Read More9
Read More9

Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?

posted in: Xəbər | 0

Mən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul oluram və qüvvədə olan sabit qəbzin müddətinin bitməsinə az qalıb. Bilmək istəyirəm ki, sabit qəbzin onlayn şəkildə alınması məqsədilə elektron kabinetə daxil olmaq üçün yenə də elektron imza olmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.72-ci maddəsində edilmiş və 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alan, habelə mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olunmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər gücləndirilmiş elektron imza olmadan vergi orqanı tərəfindən verilən kod-parol vasitəsilə elektron kabinetə daxil ola bilərlər.

Buna əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi vergi orqanı tərəfindən verilən kod-parol vasitəsilə elektron kabinetinə daxil olmaqla “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması üçün elektron qaydada müraciət edə bilər.

Xidmətdən o da bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi orqanı ilə vergi ödəyicisi arasında müəyyən olunmuş formada razılaşma müqaviləsi bağlanıldıqda fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarını tam məbləğdə ödədikdən sonra “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi orqanına müraciət etmədən 1 iş günündən gec olmayaraq elektron qaydada verilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.72-ci və 221.8.5-ci maddələri

Mənbə: vergiler.az

208 saylı “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” hesabı üzrə uçot

“Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyinin Kollegiyası 7 sentyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra yük daşımaları həyata keçirən vergi ödəyicilərində də sadələşdirilmiş vergi yoxlanılarkən fərqlənmə nişanlarının alınması qaydalarının düzgünlüyü, vəkalətnamə (etibarnamə) və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında daşımaların həyata keçirilməsi və vergilərin hesablanması zamanı faktiki texniki göstəricilərin ilkin uçot sənədlərinə uyğunluğu araşdırılacaq.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Mənbə: report.az

Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları

Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik: şərtlər, vacib məqamlar

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Mәcәllәsinin 130.6-cı maddәsinә aşağıdakı mәzmunda ikinci hissә әlavә edilib:

Uzunmüddәtli müqavilәlәr üzrә gәlirlәrin vә gәlirdәn çıxılan xәrclәrin hәr hesabat ilinә düşәn hissәsinin müәyyәn edilmәsi aşağıdakı qaydada aparılır:

  • tikintisi hәyata keçirilәn hәr bir bina üzrә çәkilәn xәrclәr bina üzrә ümumi qiymәtlәndirilәn xәrclәrlә müqayisә edilir vә faktiki çәkilәn xәrcin ümumi xәrclәrdә xüsusi çәkisi müәyyәnlәşdirilir (maddә 130.6.1.);
  • hәmin binadan tәqdim edilmiş yaşayış vә qeyri-yaşayış sahәlәrinin satış dәyәri bu Mәcәllәnin 130.6.1-ci maddәsinә әsasәn müәyyәn edilmiş hәcm nisbәtindә vergi tutulan gәlirlәrә aid edilir (maddә 130.6.2.);
  • faktiki çәkilәn xәrclәr gәlirdәn çıxılan xәrclәrә aid edilir (maddә 130.6.3.).

Misal

Bina tikintisi ilə məşğul olan vergi ödəyicisinin bina üzrə ümumi qiymətləndirilən xərci, yəni smetasi 6 milyon manatdır. Vergi ödəyicisi 2025-ci ildə 1.800.000 manatlıq xərc çəkdiyi üçün smetanın 30 faizi (1.800.000 (il üzrə xərc) : 6.000.000 (ümumi smeta)) üzrə işi icra edib. 2025-ci ildə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri 2.000.000 manat olub. Bu zaman vergi ödəyicisinin gəliri 2 milyon manat yox, 600.000 manat olacaq:

2.000.000 x 30% = 600.000 manat.

Deməli, 1 milyon 400 min manatlıq gəlir gələcək dövrün gəliri kimi uçota alınacaq:

2.000.000 – 600.000 = 1.400.000 manat.

Vergi ödəyicisinin 2025-ci il ərzində gəliri xüsusi çəki ilə müəyyən edilsə də, xərci faktiki xərclər üzrə, yəni 1.800.000 manat olaraq tanınacaq. O səbəbdən, vergi ödəyicisinin 2025-ci il üzrə gəliri yox, 1.200.000 manat (1.800.000 manat (2025-ci il faktiki xərc) – 600.000 manat (2025-ci il üzrə xüsusi çəki müəyyən etməklə gəlir)) məbləğində zərəri olacaq.

Vergi ödәyicisinin 2026-cı ildә xәrci 1.200.000 manat olub. Demәli, iki il әrzindә xәrclәrin smetada xüsusi çәkisi 50 faiz təşkil edəcək:

(1.800.000 + 1.200.000) : 6.000.000 = 50%

Bina tikintisi ilә mәşğul olan vergi ödәyicisinin 2026-cı il üzrә gәliri 3.000.000 manat olub. Bu zaman 2026-cı il üzrә gәlir 4.400.000 manat təşkil edib.

3.000.000 + 1.400.000 = 4.400.000 manat.

Hәr iki il üzrә xәrclәrin cәmi mәblәğinin ümumi smetada xüsusi çәkisi 50 faiz olduğu üçün 2026-cı ilin mәnfәәt vergisi bәyannamәsindә gәliri 2.200.000 manat qeyd edilәcәk:

4.400.000 x 50% = 2.200.000 manat.

Vergi ödәyicisinin gәlirinin 2.200.000 manatı gәlәcәk dövrün gәlirlәrindә nәzәrә alınacaq. Vergi Mәcәllәsinin 130.6.3-cü maddәsinә әsasәn, faktiki çәkilәn xәrclәr gәlirdәn çıxılan xәrclәrә aid edildiyi üçün vergi ödәyicisinin 2026-cı ildә 1.200.000 manat xәrci tam olaraq xәrclәrә aid edilәcәk. Belәliklә, vergi ödәyicisinin 2025-ci vә 2026-cı il göstәricilәrinә әsasәn, 200.000 manat zәrәri olacaq:

2.200.000 – 1.200.000 – 1.200.000 = -200.000 manat.

Vergi ödәyicisinin bina tikintisi üzrә sonuncu il olan 2027-ci ildә satışı 5 milyon manat, xәrclәri isә 3 milyon manat olub. Smeta üzrә xәrclәr 100 faiz olduğu üçün vergi ödәyicisinin 2027-ci il üzrә mәnfәәt vergisi bәyannamәsindә 5 milyon manat tam olaraq gәlir kimi tanınacaq.

Hәmçinin, 2026-cı ildә gәlәcәk dövrün gәliri olan 2.200.000 manatı nәzәrә alınarsa, 2027-ci il üzrә mәnfәәt vergisi bәyannamәsindә gәlir 7.200.000 manat qeyd edilәcәk. 2027-ci il üzrә faktiki xәrc olan 3 milyon manatı vә ötәn ildәn qalan 200.000 manat zәrәri dә nәzәrә alsaq, vergi ödәyicisinin hәmin il üzrә mәnfәәti 4 milyon manat tәşkil edәcәk:

5.000.000 + 2.200.000 – 3.000.000 – 200.000 = 4.000.000 manat.

Son dәyişikliyi misalla geniş izah etmәkdә mәqsәdimiz odur ki, bina tikintisi ilә mәşğul olan vergi ödәyicisi Vergi Mәcәllәsinә yeni daxil edilәn uzunmüddәtli gәlirlәr haqqında daha aydın fikrә malik olsun.

Әvvәlcә maddә ilә bağlı vacib mәqamları qeyd edәk.

Birinci mәqam. Hәr il üzrә faktiki xәrc tam olaraq gәlirdәn çıxılır.

İkinci mәqam. Vergi ödәyicisi hәr il üzrә gәliri müәyyәn edәrkәn faktiki çәkilәn xәrcin ümumi xәrclәrdә xüsusi çәkisini nәzәrә almalıdır.

Vergi Mәcәllәsindә edilmiş son dәyişiklikdә hәr iki mәqam bina tikintisi ilә mәşğul olan vergi ödәyicilәrinin faydasına olan dәyişiklik kimi qiymәtlәndirilmәlidir.

