150 manat məvaciblə Maliyyə üzrə təcrübəçi tələb olunur

posted in: Maliyyə, Təcrübə, Vakansiya, Xəbər | 0

Yay Təcrübə Proqramı Maliyyə mühasibatVəzifə: Maliyyə üzrə təcrübəçi.

İşəgötürən: Softline International.

Şəhər: Bakı

Yaş: 18 – 28 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən aşağı

Əlaqədar şəxs: HR

E-mail: /

Əmək haqqı: 150 AZN.

İş barədə məlumat

Maliyyə üzrə təcrübəçi (qadınlara üstünlük verilir)

Yarı iş günü, əmək haqqı 150 AZN.

Namizədə tələblər

• Vergi qanunvericiliyindən məlumatlı olmalı
• Müxabirələşmələri (проводка) bilməli (orta dərəcədə)
• 1 C 8 muhasibat proqramında işləməyi bacarmalı

CV-lər şəkilli olmalıdır.

CV-də vakansiyanın adı qeyd olunaraq / ünvanlarına göndərilməlidir.

Mənbə: finstaff.az

Bu şəxslər nə qədər sosial sığorta haqqı ödəməlidir?

posted in: Xəbər | 0

təsis payları tesis gəlir xərc kompensasiya muzdlu işKənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihə davam etdirilir. Layihənin əsas məqsədi kənd təsərrüfatı sektorunda real vəziyyəti düzgün əks etdirən uçotun aparılmasıdır. (sosial sığorta haqqı)

Bəllidir ki, aqrar sahədə istehsalla məşğul olan vətəndaşlar, torpaq vergisindən başqa, digər bütün vergilərdən azaddırlar. Lakin onların uçotunun aparılmaması və hesabat təqdim edilməməsi üçüncü şəxslərin vergidən yayınmasına şərait yaratmış olur. Bundan əlavə, kənd təsərrüfatı təyinatlı pay torpaqlarının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri məcburi sosial sığorta məqsədləri üçün uçota durmadıqda gələcəkdə layiqli pensiya ala bilməyəcəklər. Bəs həmin torpaq sahibləri və ailə kəndli təsərrüfatlarının üzvləri necə qeydiyyatdan keçə bilərlər? Onlar nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəməlidir?

Suallarla bağlı Vergilər Nazirliyindən bildiriblər ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır.



“Sosial sığorta haqqında” Qanuna əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar, 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur. FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər dedikdə, özü-özlərini və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən əmək qabiliyyətli ailə üzvlərini (ailə kəndli təsərrüfatları və hüquqi şəxs yaradanlardan başqa) sığorta edən fiziki şəxslər nəzərdə tutulur. Həmin şəxslər vergi orqanlarında məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınırlar.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sosial sığorta haqqı

Vakansiya: Baş mühasib – BERC GROUP

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib,kiçik Mühasib vakansiya baş mühasibVakansiya: Baş mühasib.

İşəgötürən: BERC GROUP.

Şəhər: Bakı

Yaş: 24 – 45 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: HR Department

Telefon: (012) 555-14-85

E-mail: /

Əmək haqqı: 1500 – 2000 AZN

İş barədə məlumat

– Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
– Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
– Əməliyyatları 1C proqramında aparmaq
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– İş qrafiki: həftə içi 09:00-dan 18:00-dək
– Sabit əmək haqqı 1500 AZN
– İş yükündən və nəticədən asılı olaraq əmək haqqına 500 AZN-ə qədər əlavə bonuslar olacaqdır
– Ünvan: Bakı şəh., Nəsimi ray., Tbilisi prospekti, 3007-ci məhəllə (20 Yanvar metrosunun çıxışı, Bravo marketin yanı)

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
– Analitik qabiliyyətə, ünsiyyət və idarəetmə təcrübəsinə malik olmaq
– Analoji sahədə 2 illik iş təcrübəsinə malik olmaq
– Mühasibat Uçotu üzrə yüksək biliklər (ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür)
– Vergi və Kadr uçotu üzrə biliklərə sahib olmaq
– 1C proqramını yüksək səviyyədə bilmək
– Məsuliyyətli, təşəbbüskar və innovativ olmaq
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına və davranış keyfiyyətlərinə malik olmaq
– Xarici dil bilikləri (Rus və İngilis dili) olan namizədlərə üstünlük veriləcək

Elanın bitmə tarixi: 10.09.2019. CV-lərinizi fotoşəkil ilə birlikdə / elektron ünvana “Baş Mühasib” başlığı altında göndərməyiniz mütləqdir.

Mənbə: kadr.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, baş mühasib

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

İnzibati XətalarPrezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Sənədə əsasən Məcəllənin 471-ci maddəsi aşağıdakı redaksiyada verilir:

“Maddə 471. Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi

Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə –vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir”.

Tam mətn aşağıdakı kimidir:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1636-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1636-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521,

№ 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 743 nömrəli və 25 iyun tarixli 755 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bənddə “463, 471” rəqəmləri “463-cü maddələrində, 471-ci maddəsinin adında və mətnində” sözləri ilə əvəz edilsin;

3.2. 4.1-1-ci bənddən “471,” rəqəmləri çıxarılsın;

3.3. 4.1-1-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.1-2-ci bənd əlavə edilsin:

“4.1-2. həmin Məcəllənin 471-ci maddəsinin adında və mətnində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İnzibati xətalar