Ödəniş kartlarının istifadə qaydalarında dəyişikliklər ediləcək

posted in: Xəbər | 0

nağdsız ödəniş Pos-terminal Təhtəlhesab şəxs POS-terminalMaliyyə Bazarlarına Nəzarət Palatası ölkədə təmassız ödənişlərin genişləndirilməsinə dair ödəniş kartlarının emissiya və istifadə qaydalarına dəyişikliklər layihəsini irəli sürüb. Bunu qurumun Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib. Onun sözlərinə görə, hazırda sənəd aidiyyəti dövlət qurumları ilə müzakirə olunur: “Yeni layihə rəqəmsal ödənişlərdə biometrik eyniləşdirmə üsullarının tətbiqi ilə yanaşı, təmassız ödənişlər texnologiyasının əhatə dairəsinin genişləndirilməsinə imkan yaradacaq. Yəni təmassız ödənişlərin ödəniş terminalları infrastrukturu üzərindən aparılması imkanı da bu qaydalarda aparılacaq dəyişikliklər əsasında mümkün olacaq”. (Ödəniş kartları)

Ölkənin nəqliyyat sistemində təmassız ödənişlərin qəbuluna toxunan Palata rəsmisi bildirib ki, ictimai nəqliyyatda bu texnologiyanın tətbiqi Bakı Nəqliyyat Agentliyi ilə müzakirələr əsasında müəyyən olunacaq: “Qeyd edim ki, nəqliyyat sistemində rəqəmsal ödənişlərin tətbiqi, ödəniş kartları ilə əməliyyatların aparılması “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd olunan tədbirlərdən biridir”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Ödəniş kartları

Vakansiya: Baş Mühasib – Prior Leasing

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

baş mühasib, vakansiya, Mühasibat uçotu Sərbəst mühasib vakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: Prior Leasing.

İş barədə məlumat

– Mühasibat və vergi uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi) təqdim edilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;
– Bazar ertəsi – Cümə: 8:30 – 17:30
– Şənbə : 10.00 – 16.00

Namizədə tələblər

– Lizinq sahəsində ən azı 3-5 il iş təcrübəsi;
– Vergi Məcəlləsini yaxşı səviyyədə bilməlidir;
– Müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, iş vaxtının uçotu;
– Müvafiq normativ-hüquqi sənədlər;
– Maya dəyərinin hesablanması qaydaları;
– Avans hesablarının təlimatı;
– MS Office, 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır.

Maraqlanan namizədlər mövzu yerində Baş mühasib yazmaqla öz CV-lərini / ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Baş Mühasib, vakansiya

Hüquqi şəxs olaraq xidmət fəaliyyəti göstərən müəssisə sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?

posted in: Vergi, Xəbər | 0

sadələşdirilmiş vergiHüquqi şəxs olaraq xidmət fəaliyyəti göstərən müəssisə lisenziya vasitəsilə sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?

Vergilər Nazirliyinin Media və kommunikasiya xidmətindən cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin bu ilin yanvarından qüvvəyə minmiş müddəalarına əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb edilən fəaliyyət növü ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.

Lisenziya tələb edən fəaliyyət növü ilə məşğul olan müəssisə mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Mənbə: azertag.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sadələşdirilmiş vergi ödəyicisi, müəssisə

Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı 8,4% artıb

posted in: Xəbər | 0

emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıBu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 1 613,8 min nəfər olub. (əmək haqqı)

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, onlardan 902,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 711,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,5%-i təhsil, 18%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 12,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4% artaraq 587,7 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək haqqı