Təcrübə proqramı – Bank Respublika ASC
Bank Respublika ASC istedadlı və motivasiyalı universitet tələbələri və yeni məzunlar üçün Təcrübə proqramı elan edir.
Bu proqramda iştirak etməklə, Siz Bankın müxtəlif sahələrində bilik və bacarıqlarınızı tətbiq edə biləcəyiniz, karyera qurmağa yönəlik, innovativ və sosial məqsədlər daşıyan təcrübə proqramından faydalanmaq şansı əldə edirsiniz.
Bank Respublika olaraq Sizə nə vəd edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• Gələcəkdə Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
• Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili əla, ingilis və rus dilləri arzuolunandır;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri proqrama qoşulmağa dəvət edirik.
Maraqlanan şəxslərin öz CV-lərini 08 avqust 2019-cu il tarixinədək / ünvanına, mövzu hissəsində “Təcrübə proqramı” yazmaqla göndərmələri xahiş olunur.
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Bank Respublika, təcrübə proqramı
Vergi daxilolmalarında neft-qaz sektoru üzrə azalmanı qeyri-neft-qaz sektoru tam kompensasiya etməkdədir
Vergi daxilolmaları qeyri-neft-qaz sektoru hesabına kompensasiya edilir
Bu ilin yanvar-iyun aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 4,954 milyard manat vəsait daxil olub ki, bunun da 3,663 milyard manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 1,321 milyard manatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır.
Məlumatda deyilir ki, qurum vergi yığımı üzrə proqnoza 108,8% əməl edib, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% və yaxud 250 milyon manat çox vergi toplayıb. Vergi daxilolmalarının 70% qeyri-neft-qaz, 30%-i neft-qaz sektorunun payına düşüb. Bu ilin ilk 6 ayında illik vergi proqnozunun 49,7%-i, o cümlədən qeyri-neft sektoru üzrə illik vergi proqnozunun 51,1%-i icra olunub.
Proqnozlaşdırıldığı kimi, Hasilatın Pay Bölgüsü Sazişləri üzrə neft hasilatının nisbətən aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları azalıb. I yarımildə neft-qaz sektorundan daxilolmalar proqnozlara nisbətən 101,3% icra olunsa da, illik müqayisədə 5,9% azalıb və 1 087,5 milyon manat təşkil edib. Bu azalma qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına tam kompensasiya olunmaqdadır.
Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 14,3% və yaxud 319 milyon manat artaraq 2,545 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 112% icra olunub, proqnozdan əlavə 279 milyon manat vergi toplanıb. Vergi daxilolmarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 70%-ə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 16% artıb. Özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77%-ə qalxıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92%-ə çatıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım templəri, əsasən, ƏDV, aksiz, mənfəət və əmlak vergisi üzrə qeydə alınıb. ƏDV daxilolmalarında artım 18%, mənfəət vergisi üzrə 30%, əmlak vergisi üzrə 18%, mədən vergisi üzrə 16,2%, aksizlər üzrə 4,8 dəfə təşkil edib. Vergi daxilolmalarında ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 32,8%-ə, mənfəət vergisi üzrə 27,9%-ə, aksizlər üzrə 2%-ə, əmlak vergisi üzrə 2,3%-ə qalxıb.
Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır.
Mənbə: report.az
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi daxilolmaları
Əmək müqaviləsi ilə digər muzdlu işdə işləyən fiziki şəxsə nağdsız ödənişə görə güzəşt
Vergi uçotunda olan və əmək müqaviləsi ilə digər muzdlu işdə işləyən fiziki şəxsə nağdsız ödənişə görə güzəşt (emek muqavilesi)
VM 102.1.24-cü maddəsində qeyd olunan güzəşt hüququnu əldə etmək üçün vergi orqanında uçotda olmayan şəxslər tərəfindən ödəniş nağdsız qaydada aparılmalıdır.
Vergi orqanında uçotda olan fiziki şəxs eyni zamanda əmək müqaviləsi ilə digər muzdlu işdə işləyir və muzdlu işlə əlaqədar əməkhaqqı kartından öz şəxsi istehlakı üçün nağdsız qaydada ödəniş etməklə mal alarsa, bu halda ödənişi qəbul edən şəxs Vergi Məcəlləsinin 102.1.24-cü maddəsində qeyd olunan güzəşt hüququnu ala biləcəkmi?
1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləğinin nəzərə alınmaması vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər bu maddənin məqsədləri üçün nəzərə alınır.
Əsas: Vergi Məcəlləsi, 102.1.24-cü maddə
Mənbə: vergiler.az
Vakansiya: Mühasib köməkçisi