İşçi sayı 10-dan çox olduqda sadələşdirilmiş vergi ödəyicisi olmaq mümkündür?
Sual: Aşağıda göstərilən şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir:
218.1.1. bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;
218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:
218.5.8. işçi sayı 10 nəfərdən çox olan İSTEHSAL fəaliyyətini həyata keçirən şəxslər.
Sualım belədir ki, xidmət sahəsində işləyirəm, 12 ay ərzində 200 000 manatdan az dövriyyəm var, amma isçilerim sayi 13 nəfərdir. Mən sadələşdirilmiş vergi ödəyicisi ola bilərəm? Yəni istehsal fəaliyyətim yoxdur, xidmət sahəsidir.
Sadələşdirilmiş vergitutma kimlər üçün məhdudlaşdırılır?
Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Qeyd olunanlara əsasən siz əhaliyə xidmət göstərdiyiniz halda 218.1.1-ci maddəyə əsasən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyərək fəaliyyət göstərə bilərsiniz. Vergi ödəyicisi kimi uçotda olan şəxslərə xidmət göstərdiyiniz halda gəlirinizdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəyərək gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.
Mənbə: taxes.gov.az
Bax: Əmlakın satışı zamanı ƏDV və mənfəət vergisi necə hesablanır?
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sadələşdirilmiş vergi ödəyicisi
Dövlət Statistika Komitəsi 40 minə yaxın şəxsi müvəqqəti işə götürüb
“Azərbaycanda 10 ildən bir keçirilən əhalinin siyahıya alınması üçün hazırlıq işləri tam başa çatdırılıb. Artıq bütün materiallar – sorğu vərəqələri, siyahıyaalma vərəqələri və digər yardımçı materiallar rayonlara, rayonlardan da sayıcı məntəqələrə çatdırılıb”. Bunu Dövlət Statistika Komitəsi (DSK) sədrinin müavini Rauf Səlimov deyib.
Onun sözlərinə görə, əhalinin siyahıyaalınması ilə əlaqədar 40 minə yaxın şəxs müvəqqəti işə götürülüb: “Artıq həmin şəxslərlə müqavilə bağlanılıb. Bunlar əsasən sayıcılar, sayıcı məntəqələrinin müdirləri, müavinləri, təlimatçı-nəzarətçilərdir. Sentyabrın 23-26-da sayıcılar üçün təlim keçiriləcək. Ayın 1-dən isə əhalinin siyahıyaalınması prosesi başlanacaq. Bu proses 10 gün davam edəcək. Həmin məlumatlar Komitəyə göndəriləcək və gələn il yanvarın 1-dən onların elektron sistemlərə daxil edilməsinə başlanılacaq”.
Mənbə: report.az
Bax: Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız
“İnsan resursları üzrə təcrübə proqramı” elan olunur
“İnsan resursları üzrə təcrübə proqramı” elan olunur.
İşəgötürən: Sabah Group LLC.
Vəzifə və öhdəliklər:
• HR Menecerin tapşırıqlarının yerinə yetirilməsi
• İşə qəbul və azad olunma proseslərinin aparılması
• İş elanlarının yerləşdirilməsi,namizədlərin qəbulu
• Gündəlik olaraq işçilərin məzuniyyət, icazə və digər məsələlərin həll edilməsi
• Şirkətin tərkibində olan mağaza heyəti ilə sıx əlaqədə işlənilməsi
• Mağazalardakı işçi heyətinin həftəlik iş cədvəllərinin yoxlanılması
Tələblər:
• Yaş həddi:20-30
• Azərbaycan dili səlis, rus və ingilis dillərini orta bilmək
• Ali təhsilin olması
• MS Excel,MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı
• Yüksək ünsiyyət qura bilmə bacarığı
Vədimiz:
• Karyera yüksəlişi
• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
• Mehriban kollektivdə işləmə şansı
İş qrafiki:
• Saat 10:00-19:00
• 5/7 gün
• Təcrübə müddəti ödənişli olmaqla 2 aydır
Mənbə: jobsearch.az
Vakansiya: Mühasib.