Read More9
Read More9

Kənd təsərrüfatında uçot və onun əhəmiyyəti

posted in: Xəbər | 0

kənd təsərrüfatı uçotVergi sistemində aparılan islahatların əhatə etdiyi məsələlər arasında sahibkarlıq və təsərrüfat subyektlərində maliyyə hesabatlılığının düzgün qurulması və uçotun təşkili xüsusi yer tutur. Uçotun düzgün təşkil olunmaması vergi ödəyiciləri tərəfindən ikili mühasibat əməliyyatlarının aparılmasına, dövriyyələrin gizlədilməsinə səbəb olur. İqtisadçı ekspert Rəşad Əliyev mövzuya münasibət bildirərək qeyd edib ki, kənd təsərrüfatı sektorunda uçotun vəziyyətinin düzəldilməsi istiqamətində son zamanlar müəyyən irəliləyişlər hiss olunur. uçot

Uçotun səviyyəsi

Əvvəllər iri kənd təsərrüfatı məhsulları istehsalçıları üzrə vergi uçotunun aparılması təmin edilsə də, kiçik istehsalçılarda nəinki vergi uçotu aparılmırdı, onların bir hissəsinin heç vergi orqanında qeydiyyatı da yox idi. Yəni kənd təsərrüfatı sektoru üzərində vergi nəzarətinin səviyyəsi çox aşağı idi. Bu isə o deməkdir ki, həmin istehsalçılar haqqında iqtisadi göstəricilər heç bir yerdə qeydiyyata düşmürdü.

Son dövrlər kənd təsərrüfatı sektorunda uçotda olmayan istehsalçıların vergi uçotuna alınması üzrə müəyyən tədbirlər həyata keçirilib. 2019-cu ilin ortalarından 10 mindən artıq kənd təsərrüfatı məhsulları istehsalçısı və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçisi uçota alınıb. Bu, kiçik göstərici deyil və proses davam etdirilir. Üstəlik, nəzərə alaq ki, vergi uçotunda olan çoxlu sayda şəxslərin kənd təsərrüfatı sektorunda fəaliyyətinin olması haqda heç bir yerdə qeydiyyat məlumatları yox idi. Bir sözlə, həmin şəxslər vergi uçotuna başqa məqsədlər üçün düşmüşdülər.

Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihənin təqdimatı keçirildi. Kənd təsərrüfatında uçotun dürüstləşdirilməsində başlıca məqsədin bu sahədə fəaliyyət göstərən istehsalçıların vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun aparılması olduğu diqqətə çatdırıldı. Daha sonra respublikanın digər bölgələrində də zona müşavirələri keçirilib və bu sahədə vergi nəzarətinin əhatə dairəsi daha da genişləndirilib.

Səbəblər

Sektorda mövcud olan durumun bu həddə çatmasının obyektiv səbəblərindən biri kənd təsərrüfatı sahəsində vergi güzəştlərinin tətbiq olunması ilə izah olunur. Əvvəlki dövrlərdə vergi orqanlarını vergiyığan qurum kimi yalnız vergi yığımının səviyyəsi maraqlandırırdı. Onlar bu sektorda iri ödəyicilərə maraq göstərirdilər, kiçik istehsalçılara vaxt itirmək istəmirdilər. Çünki bu sahədən daxil olan potensial vergi yığımları uçot və qeydiyyat prosedurunun təşkili və aparılması qarşılığında adekvat deyildi. Əslində, riyazi baxımdan bu məntiqi görünə bilər. Ancaq gördüyümüz mənzərə ona işarə edir ki, hər şeyə vergi yığımı prizmasından baxılmalı deyil. Vergi nəzarətində olan problemlər ümumi sektora mənfi təsir göstərir. Üstəlik də bu sahəyə diqqətsizlik bir sıra sahələr üzrə vergidənyayınma hallarının artmasına xidmət edib.

Misal üçün, çoxlu torpaq sahələri var ki, mülkiyyətçilər tərəfindən icarəyə verilib. İcarəyə götürən əksər hallarda kənd təsərrüfatı sektorunda çalışdığı üçün və uçot aparmadığı üçün bu münasibətlərdən yaranan vergi öhdəlikləri yerinə yetirilmirdi. Yəni kənd təsərrüfatı torpaqlarının icarə bazarının bir hissəsi faktiki olaraq vergi nəzarətindən kənarda qalırdı.

Uçotun olmamasının fəsadları…

Bir çox insanlar bəzən vergi bəyannaməsinin doldurulması ilə vergi uçotunu səhv salır. Bəyannamə doldurulması və onun lazımi qaydada təqdim edilməsi hələ həmin subyekt üzrə vergi uçotunun lazımi səviyyədə aparılması demək deyil. Mühasibat uçotu ilə vergi uçotunun uzlaşdırılması isə tamamilə ayrı məsələdir.

