Lombardların yeni fəaliyyət istiqamətləri və lombard olmaq üçün tələblər

posted in: Xəbər | 0
birbank biznes

Bu yazıda qəbulu gözlənilən “Lombardlar haqqında” qanundan irəli gələrək lombardların yeni fəaliyyət istiqamətləri və lombard olmaq üçün tələbləri qeyd edəcəyik.

Həftənin ən azı beş günü, hər gün dörd saatdan az olmamaqla və  08:00-20:00 saat aralığında fəaliyyət göstərəcək lombardlar bu fəaliyyəti həyata keçirmək üçün hüququ şəxs olaraq maliyyə bazarlarına nəzarət orqanından müddətsiz lisenziya almalı olacaq. Lombard fiziki şəxs deyil, hüquqi şəxs kimi fəaliyyət göstərəcək və maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən minimum nizamnamə kapitalına malik olacaq.

Nizamnamə kapitalı isə lombardın ləğvi halında onun öhdəliklərinə təmin edilməsinə köməklik edəcək.

Lombard girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaları yalnız özündə və ya müqavilə əsasında Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən banklarda və xarici bankların yerli filiallarında saxlaya biləcək. Lombarda girova və ya saxlamaya qoyulmuş əşyalar ilkin qiymətləndiriləcək. Qiymətləndirmə lombard tərəfindən həyata keçirildikdə ödənişsiz, müstəqil qiymətləndirici tərəfindən həyata keçirildikdə isə müştərinin hesabına həyata keçiriləcək.

Lombard həmin əşyanı itkisi, məhv olması hallarından öz vəsaiti hesabına sığorta etdirməli olacaq.

Həmçinin qəbul ediləcək yeni qanunla lombardların müştəri tərəfindən verilmiş əşyaya hər hansı sərəncam vermək hüququ olmayacaq.

Lombard tərəfindən kreditlər Azərbaycan Respublikasının milli valyutasında on iki aydan artıq olmayan müddətə veriləcək.

Yeni qanuna əsasən müştəri lombardla bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdə, lombard girov  qoyulmuş əşyanı iki iş günündən gec olmayaraq müştəriyə qaytarmalıdır.

Lombardlar yeni qanunla filial aça biləcək ki, bunun üçün də mütləq icazə almalı olacaq. Onu xatırladaq ki, müştəri əşyasını girov predmeti olaraq lombarda verdikdə lombard ona girov bileti vermək öhdəliyi daşıyacaq.

Sonda isə qeyd edək ki, bu qanun layihəsi təsdiq edildikdən sonra lombardlara nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcək.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
lombard
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir