“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədə vəzifə maaşları
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
- “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755; 2005, № 12, maddə 1224; 2007, № 2, maddələr 180, 186; 2008, № 2, maddə 120, № 7, maddə 688; 2013, № 12, maddə 1631; 2018, № 2, maddə 344, № 3, maddə 609; 2019, № 2, maddə 367) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:
Sıra
№-si |
Aylıq vəzifə ma-
aşının məbləği (manatla) |
|
1. | Ali kateqoriya dövlət orqanlarında | 310 |
2. | 1-ci kateqoriya dövlət orqanlarında | 295 |
3. | 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında | 280 |
4. | 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında | 260 |
2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş Naziri Novruz Məmmədov
Mənbə: cabmin.gov.az
Leave a Reply