E-kassanı necə əldə etmək olar?

posted in: Xəbər | 0

E-kassaE-kassaları əldə etmək niyyətində olan vergi ödəyicisi qeydiyyatdan keçmiş e-kassa operatoruna müraciət etməli və müvafiq sənədləri təqdim etməlidir.

Qeyd edək ki, həm dövlət reyestrinə daxil edilmiş e-kassalar, həm də qeydiyyata alınmış operatorlar barədə məlumatları portalın “Reyestrə salınmış e-kassaların siyahısı” və “E-kassa operatorları və kassaların stoku” alt menyularından əldə etmək olar.

E-kassa operatoru tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydalara uyğun olaraq uçota alınmış e-kassa vergi ödəyicisinin ticarət obyektində quraşdırılır.

E-kassalar vergi ödəyicisi tərəfindən elektron kabinet vasitəsilə e-kassanın qəbul aktı təsdiq olunduqdan sonra aktivləşdirilir.

E-kassa istifadəçiləri

Aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları müəyyən edilmiş meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulan e-kassa vasitəsilə həyata keçirilməlidir.

  • Qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
  • Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
  • Səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
  • Qiymətli kağızların və lotereya biletlərinin satışı;
  • Elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vakansiya: Mühasib tələb olunur

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib VakansiyaVakansiya: Mühasib

İşəgötürən: FORMULA GROUP

  • Şəhər: Sumqayıt
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Ramil bəy
Vakansiya barədə məlumat

– Mühasibat uçotunun aparılması və müvafiq hesabatların hazırlanması.
– Gündəlik və aylıq satış qaimələrinin proqrama işlənilməsi
– Mal-material uçotunun aparılması
– Ödəmələrə nəzarət
– Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
– İş saatı 08:30-dan 17:00-dək
– Nahar 13:00-dan 14:00-dək
– İş yeri Sumqayıt şəhərində yerləşir

Namizədə tələblər

– Yalnız xanım namizəd
– Ali təhsil
– Ən azı 2 il Mühasibatlıq sahəsində iş təcrübəsi
– Word Excel və 1C proqraminda sərbəst işləmək bacarığı
– Dil bilikləri: Azərbaycan dili və Rus dili
– Məsuliyyətli, dəqiq və peşakar


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
mühasib

Bəzi məhsullar üçün aksiz vergisi azaldılıb

posted in: Xəbər | 0

Bəzi məhsullar üçün aksiz vergisi azaldılıb

elektron mühasibatlıq vergi gomruk rusumu gömrük rüsumu Ticarət fəaliyyəti Peşəkar mühasib sertifikatı hüquqi Borclar İdxal rüsumlarıNazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.

Qüvvədə olan qərara əsasən, Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınır. Dəyişikliyə əsasən, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra- avqustun 28-də qüvvəyə minəcək.

Tam mətn aşağıdakı kimidir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168; 2019, № 1, maddə 149, № 4, maddə 760) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə 2710 12 110 0 alt yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “1 ton üçün 80 manat” sözləri “1 ton üçün 1,0 manat” sözləri ilə əvəz edilsin.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                   Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
aksiz vergisi məhsullar

Turizm şirkəti xaricdə yerləşən otelə ödəmə edərsə hansı vergilər yaranır?

posted in: Vergi, Xəbər | 0

Mühasib vakansiya əməliyyatçıA MMC Azərbaycan Respublikasında Turizm Fəaliyyəti ilə məşğul olur. A MMC xarici ölkə vətəndaşları üçün tur paketlər təşkil edərək onlara satır. Məsələn, Hindistanda yaşayan Hindistan vətandaşına 5 gün Azərbaycanda, daha sonra 4 gün Gürcüstanda, daha sonra isə 5 gün Türkiyə olmaqla Tur paket satır. Hindistan vətandaşı ümümi tur paketin dəyəri olan 4000,00 manat məbləği A MMC-nin Hindistandan bir başa Azərbaycandakı hesabına ödəyir. A MMC isə ödənilən 4000,00 manat məbləğdən Turun digər hissələri olan turistin Gürcüstan və Türkiyə otellərində gecələmək üçün Gürcüstan və Türkiyə Respublikalarına ümümilikdə 2800,00 manat məbləğ ödəniş edir. (turizm şirkəti, vergilər)

Sual: A MMC Turun digər hissələrinə ödədiyi 2800,00 manat məbləğdən ödəmə mənbəyindən və ya 18% dərəcə ilə ƏDV vergisi dövlət bücəsinə ödəməlidirmi?

Cavab: Sorğunuzda qeyd olunan turizm fəaliyyətindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. “Mənfəət vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Bildiririk ki, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir.

Vergi tutulan əməliyyatın dəyəri isə vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir.

Bu baxımdan da istər rezident şəxslərdən, istər qeyri-rezident şəxslərdən göstərəcəyininiz xidmətlərin müqabilində əldə edəcəyiniz tam məbləğ ƏDV-yə cəlb olunmalıdır.

Sorğunuzda qeyd olunan halda, qeyri-rezident turizm şirkətlərinə ödənilən xidmət haqlarından Azərbaycan mənbəyindən əldə olunan gəlir kimi ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Xidmətlər digər dövlətin ərazisində həyata keçirildiyini nəzərə alaraq həmin xidmətlər Azərbaycan Respublikasında ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Əsas: Vergi Məcəlləsinin 104-cü125-ci159-cu169-cu maddələri.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
turizm şirkəti vergilər