Vergilər naziri və müavinlərinin oktyabrda qəbul günləri açıqlandı
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında bölgələrdə keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb. (Vergilər naziri)
Siyahıya əsasən, Vergilər naziri Mikayıl Cabbarov oktyabrın 18-də Sumqayıt şəhərində Abşeron, Siyəzən, Sumqayıt, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonlarının sakinlərini qəbul edəcək.
VN birinci müavini Sahir Məmmədxanov Masallıda vətəndaşları qəbul edəcək. Oktyabrın 15-də keçiriləcək qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonlarının sakinləri iştirak edə biləcəklər.
VN müavini Sahib Ələkbərov oktyabrın 24-də Hacıqabulda vətəndaşların müraciətlərini araşdıracaq. Qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarının sakinləri dinləniləcək.
Vergilər nazirinin müavini Mətin Eynullayev oktyabrın 21-də vətəndaşları Bərdə şəhərində qəbul edəcək. Görüşdə, həmin rayonla yanaşı, Mingəçevir, Yevlax, Şəki, Ağdam və Tərtər sakinləri iştirak edəcəklər.
Mənbə: vergiler.az

Vakansiya: Mühasib köməkçisi.
Sual: Təsisçiyə məxsus şəxsi avtomobil nizamnamə kapitalı qoyuluşu şəklində MMC-nin balansına keçirilir. Bu zaman yerinə yetirilməli olan prosedurlar barədə və MMC ləğv olunduqda həmin avtomobil təsisçinin adına keçərkən yaranan vergi öhdəlikləri haqqında məlumat verməyinizi xahiş edirəm.
Azərbaycanda əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun bu gün – oktyabrın 1-də qüvvəyə minib.