Vergi borcu əmlaka yönəldilə bilərmi?

posted in: Vergi, Xəbər | 0

vergi mecellesi, vergi məcəlləsi, vergi öhdəliyi, əmlak, ayrıca şəxs, Vergi məcəlləsi, nəqliyyat xidməti, Hüquqi şəxs vergi məcəlləsi əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftTəcrübədə vergi borcu səbəbindən görə vergi ödəyicilərinin məhkəməyə verilməsi, borcun əmlaka yönəldilməsi hallarına az rast gəlinir. Mütəxəssislər hesab edirlər ki, baş verən azsaylı hallar vergi ödəyiciləri üçün ciddi siqnal olmalıdır. Mövzunu maliyyə məsləhətçisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, vergi orqanları vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi borcu və ya ona hesablanmış faizləri, habelə vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyalarının tutulması məqsədilə ixtisaslaşdırılmış hərracda satışa çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Qeyd etmək lazımdır ki, burada hüquqi şəxsin yalnız balansında olan əmlakdan söhbət gedirsə, fərdi sahibkar borcu üçün onun adına rəsmiləşdirilmiş bütün əmlakla cavabdehdir – hətta bu əmlakın onun sahibkarlıq fəaliyyətinə heç bir aidiyyəti olmasa belə. Bəzən vergidən yayınmaq üçün iş adamları əmlaklarını öz həyat yoldaşlarının adına rəsmiləşdirirlər. Lakin unutmaq lazım deyil ki, ər-arvadın nikahda olduğu müddətdə əldə edilən əmlak hər ikisinə məxsusdur.

Bu hallar, əslində, xoşagəlməz, hətta təhlükəlidir. Vergidən yayınmaq üçün atılan qeyri-qanuni addımlar iş adamlarında ciddi streslər yaradır. Bunun yeganə alternativi vergiləri vaxtında və tam şəkildə ödəməkdir. Hər şey eynilə həndəsədə olduğu kimidir: iki nöqtə arasındakı ən qısa məsafə, onların arasından çəkilən düz xəttdir. Nə qədər çalışsan da, bunu dəyişdirə bilməzsən.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi borcu

Vergi ödəyicisinin fəaliyyəti barədə arayışın verilməsi

posted in: Vergi, Xəbər | 0

vergi ödəyicinin fəaliyyətiXidmətin adı: Vergi ödəyicisinin fəaliyyəti barədə arayışın verilməsi. (vergi ödəyicisi)

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri;

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun;

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”;

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Vergi ödəyicisinin fəaliyyətinin olub-olmaması barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi ödəyicisinin fəaliyyəti, vergi ödəyicisi

Azərbaycanda məsafədən bank hesablarının açılması mümkün olacaq

posted in: bank, Xəbər | 0

Gələn ilin əvvəlindən etibarən Azərbaycanda “blockchain” texnologiyası üzərindən məsafədən bank hesablarının açılması mümkün olacaq. Layihənin fiziki şəxslər üzrə hissəsi artıq tamamlanmaq üzrədir. Hüquqi şəxslərə dair hissəsinin tamamlanmasından sonra layihəyə start veriləcək ki, bunun da 2020-ci ilin əvvəlinə təsadüf edəcəyi gözlənilir. (bank hesabları)

Layihə ilkin olaraq seçilmiş pilot banklar, Vergilər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə icra olunur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bank hesabları

Təcrübə proqramı (Şirvan, Sabirabad, Bərdə, Yevlax) – Bank Respublika ASC

posted in: bank, Təcrübə, Xəbər | 0

Təcrübə proqramı Bank RespublikaTəcrübə proqramı (Şirvan, Sabirabad, Bərdə, Yevlax) / İşəgötürən: Bank Respublika ASC.

İş barədə məlumat

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• Gələcəkdə Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Namizədə tələblər

• Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili əla, ingilis və rus dilləri arzuolunandır;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Maraqlanan şəxslərin öz CV-lərini 22 sentyabr 2019-cu il tarixinədək / ünvanına, mövzu hissəsində Təcrübə proqramı yazmaqla göndərmələri xahiş olunur.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təcrübə proqramı, bank respublika