Bu dövlət rüsumu ləğv edilib

posted in: Xəbər | 0

vəzifə maaşları əmək haqqı vergi daxilolmaları DGKXarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə dövlət rüsumu ləğv edilib.

Bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib.

Belə ki, “Dövlət rüsumu haqqında” qanunun 16.1.4-cü bəndi ləğv edilib.

Qeyd edək ki, sənədin 16.1.4-cü bəndinə əsasən, xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə 4 manat dövlət rüsumu tutulurdu.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Podratçılara dair tələblər sərtləşdirilib

posted in: Xəbər | 0

əmək məcəlləsi, emek mecellesi, emek pensiyasi, Əmək pensiyası, vergilər nazirliyi struktur Dövlət rüsumuAzərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. (podratçı)

Dəyişiklik qanunun 6-cı (Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər) maddəsinə edilib.

İndiyədək satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması tələb olunurdusa, bundan sonra son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması da tələb olunacaq.

Qanunun tam mətninə nəzər yetirin:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 11, № 12, maddə 706; 2005, № 12, maddə 1083; 2006, № 12, maddə 1005; 2010, № 3, maddə 173, № 4, maddə 276; 2016, № 2 (I kitab), maddə 205, № 4, maddə 628; 2017, № 5, maddə 699; 2018, № 12 (I kitab), maddə 2523) 6.2.5-ci maddəsinə “öhdəliklərinin” sözündən sonra “, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
podratçı

Vakansiya: Baş Mühasib – My Food LLC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya baş mühasibVakansiya: Baş Mühasib

İşəgötürən: My Food LLC

Əmək haqqı: 1500-2000 AZN

Şəhər: Bakı

Yaş: 30 – 50 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Əlaqədar şəxs: HR

E-mail: /

Vakansiya barədə məlumat

• Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;
• Vergi, Statistika,DSMF, Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
• Daxili nəzarət (audit);
• Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
• Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;

İş yeri: Bakı şəhəri
İş saatı : Həftədə 6 gün 09:00-18:00
Əmək haqqı: 1500-2000 AZN



Namizədə tələblər
  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
  • Baş mühasib kimi minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
  • Komandada işləmə bacarığı olmalı;
  • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olan kişi və ya qadın namizədlər;
  • MS Office, 1C, BTP, MİKRO mühasibatlıq proqramlarını, EVHF,vahid rüblük hesabatlarını, vergi məcəlləsini mükəmməl bilməli;
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq – maliyyə modulu ilə çalışa bilməli;
  • Beynəlxalq mühasibatlıq bilgiləri olan (ACCA, F3 maliyyə uçotu sertifikatı olması əlavə üstünlükdür);
  • Yaş həddi: 30-50

Zəhmət olmasa CV-lərinizi / e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Baş Mühasib” qeyd etməyi unutmayın.

Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
baş mühasib

Məşğulluq hesabatlarının verilməməsinə görə cərimələr 10 dəfə artırılıb

posted in: Xəbər | 0

İnzibati XətalarAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Məşğulluq hesabatları, cərimələr)

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alır:

AR İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12, I kitab, maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018,

№ 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7, I kitab, maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12, I kitab, maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, I kitab, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1534-VQD nömrəli, 9 aprel tarixli 1558-VQD, 1561-VQD, 1562-VQD nömrəli, 3 may tarixli 1577-VQD, 1583-VQD nömrəli, 17 may tarixli 1595-VQD nömrəli, 13 iyun tarixli 1609-VQD nömrəli, 27 iyun tarixli 1627-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə “538-1,” rəqəmlərindən sonra “540.5,” rəqəmləri əlavə edilsin.

2. 194-cü maddənin dispozisiyasında “əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər” sözləri “sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən” sözləri ilə əvəz edilsin və “, yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə” sözləri çıxarılsın.

3. 523-cü maddənin “Qeyd” hissəsində “işsiz statusu almış” sözləri “işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış” sözləri ilə əvəz edilsin.

4. 540-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 540. Məşğulluq haqqında qanunvericiliyin pozulması

540.1. İşəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə –

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

540.2. İşəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə –

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

540.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə –

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

540.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsinin işəgötürən tərəfindən müvafiq həmkarlar ittifaqı orqanlarına əvvəlcədən (azı 3 ay əvvəl) yazılı məlumat verilmədən və ya işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmadan həyata keçirilməsinə görə –

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.



540.5. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.6–4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulmasına görə –

vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.”.

5. 576-cı maddə üzrə:

5.1. adına və 576.1-ci maddəsinə “Azərbaycan” sözündən əvvəl “Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsi, habelə” sözləri əlavə edilsin;

5.2. aşağıdakı məzmunda 576.3-cü və 576.4-cü maddələr əlavə edilsin:

“576.3. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə –

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

576.4. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə –

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Məşğulluq hesabatları, cərimələr, Məşğulluq hesabatları, Məşğulluq hesabatları, cərimələr, cərimələr