Vakansiya: Mühasib – Buta Group

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya, mühasib,əmək haqqı, emek haqqi, Sosial Sığorta əmlak vergisiVakansiya: Mühasib / İşəgötürən: Buta Group.

İş barədə məlumat

– Mühasibat və vergi uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
– Əmək haqqı, məzuniyyət haqqlarının hesablanması;
– Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
– Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
– Mənfəət və ya Zərər haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;

– Maliyyə vəziyyəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;

– Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturaların tərtib olunması və göndərilməsi;
– Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material və s. sənədlərinin proqram təminatına daxil edilməsi;
– Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– Həftədə 6 iş günü, bazar istirahət günü

Müəssisə Kiçik sahibkarlıq subyekti meyarına daxildir. (İllik dövriyyəsi böyük deyildir)
Qeyd: iş yeri İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşir.



Namizədə tələblər

– Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
– Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
– Mühasibat hesablaşmaları
– Vergi məcəllələrini yüksək səviyyədə bilməli
– Logo proqramlarında yüksək səviyyədə işləmə bacarığı
– İş təcrübəsi: müvafiq vəzifədə 3 ildən yuxarı
– Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
– Məsuliyyətli, stressədavamlı

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə / email ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, mühasib, Buta Group

Vergi Məcəlləsində dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

ayrıca şəxs, Vergi məcəlləsi, nəqliyyat xidməti, Hüquqi şəxs vergi məcəlləsi əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neft“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (vergi məcəlləsi)

AR Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32- ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.



2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinə uyğun olaraq əldə olunan vəsaitin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesablarına köçürülən hissəsi aşağıdakı kimi müəyyən edilsin:

2.1. 2019-2022-ci illər üçün – 100 faizi;

2.2. 2023-cü il və növbəti illər üçün – 50 faizi.

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8  (III  kitab),  maddə  616;  2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009,

№ 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 152, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci bənddə “22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.15-4-cü maddəsində” sözləri “22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 22-1.3-cü (hər üç halda), 23.1.15-4-cü maddələrində” sözləri ilə əvəz edilsin;

3.2. 1-2-ci bənddə “(ikinci halda)” sözləri “(üçüncü halda)” sözləri ilə əvəz edilsin;

3.3 1-8-ci bəndə “həmin Məcəllənin” sözlərindən sonra “22-1.3-cü (ikinci halda),” sözləri əlavə edilsin;

3.4. aşağıdakı məzmunda 1.1-9-cu bənd əlavə edilsin:

“1.1-9. həmin Məcəllənin 22-1.3-cü maddəsində (birinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.”.

4. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 762, №11, maddə 2023, № 12 (I kitab), maddə 2343; 2018, № 6, maddə 1235, № 9, maddə 1842, № 12 (I kitab), maddələr 2555, 2603; 2019, № 1, maddə 95, № 3, maddə 435, № 4, maddə 645; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 753 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci bənddə “50 faizi” sözləri “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hissəsi” sözləri ilə əvəz edilsin;

4.2. 2.2-ci yarımbənddə “43 faiz” sözləri “bu Fərmanın 2.2.1-ci və 2.2.1-1- ci yarımbəndləri nəzərə alınmaqla, qalan hissəsi” sözləri ilə əvəz edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 2.1-ci bəndinə “Xüsusi vəsait” sözlərindən sonra “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22- 1.3-cü maddəsinə əsasən, habelə” sözləri əlavə edilsin;

4.4. həmin Qaydaya Əlavənin “Qanunda nəzərdə tutulmuş mənbələr hesabına formalaşan və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xüsusi xəzinə hesabına köçürülən vəsait barədə məlumat” cədvəlinə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

2-1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin

 

22-1.3-cü maddəsinə əsasən köçürülən vəsait

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2019-cu il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi məcəlləsi, vergi məcəlləsi, vergi məcəlləsi