Subyektlər üzrə uçotun aşağı səviyyədə olması sektorun hesabatlılıq səviyyəsini də xeyli aşağı salır. Həmin məlumatlar əsasında statistika formalaşır, buna əsasən sahənin vəziyyəti öyrənilir, dövlət siyasəti formalaşdırılır. Məlumatın etibarlı olmaması isə sahənin tənzimlənməsi, ona subsidiyaların ayrılması və digər məsələlər üzrə problemlər yaradır. Statistik məlumatlarda ciddi problemlər də sahibkarlıq subyektlərinin uçot məlumatlarını təqdim etməməsi və ya qeyri-dürüst təqdim etmələri ilə əlaqədardır. Sektorda vergi güzəştlərinin olması prinsipcə subyektlər tərəfindən təqdim edilən uçot məlumatlarının şəffaflığının artmasına xidmət etməlidir. Düşünürəm ki, kənd təsərrüfatı istehsalçıları ilə çoxlu görüşlər aparılmalı, maarifləndirici işlər davam etdirilməlidir.

Uçotun bir sahədə aşağı səviyyədə olmasından digər sahələr də zərər çəkir. Məsələn, bank sektorunun mütəxəssisləri daha çox əziyyət çəkirlər. Bildirirlər ki, kredit almaq istəyən kəndli əksər hallarda zəruri uçot məlumatlarını təqdim edə bilmir. Rəsmi dövriyyələr, işçilərin sayı, mənfəət, xərclər haqda məlumat almaq çox çətindir. Bu isə sahənin kreditləşdirilməsinə marağı azaldır.

Mənbə: vergiler.az



Əmək bazarında sahibkarların incidilməməsi üçün iş aparılır

posted in: Xəbər | 0

                        Əmək bazarında bürokratik yükün olmaması və sahibkarların incidilməməsi üçün iş aparılır əmək bazarı

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) apardığı yoxlamalardan danışıb:

“Xidmətin apardığı yoxlamaların elektronlaşdırılması, müvafiq fəaliyyət dairələrinə uyğun olaraq audit üçün kriteriyaların müəyyən edilməsi sahəsində işlər aparılır”. O bildirib ki, DƏMX tərəfindən əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır: “Səyyar yoxlamaların inzibati icraat praktikası da təkmilləşdiriləcək. Hər hansı əlavə bürokratik yükün olmaması və sahibkarların incidilməməsi üçün bu daha vacibdir”.

Qeyd edək ki, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı elan edilmiş monitorinq müddəti 2021-ci ilin sonuna qədərdir.

Mənbə: vergiler.az



Bu icarə növü zamanı vergini kim ödəməlidir?

posted in: Vergi, Xəbər | 0

       İcarəyə verilən torpağın vergisini kim ödəməlidir… icarə

icarə

Azərbaycan Respublikası ərazisində mülkiyyətində və istifadəsində torpaq sahələri olan fiziki və hüquqi şəxslər torpaq vergisinin ödəyiciləridir. Bəzən elə olur ki, bir şəxs digər şəxsə torpağını icarəyə verir. Sual yaranır: bu zaman torpaq vergisini torpağı icarəyə verən mülkiyyətçi ödəməlidir, yoxsa onu icarəyə götürən?

Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, həm Torpaq Məcəlləsinin 99-cu maddəsinə, həm də “Torpaq icarəsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əgər torpağı icarəyə verən şəxsin özü torpaq vergisi tədiyyəçisi olarsa, o zaman torpaq vergisi icarəçi (icarəyə götürən) tərəfindən icarəyə verənə ödənilən icarə haqqının tərkibinə daxil edilir. Torpağın icarəçinin faktiki istifadəsində olmasına baxmayaraq, icarəyə verən torpaq vergisi üzrə tədiyyəçi olduğuna görə, torpaq vergisini özü ödəyir və torpaq vergisi bəyannaməsini də özü təqdim edir.

Tutaq ki, “A” MMC-nin mülkiyyətində 500 kvadratmetr sahəsi olan torpaq vardır. O, həmin torpağı “B” MMC-yə icarəyə verir və “B” MMC bu torpağın istifadəçisi olur. Bu zaman torpağın mülkiyyətçisi olan “A” MMC özü torpaq vergisi tədiyyəçisi olduğu üçün 500 kvadratmetr torpağa görə hesablanmış torpaq vergisini özü ödəyir və müvafiq vergi bəyannaməsini də özü təqdim edir.

Torpağın mülkiyyətçisi, icarəyə verən torpaq vergisi tədiyyəçisi olmadıqda o zaman torpaq vergisini onu icarəyə götürmüş şəxs ödəyir. Tutaq ki, “A” MMC bələdiyyədən, yaxud dövlətdən 1.000 kvadratmetr icarəyə torpaq götürmüşdür. Bu zaman “A” MMC istifadəsində olan həmin torpağa görə torpaq vergisini özü ödəyir və müvafiq torpaq vergisi bəyannaməsini özü təqdim edir.

