Read More9
Read More9

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payının və səhmlərinin təqdim olunması zamanı mənfəət vergisinin hesablanması

posted in: Vergi, Xəbər | 0

Hüquqi şəxs, Nəqliyyat xərcləri, təmir xərciVergi Məcəlləsinin 104.6-cı maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir. (Hüquqi şəxs)

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən həm yuxarı qiymətə, həm də aşağı qiymətə təqdim edildikdə mənfəət vergisinin hesablanması qaydasını müəyyən etməkdir. Məcəllənin 104.6-cı maddəsinə uyğun olaraq müəssisənin səhmlərinin təqdim olunması zamanı iki məqama diqqət etmək lazımdır.

1. Müəssisənin səhmlərinin dəyəri xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən yuxarı olmaqla təqdim edildikdə həmin səhmlərin təqdim olunmasından əldə edilən mənfəət səhmlərin faktiki təqdim olunma dəyəri ilə nominal dəyəri arasındakı fərq kimi hesablanır.

Misal 1. Tutaq ki, müəssisənin nizamnamə kapitalı hər birinin nominal dəyəri 400 manat olan 5 ədəd səhmdən ibarət olmaqla 2.000 manat təşkil edir. Müəssisənin il ərzində bölüşdürülməmiş mənfəəti 4.000 manat olmuşdur. Nəticədə xalis aktivlərin dəyəri 6.000 manat (2.000 + 4.000 = 6.000) təşkil etmişdir. 2019-cu ildə müəssisənin səhmlərindən üçü hər birinin qiyməti 1.400 manata təqdim edilmiş və həmin səhmlərin vergi ödəyicisinin mülkiyyətində olma müddəti 3 (üç) ildən azdır. Müəssisənin mənfəət vergisini müəyyən edək.

Müəssisənin səhmlərinin təqdim edilməsindən əldə edilən ümumi gəlirlər və bu gəlirlərdən mənfəət vergisi aşağıdakı kimi hesablanacaq. Həmin hesablamaya əsasən xalis aktivlərin səhmlərə mütənasib dəyəri 1.200 manat (6.000 manat/ 5 ədəd = 1.200 manat) təşkil edəcəkdir.

Misaldan göürdüyü kimi, 2019-cu ildə müəssisənin səhmlərindən üçü hər birinin qiyməti 1.400 manat, yəni hər biri xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 200 manat (1.400 – 1.200 = 200 ) yuxarı olmaqla təqdim edilmişdir. Bu halda, həmin səhmlərin təqdim olunmasından əldə edilən mənfəət səhmlərin faktiki təqdim olunma dəyəri 1.400 manat ilə nominal dəyəri olan 400 manat arasındakı fərqdən hesablanmaqla 3.000 manat ( 1.400 manat x 3 – 400 manat x 3 = 3.000 manat) olduğunu müəyyən edirik. Bu mənfəətdən də 600 manat ( 3.000 x 20% = 600 manat) mənfəət vergisi hesablanır.

2. Müəssisənin səhmlərinin dəyəri xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən aşağı olmaqla təqdim edildikdə həmin səhmlərin təqdim olunmasından əldə edilən mənfəət təqdim olunan səhmlər üzrə xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyəri ilə qeyd edilən səhmlərin nominal dəyəri arasındakı fərq kimi hesablanır.

Misal 2. Tutaq ki, müəssisənin nizamnamə kapitalı hər birinin nominal dəyəri 300 manat olan 5 ədəd səhmdən ibarət olmaqla 1.500 manat təşkil edir. Müəssisənin il ərzində bölüşdürülməmiş mənfəəti 2.000 manat olmuşdur. Nəticədə xalis aktivlərin dəyəri 3.500 manat (1.500 + 2.000 = 3.500 ) təşkil etmişdir. 2019-cu ildə müəssisənin səhmlərindən ikisi hər birinin qiyməti 600 manata təqdim edilmiş və həmin səhmlərin vergi ödəyicisinin mülkiyyətində olma müddəti 3 (üç) ildən azdır. Müəssisənin mənfəət vergisini müəyyən edək.

Müəssisənin səhmlərinin təqdim edilməsindən əldə edilən ümumi gəlirlər və bu gəlirlərdən mənfəət vergisi aşağıdakı kimi hesablanacaq. Hesablamaya əsasən, xalis aktivlərin səhmlərə mütənasib dəyəri 700 manat (3.500 manat/ 5 ədəd = 700 manat) təşkil edəcəkdir.

Misaldan göründüyü kimi, 2019-cu ildə müəssisənin səhmlərindən ikisi hər birinin qiyməti 600 manat, yəni hər biri xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 100 manat (700 – 600 = 100) aşağı olmaqla təqdim edilmişdir. Bu halda həmin səhmlərin təqdim olunmasından əldə edilən mənfəət təqdim olunan səhmlər üzrə xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyəri 700 manat ilə qeyd edilən səhmlərin nominal dəyəri olan 300 manat arasındakı fərqdən hesablanmaqla 800 manat ( 700 manat x 2 – 300 manat x 2 = 800 manat) olduğunu müəyyən edirik və bu mənfəətdən də 160 manat (800 x 20% = 160 manat) mənfəət vergisi hesablanır.

