Read More9
Read More9

Maliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasib Günü ilə əlaqədar müsabiqə elan edir

posted in: Maliyyə, muhasibat, Xəbər | 0

Ödənişsiz təlimMaliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasib Günü ilə əlaqədar müsabiqə elan edir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 10 noyabr Beynəlxalq Mühasib Günü ilə əlaqədar olaraq “KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin xüsusiyyətləri” mövzusunda müsabiqə elan edir.

Test və yazılı şəkildə təşkil ediləcək müsabiqənin nəticəsi üzrə qaliblərə Təşkilat Komitəsi tərəfindən üç mükafat (Mərkəz tərəfindən təşkil olunan təlimlərdə əvəzsiz olaraq iştirak etmək üçün I yer alan iştirakçı üçün – 500 /beş yüz/ manat məbləğində təlim paketi; II yer üçün – 300 /üç yüz/ manat məbləğində təlim paketi; III yer üçün isə – 200 /iki yüz/ manat məbləğində təlim paketi) və Mərkəzin “Sertifikatı”nın verilməsi nəzərdə tutulmuşdur.

İştirak üçün 25 oktyabr 2019-cu il tarixinədək elektron ünvanında qeydiyyatdan keçmək tələb edilir (Əlaqə nömrəsi – (012) 404-81-59).

Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqənin keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcəkdir.



Proseslərin idarə edilməsi Strukturuna təcrübəçi – AFB Bank

Auditor tələb olunurAFB Bank Proseslərin idarə edilməsi Strukturuna təcrübəçi vakansiyası elan edir.

Ünvan: Bakı şəhəri.

Təcrübəçiyə dair tələblər:

• İT sahəsi üzrə təhsil;
• Yaş həddi 20-26
• İş təcrübəsi və ya praktikanın olması üstünlükdür;
• Proqramlaşdırma dilləri, SQL və s. bilikləri üstünlükdür;
• Ofis proqramları ilə işləmək bacarığı (Excel, Word, Power Point);
• Ünsiyyətqurma qabiliyyəti və aktivlik;
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Dəqiqlik, detallara diqqət yetirmək və yaradıcılıq qabiliyyəti;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus və ingilis dilini bilənlərə üstünlük verilir);
• Analitik düşünmə və işə planlı yanaşma bacarığı.

İşin təsviri:

• Tərtib edilmiş funksionallığın test edilməsində aktiv iştirak etmək.
• Mövcud proseslərin optimallaşdırılmasına aid tapşırıqların qeydiyyata alınması (texniki sənədləşmənin aparılması) və tətbiq edilməsinin izlənilməsi;
• Sistemlərin inteqrasiyası prosesində iştirak və gedişatla bağlı hesabat verilməsi;
• Mütəmadi olaraq proseslər barədə rəhbər şəxslərə hesabatların verilməsi;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi üzrə təcrübəçi” qeydi edərək  / elektron ünvanına göndərməyini xahiş edirik.

Mənbə: jobsearch.az



Vergi ödəyicisinin dövriyyəsi barədə arayışın verilməsi

posted in: Vergi, Xəbər | 0

hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilərXidmətin adı: Vergi ödəyicisinin dövriyyəsi barədə arayışın verilməsi.

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri – “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin bəyannamələrin yoxlanılması və uçotun təşkili strukturları, MGDnin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri

İcra müddəti: 5 iş günü.

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Vergi ödəyicisinin dövriyyəsi barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az.


Bax: ASAN İmza Sim Kartı üzrə Sertifikatın statusunun dəyişdirilməsi


Vakansiya: Mühasib köməkçisi – Rich Interior

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

muhasibat, vakansiya mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Rich Interior.

İş barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Bank, Kassa, Əmək haqqı sənədlərinin icra olunması
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– AR əmək məcəlləsinə uyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək
– İş qrafiki: Həftədə 6 gün, Bazarertəsi-Şənbə 09:00-dan 19:00-dək

Namizədə tələblər

– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Yaş həddi: 22-30
– Mühasibatlıq üzrə minimum 1-3 il iş təcrübəsi (idxal, ticarət)
– MS Office(xüsusillə Excell), 1C, e-gov,e-taxes və digər portallarıdan istifadə etmək
– Yeni və köhnə hesablar plan üzrə biliklər
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

CV-lərinizi / ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib köməkçisi, vakansiya
error: Content is protected !!