Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı 8,4% artıb

posted in: Xəbər | 0
birbank biznes

emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıBu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 1 613,8 min nəfər olub. (əmək haqqı)

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, onlardan 902,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 711,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,5%-i təhsil, 18%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 12,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4% artaraq 587,7 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək haqqı
Print Friendly, PDF & Email