Əmlakın satışı zamanı ƏDV və mənfəət vergisi necə hesablanır?
Sual: A müəssisəsi ƏDV ödəyicisidir və balansında 100.000 AZN dəyərində daşınmaz əmlakı (qeyri yaşayış sahəsi) var. Həmin əmlak A müəssisəsi tərəfindən alınarkən ƏDV ödənilmiş və həmin dövrdə də əvəzləşdirilmışdir. Hüquqi şəxsin mülkiyyətində olan torpaq və qeyri-yaşayış sahəsi təqdim olunarkən sadələşdirilmiş vergiyə cəlb olunduğunu nəzərə alsaq, A müəssisəsi tərəfindən həmin əmlak satılarkən əvəzləşmiş ƏDV məbləği yenidən hesablanmalıdırmı? (əmlak satışı, ƏDV, mənfəət vergisi)
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Hüquqi şəxs tərəfindən balansında olan daşınmaz əmlakın təqdim edilməsi zamanı həmin əmlakın təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilir və bu təqdim etmədən əldə edilən gəlirlər mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərə aid edilmir. Eyni zamanda aparılmış əməliyyat ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə ƏDV ödənilib əvəzləşdirildiyi halda ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləği təqdim etmənin baş verdiyi ayın ƏDV bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.
Əsas: Vergi Məcəlləsinin 3.5-ci, 150.1.9-cu, 159-cu, 218.4.3-cü, 219.3-1-ci və 219.5-ci maddələri.
Mənbə: taxes.gov.az

Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 394,802 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,996 milyon manat və ya 19,7% çoxdur.
Hökumət Ödəniş Portalının (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi tədbirləri çərçivəsində uzun müddətdir ki, yerli (bələdiyyə) vergilər və ödənişlərin toplanılması imkanın yaradılması istiqamətində işlər davam etdirilirdi.
E-kassaların uçota alınması üçün təqdim olunması e-kassa operatorları tərəfindən həyata keçirilir. Pul hesablaşmalarını elektron kassa ilə həyata keçirməli olan vergi ödəyicisi qeydiyyatdan keçmiş elektron kassa operatoruna müraciət etməli və aşağıdakı sənədləri təqdim etməlidir: