Read More9
Read More9

ASAN İmza Sim Kartı üzrə Sertifikatın statusunun dəyişdirilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Asan İmza SimkartıXidmətin adı: ASAN İmza Sim Kartı üzrə Sertifikat statusunun dəyişdirilməsi.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM-ə) İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi üçün Ərizə”

– notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)

– dövlət hakimiyyəti və özünüidarəetmə orqanının əməkdaşlarına verilmiş sertifikatların statusunun dəyişdirilməsi ilə bağlı müraciət edildikdə

– dövlət hakimiyyəti və özünüidarəetmə orqanının rəhbərinin qərarı

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun

– NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı

– Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”



Xidmətin göstərildiyi yer:

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

Müraciəti emal edən struktur vahidi:

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

İcra müddəti: Emal müddəti nəzərə alınmaqla müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Sertifikatın qüvvəsinin dayandırılması haqqında bildiriş (və ya Sertifikatın ləğv edilməsi haqqında bildiriş və ya Sertifikatların qüvvəsinin bərpa edilməsi haqqında bildiriş)

Elektronlaşdırma səviyyəsi: –

Mənbə: taxes.gov.az


Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edir

posted in: Vergi, Xəbər | 0

vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıDövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır. Müsabiqəyə sənəd qəbulu Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə 20.09.2019-cu il tarixdən saat 10:00-dan 07.10.2019-cu il saat 24:00-dək həyata keçiriləcək. (Vergilər Nazirliyi, müsabiqə)

Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər

  • Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər. (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır);
  • Yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir);
  • MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir.

Tələb olunan sənədlər

  • Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq doldurulan elektron ərizə forması;
  • Sağlamlıq haqqında tibbi arayış;
  • Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
  • Məhkumluğun olmaması barədə arayışın surəti;
  • Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti.
  • Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə iştirak

  • Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.
  • Namizədlər internet vasitəsilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
  • Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqlar.

İmtahanın keçirilməsi

  • Elektron ərizə vermiş namizədlər 23.10.2019-cu il tarixdən imtahana buraxılış vərəqələrini Dövlət İmtahan Mərkəzinin internet saytından şəxsiyyət vəsiqəsinin nömrəsini, FİN kodunu daxil etməklə çap etməli, imtahana daxil olmaq üçün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini namizəd özü ilə gətirməlidir.
  • Müsabiqənin test imtahanı mərhələsi 26.10.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.
  • Test imtahanı mərhələsinin suallarını əhatə (məntiq sahəsi üzrə suallar istisna olunmaqla) edən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir.

Üstünlük verilən namizədlər

  • Xarici dil biliklərinə və elmi dərəcəyə malik olanlar;
  • Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olanlar.

Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
  • üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
  • Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Mənbə: taxes.gov.az



Vakansiya: Mühasib köməkçisi – Royal Foods Ltd

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasib köməkçisi, vakansiya baş mühasib-xəzinədarVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Royal Foods Ltd.

İş barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Bank, Kassa, Əmək haqqı sənədlərinin icra olunması
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək
– İş qrafiki: Həftədə 6 gün, Bazarertəsi-cümə 09:00-dan 18:00-dək , Şənbə 09:00-dan 13.:00-dək

Namizədə tələblər

– Yalnız xanım namizədlər
– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Yaş həddi: 23-35
– Mühasibatlıq üzrə minimum 1-3 il iş təcrübəsi (idxal, ticarət)
– MS Office(xüsusillə Excell), 1C, e-gov,e-taxes və digər portallarıdan istifadə etmək
– Əmək qanunvericilyi üzrə məlumatlı
– Yeni və köhnə hesablar plan üzrə biliklər
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

CV-lərinizi / ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az


Sadələşdirilmiş verginin ödəyiciləri risklərdən necə yan keçə bilər?

posted in: Vergi, Xəbər | 0

vergi güzəşti2019-cu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəmək hüququnun məhdudlaşdırılması ilə bağlı olub. Bu məsələ Vergi Məcəlləsinin 218-ci maddəsi ilə tənzimlənir. (Sadələşdirilmiş vergi ödəyiciləri)