İndi isә misalımızı cәdvәl formasında tәqdim edәk:

İl Satışın dәyәri, manatla Xәrc, manatla Xәrcin smetada xüsusi çәkisi, faizlә Gәlir,

manatla

Mәnfәәt

(zәrәr), manatla

Gәlәcәk dövrün gәliri, manatla
  Binanın ümumi xәrci (smetası) – 6 milyon
2025-ci il 2 milyon 1.800 min 30% (1.800 min / 6 milyon) 600 min

(2 milyon x

30%)

(1.200 min manat – zәrәr)

(600 min manat (gәlir)

– 1.800 min

(xәrc))

1.400 min

(2 milyon (2025ci il üzrә gәlir) –

600 min (xüsusi çәki nәzәrә alınmaqla gәlir)

2026-cı il 3 milyon 1.200 min 50 faiz ((1.800 min (2025-ci

il üzrә xәrc) +

1.200 min

(2026-ci il üzrә xәrc)) /

6 milyon

(smeta)

 

2.200 min ((3 milyon +

1.400 min

(gәlәcәk dövrün gәliri)

x 50 faiz (xüsusi çәki)

(200.000 –

 

zәrәr) (2.200 min (gәlir) –

1.200 min manat (faktiki

 

xәrc) – 1.200 min (2025-ci il üzrә zәrәr)

2.200 min

(4.400 min manat x 50%

(xüsusi çәki))

2027-ci il 5 milyon 3 milyon 100 faiz

((2025-ci il üzrә xәrc) +

1.200 min

(2026-ci il üzrә xәrc)) + 3

milyon (2027-ci il üzrә xәrc)/

6 milyon

(smeta)

7.200 min

(5 milyon

(2027-ci il üzrә gәlir) +

2.200 min

(gәlәcәk dövrün gәliri)

4 milyon

(7.200 min –

3 milyon

(2027-ci il üzrә faktiki xәrc) – 200 min

(ötәn ilin zәrәri)

——
Cәmi 10 milyon 6 milyon     4 milyon  

Mənbə: vergiler.az

Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?

Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları

posted in: Xəbər | 0

Qanunvericiliyə əsasən, hamilə qadınlara bir sıra əmək hüquqları və imtiyazlar nəzərdə tutulub. İnsan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova həmin hüquqlarla bağlı açıqlama verib.

Əmək Məcəlləsinin 52-ci maddəsinə görə, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə sınaq müddəti müəyyən edilmir. Digər müddəalara əsasən, hamilə qadınlar attestasiya edilmir, onların, eləcə də uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.

Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər siyahısına hamilə, habelə üç yaşınadək uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də daxildir.

Bunlarla yanaşı, hamilə qadınların həftəlik iş saatları və iş vaxtı da fərqləndirilib. Əmək Məcəlləsinin 91-ci maddəsinə görə hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün həftəlik iş saatı 36 saatdan artıq olmamalıdır.

Məcəllənin 98-ci maddəsində isə gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilməyən işçilərin siyahısı yer alıb. Müddəaya əsasən, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlar (bu Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.
Əmək Məcəlləsinin 131-ci maddəsinin 4-cü bəndinə əsasən, qadınların hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.

Qanunvercilik hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etməyi qadağan edir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerlərinə (işlərə) işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə görə, qadın – hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlil uşaq böyüdən qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

Əmək Məcəlləsinin 245-ci maddəsinin 2-ci bəndində isə göstərilib ki, hamilə, 14 yaşına çatmamış uşağı, yaxud əlil uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Bəs əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə hamilə qadınla bağlanmış əmək müqaviləsinə xitam verilə bilərmi?

Əvvəlcə müddətli əmək müqaviləsinin müddətinin bitməsi halına nəzər salaq. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər Əmək Məcəlləsinin 79-cu maddəsi ilə müəyyən edilib:

İşəgötürən tərəfindən:

  • hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
  • yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
  • əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
  • işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
  • həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
  • öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin
  • məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Buradan aydın olur ki, hamilə qadınlar əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilər siyahısında yer alır. Lakin Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin vaxtı bitən hamilə qadınların əmək müqaviləsinə xitam verilə bilər.

Mənbə: vergiler.az

İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?

1 167 168 169 170 171 172 173 2. 681
error: Content is protected !!