Transfer qiyməti barədə bilmədiklərimiz

posted in: Xəbər | 0

Amortizasiya ƏDV-nin hesablanması Mühasib köməkçisi vakansiyaBu günkü mövzumuz transfer qiymətinə həsr olacaq. Vergi Məcəlləsinə transfer qiyməti anlayışı 2017-ci ildə əlavə edilib. Transfer qiyməti nədir – rezident və qeyri rezident arasında olan hesablaşmaları tənzimləyəcək qiymətdir. Transfer qiyməti – maliyyə axınlarını optimallaşdırmaq məqsədilə bağlı, strukturlar arasında əməliyyatlar üçün müəyyən edilmiş qiymətdir. Qısa olaraq  transfer qiyməti – bazar qiyməti deyil, yəni müəssisənin özü üçün təyin etdiyi qiymətdir (daxili qiymət), böyük şirkətlər, milli və beynəlxalq təşkilatlar çərçivəsində, müxtəlif ölkələrdə yerləşən sonuncu struktur bölmələri arasında olan qiymətdir. Transfer qiymətləri- istehsalçı firmanın topdansatış qiymətlərinin bir növü olub, transmilli korparasiyaların (TMK) praktikasında tətbiq olunur. Transfer qiymətin anlayışı Azərbaycan Respublikası Vergi Məcəlləsini 13.2.65. maddəsində verilmişdir: transfer qiyməti — bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında aparılan əməliyyatlar zamanı müəyyən edilən və müstəqil şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərə uyğun olmalı qiymətdir.

Bəzən transfer qiyməti şirkətin daxili qiyməti kimi adlanır. Daxili qiymət  kommersiya sirri olmasa da onun geniş şəkildə yayılması məqsədə uyğun deyil.

Transfer qiyməti yalnız hüquqi şəxslərin mənfəət vergisi/fiziki şəxslərin gəlir vergisi məqsədləri üçün və hər bir nəzarət olunan şəxs üzrə ümumi dəyəri 500 000 manatdan artıq olan əməliyyatlara tətbiq edilir.

Azərbaycan Respublikası Vergilər Nazirliyi  27.01.2017-ci ildə  “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi” qaydalarını təsdiq etmişdir. Respublikamızda transfer qiyməti nəzarət olunan  əməliyyatlar üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikası Vergi Məcəlləsinə və həmin Qaydalara əsasən müəyyən edilir.

Diqqətinizi qaydalara yönəltmək istəyirəm. Qaydalarda qeyd edilmiş ümumi prinsip ondan ibarətdir ki, Vergi ödəyicisi tərəfindən nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim edilən və ya alınan malların (işlərin, xidmətlərin) qiymətləri müqayisə edilən nəzarət olunmayan əməliyyatlar üzrə qiymətlərə uyğun olmadığı halda, vergi ödəyicisi və vergi orqanı həmin əməliyyatdan vergini transfer qiymətləri əsas götürülməklə yenidən hesablayır.

Müəssisələr transfer qiymətlərinin müəyyən edilməsi üçün bir neçə üsullardan istifadə edilə bilər:

  1. Qiymətlərin müqayisəsi üsulu;
  2. Sonrakı (təkrar) satış qiyməti üsulu;
  3. Dəyərin toplanması üsulu;
  4. Rentabellik üsulu;
  5. Mənfəət bölgüsü üsulu.

Vergi məcəlləsində 14-1.1 maddəsində əks etdirib.

Qeyd etmək istərdim, ki rentabellik və mənfəət bölgüsü üsulu seçərək  müqayisə edilən əməliyyatlar aşkar edilmədikdə bu üsullar Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 №- li  qərarı ilə təsdiq edilmiş “Vergi  ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablaması Qaydaları” əsasında şərti rentabellik normasını əsas götürərək tətbiq edə bilərlər.

Vergi ödəyicisinin vergi ili ərzində apardığı nəzarət olunan əməliyyatların ümumi dəyəri Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən müəyyən edilmiş həddən artıq olduqda, həmin vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara dair məlumat Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə bu Qaydalara əlavə edilən formada “Nəzarət olunan əməliyyatlar haqqında Arayış” və onun əlavəsi müvafiq qaydada doldurularaq vergi orqanına təqdim edilməlidir.

Vergi ödəyicisinin vergi ili ərzində apardığı nəzarət olunan əməliyyatların ümumi dəyəri Vergi Məcəlləsinə əsasən müəyyən edilmiş həddən artıq olmaması səbəbindən Arayış təqdim edilmədiyi halda, vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı həmin tədbirlərin əhatə etdiyi hesabat dövrlərində həyata keçirilmiş nəzarət olunan əməliyyatların qiymətləri bu Qaydalara əsasən müəyyənləşdirilməlidir.

Vergi ödəyicisi transfer qiymətini özü müəyyənləşdirdiyi hallarda bu Qaydaların 10.2-ci (10.2 Vergi ödəyicisi transfer qiymətlərini müstəqil şəkildə müəyyən etdiyi halda həmin qiymətin bu Qaydaların tələblərinə uyğunluğunun yoxlanılması üçün tələb olunan bütün sənədləri, o cümlədən, nəzarət olunan əməliyyatın bütün təfərrüatları və şərtləri, hesablamanın bütün şərtləri, müqayisə üçün seçilmiş əməliyyatlar, həmin əməliyyatların və tətbiq edilmiş üsulun seçim səbəbi və əsaslandırılması haqqında məlumatları və təsdiqedici sənədləri də vergi orqanına təqdim etməlidir) bəndində nəzərdə tutulmuş sənədləri saxlaya və vergi nəzarəti tədbirləri zamanı vergi orqanının məsul şəxslərinə təqdim edə bilər.