Məcəllənin 218.5.8-ci maddəsinə əsasən, istehsal sahəsində fəaliyyət göstərən şəxslərin işçi sayı 10 nəfərdən çox olduğu halda, həmin vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirir. Məcəllənin 218.5.10-cu maddəsi isə xidmət sahəsində fəaliyyət göstərən şəxslərin vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərə xidmət göstərdiyi halda sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu məhdudlaşdırır. Bəs bu məqamlar təcrübədə necə əks olunur?

İqtisadçı ekspert Vüqar Mirheydərovun sözlərinə görə, bəzi vergi ödəyiciləri Vergi Məcəlləsində edilmiş dəyişiklikləri nəzərə almadan mənfəət vergisinə keçməli olduğu halda, vergi orqanlarına sadələşdirilmiş vergi bəyannamələrini təqdim etməkdə davam edirlər. “Bunu onunla əsaslandırmağa çalışırlar ki, vergi orqanları onlara mənfəət vergisinə keçirilməsi barədə heç bir məktub göndərməyib. Buna cavab olaraq bir misal gətirmək istərdim.

Fərz edək ki, ilin hər hansı bir ayında sizin 12 aylıq dövriyyəniz 200.000 manatı aşıb. Məgər siz vergi orqanlarından ƏDV qeydiyyatına alınmağınız barədə məktub gözləyəcəksiniz, yoxsa özünüz ƏDV qeydiyyatına durmaq üçün onlara məktub yazacaqsınız? Sözsüz ki, ikinci variantı seçəcəksiniz. Bəs niyə mənfəət vergisinə keçid barədə başqa fikirdəsiniz?”

Yaranmış vəziyyəti real qiymətləndirməyi təklif edən V. Mirheydərov qeyd edib ki, həm vergi ödəyicilərinin qeydiyyat zamanı seçdiyi vergi sistemi, həm onun işçiləri haqqında məlumat, həm də təqdim etdiyi elektron qaimə-fakturalar vergi orqanlarının məlumat bazasındadır. Bu, o deməkdir ki, vergi orqanları həmin vergi ödəyicilərinin qanun pozuntularını üzə çıxara bilir: “Vergi orqanlarının işinin çox olduğunu nəzərə alsaq belə, bunun maksimum ilin axırına kimi uzana biləcəyini proqnoz edə bilərik. Odur ki, növbəti ilin yanvar-mart aylarında Vergilər Nazirliyi xəbərdarlıq və bildirişləri göndərib, vergi ödəyicilərinin təqdim etdiyi hesabatların heç nəyə yaramadığını bildirəndə və mənfəət-zərər bəyannaməsi tələb edəndə gərək heç kəs təəccüblənməsin. Hesabat təqdim olunduqdan sonra isə vergi öhdəlikləri yenidən hesablanaraq ödənilməmiş hissələrinə görə hər günə 0,1 faiz cərimə hesablanacaq”.

Ekspert bütün bu riskləri nəzərə alaraq, sadələşdirilmiş vergi bəyannaməsini göndərən şəxslərə məsləhət görüb ki, Vergi Məcəlləsinin 218-ci maddəsinin ayrı-ayrı bəndlərini diqqətlə təhlil edib fəaliyyətlərinin bu maddələrdə sadalanan fəaliyyət növləri arasında olub-olmamasını bir daha yoxlasınlar: “Əgər fəaliyyət göstərdiyiniz sahə bu maddələrdən birinə uyğun gəlirsə, indidən lazımi tədbirləri görün: bəyannamələri təqdim edin, cərimələri ödəyin, gəlir və xərclərin Vergi Məcəlləsində müəyyən olunmuş qaydada aparılmasını təmin edin və rahat biznesinizə davam edin. Hər halda, ziyanın yarısından qayıtmaq da xeyirdir”.

Mənbə: vergiler.az

Bax:


error: Content is protected !!