Vergi ödəyicisinin fəaliyyəti barədə arayışın verilməsi
Xidmətin adı: Vergi ödəyicisinin fəaliyyəti barədə arayışın verilməsi. (vergi ödəyicisi)
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– VM-nin 15 və 24-cü maddələri;
– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun;
– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”;
Xidmətin göstərildiyi yer:
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları
Müraciəti emal edən struktur vahidi:
ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları
İcra müddəti: 5 iş günü
Xidmətin nəticəsində təqdim edilən sənədlər:
– Vergi ödəyicisinin fəaliyyətinin olub-olmaması barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)
Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.
Mənbə: taxes.gov.az

Gələn ilin əvvəlindən etibarən Azərbaycanda “blockchain” texnologiyası üzərindən məsafədən bank hesablarının açılması mümkün olacaq. Layihənin fiziki şəxslər üzrə hissəsi artıq tamamlanmaq üzrədir. Hüquqi şəxslərə dair hissəsinin tamamlanmasından sonra layihəyə start veriləcək ki, bunun da 2020-ci ilin əvvəlinə təsadüf edəcəyi gözlənilir.
Təcrübə proqramı (Şirvan, Sabirabad, Bərdə, Yevlax) / İşəgötürən: Bank Respublika ASC.
Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxs hansı verginin ödəyicisi olmalıdır?