Sonda onu da qeyd edək ki, müəssisə iştirak paylarını və ya səhmləri nominal qiymətindən yuxarı qiymətə almışdırsa, həmin iştirak paylarını və ya səhmləri təqdim edən zaman gəlirdən çıxılan xərci bu aktivlərin faktiki satınalma qiyməti olacaqdır.

Misal 3. Fərz edək ki, müəssisə nominal qiyməti 1.000 manat olan səhmi 1.200 manata almışdır. Müəssisə bu səhmi təqdim edən zaman gəlirdən çıxılan xərci səhmin faktiki satınalma qiyməti (1.200 manat) olacaqdır.

Mənbə: vergiler.az

Bax:


Vakansiya: Mühasib – İceland

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib VakansiyaVakansiya: Mühasib.

İşəgötürən: İceland.

İş barədə məlumat

  • 6 günlük iş həftəsi, tam iş günü;
  • 2 aylıq sınaq müddəti;
  • Əmək haqqı başlanğıc 700-800 manat.
  • Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, Camal LTD şirkəti (Dondurma zavodu).

Namizədə tələblər

  • Ali təhsil;
  • İstehsalat sahəsində 3 ildən 5 ilə qədər iş təcrübəsi;
  • Vergi uçotu üzrə biliklərin olması;
  • MS Office proqramlarında (xüsusən, Excel proqramında) sərbəst işləmək bacarığı;
  • 1C 8.3 proqramını yaxşı bilməli;
  • e-taxes.gov.az, e-gov.az və digər portallardan istifadə etmək bacarığı;
  • Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan;
  • Məsuliyyətli, təşəbbüskar və komandada işləmək bacarığı;​
  • Mühasibat, vergi uçotu və DSMF;
  • Statistika ilə bağlı əməliyyatların yerinə yetirilməsi;
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Bank əməliyyatlarının aparılması;
  • E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.

CV-lərinizi / ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib,vakansiya

“Qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısı”nda dəyişiklik edilib

posted in: Xəbər | 0

Yeni büdcə təsnifat kodları, Qrant layihələri, yeni hesabat forması,İqtisadi Fəaliyyət, Neft-qaz sektoru, İcra hakimiyyəti əmək haqqı emekAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869; 2007, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010, № 3,

maddə 264, № 4, maddə 359, № 7, maddə 702, № 12, maddə 1122; 2014, № 3, maddə 321, № 10, maddə 1322; 2015, № 4, maddə 474; 2016, № 2 (II kitab), maddə 366, № 3, maddə 610, № 5, maddə 951, № 8, maddə 1431, № 9, maddə 1555, № 11, maddə 1955; 2017, № 1, maddə 131, № 3, maddə 510, № 8, maddə 1617, № 12 (II kitab), maddə 2504; 2018, № 6, maddə 1377, № 7 (II kitab), maddə 1630, № 8, maddə 1809, № 11, maddə 2428, № 12 (II kitab), maddələr 2735, 2738; 2019, № 1, maddə 157) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 3-cü hissədə “Təbii qaz” sözləri “Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı” sözləri ilə əvəz edilsin.

2.4-cü və 11-ci hissələr ləğv edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                      Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
dövlət

Azərbaycanda audit sahəsinin liberallaşdırılması ilə bağlı təkliflər hazırlanır

posted in: Xəbər | 0

auditor daxili audit vakansiya“Azərbaycan Auditorlar Palatası bu il Milli Məclisin payız sessiyasında bir sıra təkliflərlə çıxış edə bilər”. (audit sahəsi)

Bunu Palatanın sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər bir sıra istiqamətdə olacaq.

Vahid Novruzov vurğulayıb ki, təkliflər, əsasən, şirkətlərdə auditorların minimal sayının təyin edilməsi, mühasibatlıq, audit sahəsində uzun illər çalışmış Azərbaycan vətəndaşlarının da auditor olmaq üçün imtahanda iştirak etmək hüquqi qazanması ilə bağlı olacaq: “Hazırda auditor olmaq hüququ ancaq müəyyən peşə sahiblərinə verilir. Bu istiqamətdə liberallaşma ilə bağlı təkliflərimiz var. Həmin təkliflər üzərində işi başa çatdırmışıq, müvafiq qurumlara göndərəcəyik”.

O xatırladıb ki, təkliflər Milli Məclisə təqdim olunana qədər müvafiq qurumların rəyi alınmalıdır, əsaslandırılmalıdır.

Mənbə: report.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
audit sahəsi
error: Content is protected !!