Transfer qiymətləri müəyyən edilərkən aşağıdakı məlumat bazalarından istifadə edilir:

  1. yerli və beynəlxalq birja kotirovkaları;
  2. gömrük orqanının apardığı xarici ticarət statistikası;
  3. mənbəyi bəlli olan məlumat mənbələrində yerləşdirilmiş hesabat məlumatları;
  4. vergi orqanın qoşulduğu beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazaları;
  5. mallara, işlərə və xidmətlərə, habelə onların yerli və beynəlxalq bazarlarda təsbit edilmiş qiymətlərinə dair mənbəyi bəlli olan məlumatların yerləşdirildiyi məlumat mənbələri.

Transfer qiymətlərinin üsulları əvvəlcədən razılaşdırıla bilər. Transfer qiymətinin vergi ödəyicisi tərəfindən müstəqil şəkildə müəyyənləşdirilə bilər.

İkiqat vergitutmanın qaydaların 12.1. maddəsinə əsaslanaraq aradan qaldırıla bilər:  Nəzarət olunan əməliyyatda transfer qiymətinin müəyyənləşdirilməsi və tətbiqi nəticəsində vergi ödəyicisinin vergitutma bazası dəyişikliklərə məruz qalarsa və bunun nəticəsində həmin əməliyyatdan mənfəətə münasibətdə həm Azərbaycan Respublikasında, həm də əməliyyatın digər tərəfi olan şəxsin dövlətində ikiqat vergitutma halının yarana biləcəyi halda vergi ödəyicisinin və ya əməliyyatın tərəfi olan digər şəxsin müraciəti əsasında vergi orqanı digər dövlətdə nəzərə alınması məqsədi ilə Azərbaycan Respublikasında əməliyyat nəticəsində ödənilmiş vergilər barədə məlumatı izahlı şəkildə müraciət edən şəxsə təqdim edə bilər.

Müəllif: BSC şirkətinin Maliyyə işləri üzrə Baş Müşaviri Leyla Kiçibəyova


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Transfer qiyməti

E-kassa operatorunun qeydiyyata alınması

posted in: Xəbər | 0

E-kassaE-kassa operatoru kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs portal üzərindən gücləndirilmiş elektron imza vasitəsilə təsdiqlənmiş ərizə ilə Vergilər Nazirliyinə müraciət edir. Qeyd olunan ərizəyə qanunvericilikdə nəzərdə tutulan sənədlər əlavə olunur.

Növbəti mərhələdə hüquqi şəxsin tələblərə uyğunluğu yoxlanılır və yoxlamanın nəticəsi olaraq həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq üçün e-kassa modelinin bir nümunəsi və sahələrarası ekspert komisiyası tərəfindən müəyyən edilən sənədlərin komissiyaya təqdim edilməsi barədə bildiriş göndərilir.

Sahələrarası ekspert komissiyasının tapşırığına əsasən, təqdim edilmiş e-kassa modelinin nümunəsinin texniki sınağı həyata keçirilir.

Vergilər Nazirliyinin müqavilə əsasında cəlb etdiyi uyğunluğu qiymətləndirən qurum sahələrarası ekspert komissiyasının tapşırığına əsasən elektron kassa operatoru kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs tərəfindən təqdim edilmiş elektron kassa modelinin nümunəsinin texniki sınağını və sertifikatlaşdırılmasını 30 gündən gec olmayaraq “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirir və bu barədə sahələrarası ekspert komissiyasına məlumat verir.



Elektron kassa sertifikatlaşdırıldıqdan sonra hüquqi şəxs Vergilər Nazirliyi tərəfindən elektron kassa operatoru kimi qeydiyyatdan keçirilir, sertifikatlaşdırılmış elektron kassa modelinin markası dövlət reyestrinə daxil edilir. Elektron kassa operatorunun elektron kabinetinə bu barədə bildiriş göndərilir.

Mənbə: e-kassa.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-kassa operatoru

Dövlət və ya yerli özünüidarəetmə orqanının rəhbərləri üçün Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi

posted in: Xəbər | 0

Asan İmza SimkartıXidmətin adı: Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi (Dövlət və ya yerli özünüidarəetmə orqanının rəhbərləri üçün)

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə”

– şəxsiyyəti təsdiq edən sənədin surəti

– notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)

– Asan İmza SİM-kartı

– Asan imza mobil xidmətinə qoşulma forması

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun

– NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı

– Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer:

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, “Bank of Baku” “Rabitəbank”, BTB ASC-ləri

Müraciəti emal edən struktur vahidi: 

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

İcra müddəti: 

Emal müddəti nəzərə alınmaqla müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı

– AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə

– Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş.

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Asan İmza Simkartı

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

posted in: Xəbər | 0

Vergi ödəyicisi vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitamCari ilin 7 ayında Azərbaycanda 7 116 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb və onlardan 6 167-si elektron qeydiyyat xidmətindən istifadə ediblər.

Vergilər Nazirliyindən verilən məlumata görə, hesabat dövründə elektron qeydiyyatdan keçənlərin xüsusi çəkisi artaraq 86,7%-ə yüksəlib.

İlin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb. Biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu sistemə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir. Həmin sənədlərin kağız daşıyıcılarda təqdim edilməsinə zərurət olmur.

Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə İnternet Vergi İdarəsində “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) təlimatı yerləşdirilib.



Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd biznesə başlamaqla bağlı prosedurların sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Elektron qeydiyyat