Vakansiya: Risklərin idarə edilməsi departamenti (təcrübə)

posted in: Təcrübə, Vakansiya, Xəbər | 0

bank of baku, vakansiya, təcrübəVakansiya: Risklərin idarə edilməsi departamenti (təcrübə).

İşəgötürən: Bank of Baku.

Əsas vəzifə və öhdəliklər

– Bankın riskə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
– Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək
– Risklər ilə bağlı daxil olan sorğuların cavablandırılması
– Risklər üzrə hesabatlığın hazırlanması və yenilənməsi prosesində iştirak etmək

Seçim meyarları

– Riyaziyyat, İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
– Azərbaycan dili və İngilis dili bilikləri (Rus dili arzuolunandır)
– MS Office (Word, Excel) ilə işləmək bacarığı
– Analitik düşüncə tərzi
– Məsuliyyətli, məqsədyönlü, operativ və təşəbbüskar olmaq

İş şərtləri

– İş yeri: Baş İdarə
– İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Risklərin idarə edilməsi departamenti (təcrübə) qeyd etməklə  / mail ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya, təcrübə

Bu halda avtomobilin icarə xərci gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

Avtomobilin icarə xərci gəlirdən çıxıla bilər?  icarə xərci


Kiçik sahibkarlıqla məşğul olan iş adamları xərclərinə qənaət etmək məqsədilə avtomobilləri müəyyən şərtlərlə icarə götürürlər. İşəgötürənlə bağlanan icarə müqaviləsində icarəyə verənlə belə bir şərt də razılaşdırılır ki, avtomobilin saz vəziyyətdə qalması üçün çəkiləcək xərcləri (ehtiyat hissələr amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirilməsi, təkərlərin dəyişdirilməsi və s.) də işəgötürən ödəməlidir. Digər variantda işəgötürən öz işçisinin şəxsi avtomobilini müqavilə əsasında icarəyə götürür və müqavilədə belə bir şərt razılaşdırılır ki, yalnız avtomobilin saz vəziyyətdə saxlanılması üçün çəkiləcək xəcləri (ehtiyat hissələr amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.) işəgötürən qarşılayacaq.

Yuxarıda qeyd edilən hallarda bu xərclər gəlirin əldə olunması ilə bağlı xərclərə aid edilə bilərmi? Ümumiyyətlə, bu cür xərclər hansı halda gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilər?

Suallara Vergilər Nazirliyi tərəfində aydınlıq gətirilərək bildirilib ki, icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda, həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər. Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Qeyd: Bu məqamlar Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri ilə tənzimlənir.

Mənbə: vergiler.az

Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
icarə xərci

Vakansiya: Mühasib – Azersun Holding

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasib köməkçisiVakansiya: Mühasib.

İşəgötürən: Azersun Holding.

Vəzifə öhdəlikləri

• Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;
• Vergi, Statistika,DSMF, Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
• Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
• Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;

Təhsil və iş təcrübəsi

• Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
• Mühasib kimi minimum 3 il iş təcrübəsi;

Bacarıq və səriştələr

• Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
• Komandada işləmə bacarığı olmalı;
• Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olan namizədlər;

Namizədə tələblər

• Beynəlxalq mühasibatlıq bilgiləri olan (ACCA, F3 maliyyə uçotu sertifikatı olması əlavə üstünlükdür);
• MS Office, 1C, BTP, MİKRO mühasibatlıq proqramlarını, B1, B3 hesabatlarını mükəmməl bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq – maliyyə modulu ilə çalışa bilməli;

İş yeri:

Azərbaycan Şəkər İstehsalat Birliyi. Azərbaycan Respublikası, İmişli şəhəri, Sabir Fətəliyev küçəsi. 45

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini  / elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mühasib”) qeyd olunmalıdır) göndərə bilərlər.

Mənbə: jobsearch.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, mühasib

Cərimələr malların maya dəyərinə aid edilməlidirmi?

posted in: Xəbər | 0

Sual: Bilmək istəyirik ki, müəssisə istehsal ehtiyacları üçün ölkə xaricindən alınmış malların yüklənməsi, daşınması və rəsmiləşdirilməsi zamanı (gecikmə, gözləməyə görə) yaranmış cərimələri, anbara mədaxil olunacaq həmin malların maya dəyərinə aid etməlidirmi, yoxsa ayrıca inzibati xərc kimi tanımalıdırmı?(cərimələr, maya dəyəri)

Cavab: Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən X fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmamışdır.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda vergi ödəyicisi tərəfindən ödənilən cərimələr malın maya dəyərinə daxil edilmədən birbaşa gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci119-cu162-ci maddələri və Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” 13 iyun 2013-cü il tarixli 687-IVQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
cərimələr, maya dəyəri