar DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı olub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Nəticədə ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiya hüququ yaranmış şəxs özü müraciət etmədən və sənəd təqdim edilmədən ona elektron qaydada pensiya təyin edilir. Bununla yanaşı, ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd üzrə təyinatın avtomatlaşdırılması nəzərdə tutulub. Onlardan biri – uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı artıq elektronlaşdırılıb.

A.Kərimov diqqətə çatdırıb ki, uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur. Təcrübə göstərir ki, həmin birdəfəlik müavinətin alınması prosesi hər iki valideyn işləmədiyi halda onlar üçün müxtəlif sənədlərin toplanması, təqdim edilməsi və s. baxımından müəyyən çətinliklər, həm də vaxt itkisi yaradırdı. Ona görə də bu amil nəzərə alınmaqla, uşağın anadan olmasına görə birdəfəlik müavinətin e-qaydada təyinatı xidməti ilkin mərhələdə məhz hər iki valideyn işləmədiyi halda həmin valideynləri əhatə edəcək. Növbəti mərhələdə isə müvafiq hazırlıq işlərindən sonra bu e-xidmət işləyən valideynləri də əhatə edəcək.

Nazir müavini deyib ki, cari ildə dövlət başçısı tərəfindən təqdim edilən və 4,2 milyon vətəndaşın rifahına  ciddi dəstək olan iki sosial paketin tərkib hissəsi kimi, ölkədə uşağın anadan olmasına görə birdəfəlik müavinət də 109 manatdan 200 manata çatdırılıb. Bu müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub. Göründüyü kimi, yeni e-sistemin tətbiqi il ərzində xeyli sayda insanın bu sahədə proaktiv xidmətlə təminatına, həmin müavinətin valideynlər tərəfindən alınmasında vətəndaş rahatlığına və məmnunluğuna imkan yaradacaq.

Sonra nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni sistemin təqdimatını edib.

Qeyd edilib ki, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı (ilkin mərhələdə) hər iki valideyn işləmədiyi halda elektron qaydada həyata keçiriləcək.  Doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunacaq. Bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayacaq.

Valideynlərin işləmədiyi barədə məlumat real vaxt rejimində elektron informasiya ehtiyatlarından əldə olunacaq. Birdəfəlik müavinət uşağın anasına (ana olmadıqda və ya digər istisna hallarda atasına) təyin ediləcək və bu barədə, həmçinin müavinəti hansı bankdan alacağı barədə  valideynə sms-məlumat göndəriləcək. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq. (SMS göndərilməsi üçün valideynin adına nömrə yoxdursa, o, məlumatı nazirliyin 142-Çağrı mərkəzindən və ya nazirlik yanında DSMF-nin yerli şöbəsindən əldə edə biləcək.

Təqdimatdan sonra jurnalistlərin sualları cavablandırılıb.

Mənbə: sosial.gov.az



error: Content is protected !!