Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı 8,4% artıb

posted in: Xəbər | 0

emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıBu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 1 613,8 min nəfər olub. (əmək haqqı)

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, onlardan 902,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 711,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,5%-i təhsil, 18%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 12,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4% artaraq 587,7 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək haqqı

Azərbaycanda yeni işçi götürən sahibkarlara subsidiya veriləcək

posted in: Xəbər | 0

fərdi sahibkarların sayı İşədüzəltməAzərbaycan Sahibkarlar Konfederasiyası (ASK) sosial tərəfdaşları olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində 12 aylıq subsidiya proqramına start verir.

ASK-dan verilən məlumata əsasən, proqram iş təcrübəsi olmayan gənclərin məşğulluğunun artırılması, onların əmək bazarında layiqli yer tutmaları, işaxataranlar və işəgötürənlərin təşviq edilməsi məqsədi daşıyır.

Layihə Bakı şəhərinin 12 rayonunu əhatə edəcək. Layihəyə əsasən işəgötürənlər  və BƏT arasında subsidiya müqaviləsi bağlanılır. Bunun əsasında işə götürülən hər bir gəncin  12 ay ərzində əmək haqqının 50% (vergilər və sosial sığorta haqları daxil olmaqla)  işə götürənlərə subsidiya şəklində veriləcək.

Məlumata əsasən, proqramın sonunda hər rayon üzrə 4 nəfər olmaqla cəmi 48 nəfər işsiz və iş axtaran vətəndaş rəsmi əmək fəaliyyətinə cəlb ediləcək. Layihəyə işəgötürənlər olaraq iqtisadiyyatın qeyri-neft sektoru sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri müraciət edə bilər.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
subsidiya

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi

posted in: Vergi, Xəbər | 0

Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallarXidmətin adı: Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi.

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi

Vakansiya: Mühasib – Prior Leasing

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib, vakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Prior Leasing.

İş barədə məlumat

– Əsas vəsaitlərin uçotu və amortizasiyasını aparmaq;
– Debitor və kreditor borcların uçotunun aparılması;
– Bank əməliyyatlarının uçotunun aparılması;
– Gündəlik əməliyyatlar və sənədləşmələr;
– Gəlir və xərclərin hesablanması;
– Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi;
– Bazar ertəsi – Cümə: 9:00 – 18:00
– Şənbə : 10.00 – 16.00

Namizədə tələblər

– Maliyyə və Mühasibat sahəsində ali təhsil;
– Mühasibatlıq üzrə ən azı 3 il iş təcrübəsi (istehsal, ticarət, inşaat)
– MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
– Vergi qanunvericilikləri üzrə məlumatlı;
– Xarici dil bilikləri üstünlükdür;
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;

Maraqlanan namizədlər mövzu yerində Mühasib yazmaqla öz CV-lərini / ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az