Ümumiyyətlə, hesablanmış torpaq vergisi, mülkiyyətçisindən və ya istifadəçisindən asılı olaraq, ya dövlət büdcəsinə, ya da yerli büdcəyə, yəni bələdiyyənin büdcəsinə ödənilir. Həmçinin torpağın mülkiyyətçisindən və ya istifadəçisindən, onun təyinatından, təyinatı üzrə istifadə edilməsindən və digər səbəblərdən asılı olaraq, torpaq vergisinin hesablanması qaydası da müxtəlif olur. Əvvəlcə torpaq vergisinin hesablanması məqsədləri üçün torpağı təyinatı üzrə 2 qrupa ayırmaq lazımdır: kənd təsərrüfatlı təyinatlı torpaqlar və kənd təsərrüfatı təyinatlı olmayan torpaqlar.

Əgər balansında və ya istifadəsində kənd təsərrüfatı təyinatlı torpaqlar olan şəxslər, irriqasiya, meliorasiya və ya digər aqrotexniki səbəblər istisna olmaqla, həmin torpaqları təyinatı üzrə istifadə etmirlərsə, o zaman bu torpaqlar üçün torpaq vergisi hər 100 kvadratmetrə görə 2 manat müəyyən edilir. Tutaq ki, müəssisənin balansında Kürdəmir rayonunda 1-ci keyfiyyət qupuna aid 6.000 kvadratmetr sahəsi olan, istifadəyə yararlı münbit torpağı, eləcə də kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq, meliorasiya səbəbindən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan, 4-cü keyfiyyət qrupuna aid 14.000 kvadratmetr sahəsi olan torpağı vardır. Müəssisə bu torpaqlardan təyinatı üzrə istifadə etmədiyi halda, o zaman istifadəyə yararlı, lakin təyinatı üzrə istifadə etmədiyi 6.000 kvadratmetr torpağa görə 120 manat (6.000 kvadratmetr /100 kvadratmetr * 2 manat), “üzrlü səbəbdən” təyinatı üzrə istifadə etmədiyi 14.000 kvadratmetr (1.4 ha) torpağa görə isə 2,52 manat (30 şərti bal * 0.06 manat * 1,4ha) torpaq vergisi ödəməlidir.

Əlavə olaraq qeyd edək ki, Nazirlər Kabinetinin “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” 29 dekabr 2000-ci il tarixli 230 saylı qərarına əsasən, Kürdəmir rayonunda 4-cü keyfiyyət qrupuna aid torpaqlar üçün şərti bal 30 müəyyən edilmişdir.

Fiziki şəxslər üçün də kənd təsərrüfatı təyinatlı torpaqlar üçün torpaq vergisinin hesablanması eyni qaydada hesablanır. Müəssisələr hesablanmış torpaq vergilərini dövlət büdcəsinə, fiziki şəxslər təyinatı üzrə istifadə etdiyi və ya qeyd olunan “üzrlü səbəbdən” istifadə etmədiyi torpağa görə hesablanmış torpaq vergisini bələdiyyə büdcəsinə, heç bir səbəb olmadan təyinatı üzrə istifadə etmədiyi kənd təsərrüfatı təyinatlı torpağa görə hesablanmış torpaq vergisini isə dövlət büdcəsinə ödəyir.

Mənbə: vergiler.az



3000 manat əmək haqqı ilə Baş Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 1
baş mühasib vakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: BSC Consulting Outsourcing Company
  • Şəhər – Bakı
  • Yaş – 27 – 45 yaş
  • Cins – Fərqi yoxdur
  • Təhsil – Ali
  • İş təcrübəsi – 5 ildən artıq
  • Əlaqədar şəxs – HR
– Mühasibat, vergi uçotu və MDSS, Statistika ilə bağlı əməliyyatlar
– Vergi, əmək qanunvericiliyini mükəmməl bilməli
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Balansın tərtib edilməsi
– DSMF və işsizlik hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Mühasibat uçotu qaydalarına əsasən bütün sənədlərin tərtib edilməsi,yığılması və saxlanılması- Peşəkar, mehriban komandada iş
– Etibarlı şirkətdə karyera
– Professional və maddi yüksəliş üçün perspektiv
– İş qrafiki: 9.00-18.00
– Əmək haqqı 2500-3000 manat

Baş Mühasib üçün tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir) ;
– 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.) ;
– Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır;
– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı ;
– Analitik düşüncə qabiliyyəti,proqnoz etmə bacarıqları;
– Liderlik xususiyyətləri,müştəriyönümlülük, vaxtın idarəedilməsini bacarmalı;
– Stresədavamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli
– Problemləri təhlil və həll etmə bacarığıMaraqlanan şəxslər xahiş olunur CV-lərini / ünvanına göndərsinlər.
error: Content is protected !!