Baş mühasibin əmək funksiyası

posted in: muhasibat, Xəbər | 0

Mühasib köməkçisi tələb olunur sahibkarlıq Baş mühasibin əmək funksiyası nədən ibarətdir?

Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.

Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.


Bax: Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər

İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.

Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.

Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.

Baş mühasib bilməlidir:
  • yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibini;
  • müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını;
  • müəssisənin strukturunu, onun prespektiv inkişafını; mühasibat uçotunun müəssisələrdə təşkilini; maliyyə hesablarının forma və qaydalarını;
  • pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını; pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
  • debitor və kreditorlarla hesablaşma qaydalarını;
  • mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını;
  • yoxlanış və sənədli təftişin qaydalarını;
  • müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni;
  • iqtisadiyyatın əsaslarını;
  • istehsalın, əməyin və idarəetmənin təşkilini;
  • mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini;
  • əməyin mühafizəsi;
  • təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçilərin minimum əmək haqqı 250 manatdan az ola bilməz

posted in: Xəbər | 0

emek, Dövlət Əmək Müfəttişliyi, Məşğulluq hesabatları, teleiş distant iş uşaq pulu uşaqpulu mezuniyyet məzuniyyət hüquqlarıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli sərəncamına əsasən, cari il sentyabrın 1-dən minimum əmək haqqının 250 manata çatdırılması ilə əlaqədar işəgötürənlərə müraciət edib. Nazirlikdən verilən məlumata görə, xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, sentyabr ayının 1-nə qədər aylıq əmək haqqı 250 manatdan aşağı məbləğdə olan işçilərin maaşı qeyd edilən tarixdən 250 manata çatdırılmalıdır. İş yerlərində əmək haqqının minimum məbləği sentyabrın 1-dən 250 manatdan az ola bilməz. (emek haqqi)

Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əmək haqları üzrə məlumatları real vaxt rejimində görməyə imkan verir.

Müvafiq sərəncama əsasən, minimum əmək haqqının məbləğinin artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqqından da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə – vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək haqqı, emek haqqi

Kənd təsərrüfatı istehsalçılarına veriləcək subsidiyanın məbləği məlum olub

posted in: Xəbər | 0

Aqrar sığorta,Azərbaycanda üzüm istehsalçıları bağın salındığı ilk 4 il ərzində hər hektar əkin sahəsinə görə dövlətdən 600 manat sudsidiya alacaqlar. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib.

Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən olunacaq. Beləliklə, üzüm üzrə əkin əmsalı 3 müəyyən edilib. Bununla belə, əkindən 4 il sonra məhsulun yetişəcəyi və fermerin gəlir əldə edəcəyi nəzərə alınaraq, əkin əmsalı 1,2-yə, subsidiyanın məbləği isə buna uyğun olaraq 240 manata endiriləcək.

Eyni qayda intensiv meyvə bağı salanlara da aiddir. Söhbət damcı suvarma sistemi ilə təmin olunmuş alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlardan; xurma və nar bitkiləri üzrə 1 hektara minumum 450 ədəd tingin əkildiyi bağlardan; limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlardan; fındıq üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlardan; əzgil, zoğal, iydə, əncir,qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlardan gedir.

Bu zaman qərzəkli bitkilər istisna olmaqla digər meyvələrin istehsalçılara hər hektar əkin sahəsinə görə ilk 4 il ərzində 800 manat (əkin əmsalı 4 olacaq), növbəti illərdə isə 240 manat (əkin əmsalı 1,2 olacaq) subsidiya veriləcək. Qərzəkli bitki istehsalçıları isə hər hektar əkin sahəsinə görə ilk 4 il ərzində 400 manat (əkin əmsalı 2 olacaq), növbəti illərdə isə yenə də 240 manat (əkin əmsalı 1,2 olacaq) subsidiya alacaqlar. Bununla belə, qərzəkli meyvələrdən fındıq üzrə əkin əmsalı yalnız Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil ediləcək.

Adi meyvə bağı salanlara isə hər hektar əkin sahəsinə görə 240 manat subsidiya ödənilməsi (əkin əmsalı 1,2 olacaq) nəzərdə tutulub. Amma bunun üçün 1 hektara əkilmiş tinglərin sayı azı 90 ədəd olmalıdır.

Nəhayət, giləmeyvə istehsalçıları hər hektar əkin sahəsinə görə 200 manat subsidiya ödəniləcək. Yəni əkin əmsalı 1 müəyyən edilib.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kənd təsərrüfatı, subsidiya

E-kassa üzrə texniki tələblər

posted in: Xəbər | 0

Azərbaycan Respublikası ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş elektron kassa modellərinin tətbiqinə icazə verilir. E-kassa vahid şəkildə işləyən iki hissədən – bilavasitə e-kassa aparatının özündən və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusundan ibarətdir.

Aşağıdakı meyarlara cavab verən e-kassadan əhali pul hesablaşmalarının aparılmasında istifadə edilə bilər:

  • E-kassada aparılan əməliyyatların, çeklərin və onların formalaşma ardıcıllığının etibarlı uçotunu, habelə həmin məlumatların toplanması, emalı, saxlanması və internet bağlantısı yaranan kimi Vergilər Nazirliyinə ötürülməsini təmin edən proqram təminatı və əməliyyat sistemləri ilə təchiz edilən;
  • USB portu mövcud olan;
  • Qanunvericilkdə nəzərdə tutulmuş e-kassa çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən;
  • E-kassa üzrə dəyişdirilməyən zavod və ya seriya nömrəsinə malik olan;
  • İnternet resurslarına çıxış imkanlarına (GSM, Wi-fi, Ethernet və s. vasitəsilə) malik olan.

E-kassa ilə bağlı texniki tələblər sahələrarası ekspert komissiyası tərəfindən müəyyən edilir.

E-kassadan istifadənin mümkün olmadığı hallar aşağıdakılardır:

  • Dövlət reyestrinə daxil edilmiş e-kassanın parametrləri dəyişdirildikdə;
  • Unikal identifikatora (fiskal İD) malik çeki çap etmək mümkün olmadıqda;
  • E-kassa yararsız hala düşdükdə;
  • E-kassanın zavod və ya seriya nömrəsi dəyişdirildikdə;
  • E-kassanın zavod və ya seriya nömrəsi açıq açarın texnoloji sertifikatında göstərilən nömrə ilə uyğun gəlmədikdə;
  • Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların Vergilər Nazirliyinə ötürülməsi mümkün olmadıqda;
  • Nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyat aparıldıqda;
  • Nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdə və ya yararsız hala düşdükdə.

E-kassa çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və e-kassa operatoru tərəfindən göndərilmiş PİN kod e-kassa istifadəçi tərəfindən daxil edildikdən sonra çap edilə bilər.

Mənbə: e-kassa.gov.az