Read More9
Read More9

Kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihəyə start verildi

posted in: Xəbər | 0

Kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihəyə Şamaxıda start verildi.

İyul ayının 18-də Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihənin təqdimatı keçirilib.

Tədbirdə Vergilər Nazirliyinin və Şamaxı rayon İcra hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, rayondakı qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri, 4 saylı Ərazi Vergi İdarəsinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov kənd təsərrüfatında uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblər, bu sahədədki real vəziyyət, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlər barədə məlumat verib.

Qeyd olunub ki, kənd təsərrüfatında uçotun dürüstləşdirilməsində başlıca məqsəd bu sahədə fəaliyyət göstərən istehsalçıların vegiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun aparılmasıdır. Digər tərəfdən kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir. Vurğulanıb ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 20 ildən çoxdur ki, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunublar. 2019-cu ildən etibarən bu azadolmanın müddəti daha 5 il müddətinə uzadılıb. Bu sahədə çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər.

O da qeyd olunub ki, layihə çərçivəsində aparılacaq işlər yalnız kənd təsərrüfatı təyinatlı torpaqlarda satış üçün məhsul istehsalını əhatə edir. Fərdi həyətyanı torpaq sahələrində istehsal olunan məhsullar bura aid deyil.

Bundan əlavə, kənd təsərrüfatı təyinatlı pay torpaqlarının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri məcburi sosial sığorta məqsədləri üçün uçota alınmadıqda, onlar gələcəkdə layiqli pensiya təminatı ala bilməyəcəklər.

Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qaneedici hesab oluna bilməz. Müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyatı dövlət qurumları ilə birlikdə böyük bir layihə hazırlanıb. Bu işlərə Şamaxı rayonundan başlanılması qərara alınıb. Tədbir iştirakçılarına görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib. Vergi orqanlarına aidiyyatı dövlət orqanlarının yerli qurumları, qəsəbə və kəndlərin icra nümayəndələri və bələdiyyələrlə əlaqəli şəkildə işləmək tövsiyyə olunub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kənd təsərrüfatı

Azərbaycanda 11 yerli, 1 xarici şirkət ləğv edildi

posted in: Xəbər | 0

Azərbaycanda 11 yerli, 1 xarici şirkət ləğv edildi

xarici şirkətİSVEÇRƏ DÖVLƏTİNİN “HOFFMANN-LA ROCHE LTD” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ

VÖEN: 1400043911

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, birinci Yaşıl ada küçəsi 7 küçəsi, ev Ağ şəhər kompleksi ünvanına bildirə bilərlər.


“FORTRUST GLOBAL” MMC

VÖEN: 1303213481

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İnçaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.


“SKY İNVESTMENTS” MMC

VÖEN: 1504197831

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətayi rayonu, Nobel Prospekti 15 küçəsi, ev Azure Biznes Mərkəzi, Mərtəbə 15, Ofis 98 ünvanına bildirə bilərlər.


BELBAKU MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2000090461

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1000 Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 18, mənzil 181 ünvanına bildirə bilərlər.


“EUROASİAN FUEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1700608231

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1044 Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Heydər Əliyev Beynəlxalq  Aeroportu ünvanına bildirə bilərlər.


“GÖY-GÖL KƏPƏZ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2001305271

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski, ev 47, mənzil 140 ünvanına bildirə bilərlər.


“SİQMA KT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1302076121

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 53, mənzil 72 ünvanına bildirə bilərlər.


“CAUCASUS POİNT TRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1702604671

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 1, mənzil 69a ünvanına bildirə bilərlər.


“BAKI MOSİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1002421251

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ 1117 Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3 cü km ünvanına bildirə bilərlər.


“XİDMƏT” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ

VÖEN: 1500226711

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1033 Bakı şəhəri, Nərimanov rayonu rayonu, AşıqMolla Cümə küçəsi küçəsi, ev 1, mənzil 2 ünvanına bildirə bilərlər.


“ELİPS-R” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ

VÖEN: 1402805901

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1114 Bakı şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsi, ev 245 ünvanına bildirə bilərlər.


“SOYUQ BULAQ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2000379111

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1126 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 44, mənzil 65 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xarici şirkət

E-kassanın üstünlükləri

posted in: Xəbər | 0

E-kassa-nın üstünlükləri

Məlumatların online ötürülməsi.

E-kassa vasitəsilə aparılan əməliyyatlar (malların təqdim olunması və xidmətlərin göstərilməsi) zamanı həyata keçirilən hesablaşmalar barədə məlumatlar real vaxt rejimində nəzarət mexanizmi qurğusu vasitəsilə Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür. E-kassa tərəfindən, fiskal məlumatları özündə birləşdirərək kriptoqrafik mühafizə vasitəsilə formalaşdırılan və üzərində QR-kod və unikal identifikator (fiskal İD) qeyd edilən çek Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür.

Kriptoqrafiyanın tətbiqi

Şifrələmə proseduru, adətən, müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin olunmalıdır. Kriptoqrafik alqoritmlərdən əsasən, kassa əməliyyatlarının aparılması və məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi zamanı istifadə edilir. Yəni, kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentikasiyasına nəzarət məqsədilə, kriptoqrafik prosedurlardan (unikal identifikatorun formalaşdırılması) istifadə olunur.

Yeni çek formaları

E-kassa tərəfindən formalaşdırılan yeni çek formasının üzərində aşağıdakı əsas məlumatlar əks olunmalıdır:

– Vergi ödəyicisinin adı;

– VÖEN;

– Çekin vurulma tarixi və saatı;

– Təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;

– Malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);

– Gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

– E-kassanın markası və zavod nömrəsi;

– E-kassanın fiskal rejiminin nişanı (əlaməti);

– Malın sürətli məlumat kodu (quick response code).

Yeni çekin əsas üstünlüklərindən biri üzərində qeyd edilən QR kod (və unikal identifikator) vasitəsilə müştərilərin, yəni istehlakçıların, həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilməsi və ƏDV məbləğinin bir qisminin istehlakçıya qaytarılması imkanının yaradılmasındadır.

 Təhlil imkanları

Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq.

Mənbə: e-kassa.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-kassa

Vergi nəzarəti tədbirlərinə başlanılıb

posted in: Xəbər | 0

işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıKassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb.

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, vergi yükünün və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş köklü islahatların həyata keçirilməsi şəratində cari ilin ötən dövründə qeyri-neft sektorunda, habelə ayrı-ayrı sektorlarda dövriyyələrin və vergi daxilolmalarının artımı müşahidə olunur.

Vergi daxilolmalarının sürətlənən artım dinamikası iqtisadiyyatda əhəmiyyətli şəffaflaşma proseslərinin baş verməsini təsdiq edir. Bununla belə, bəzi sektorlarda, xüsusilə də, pərakəndə ticarət və ictimai iaşə sektorlarında şəffaflaşma prosesinin sürəti qaneedici deyildir.

Vergi orqanlarının təhlillərinə əsasən, yayınmalar daha çox vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması halları ilə bağlıdır. Bununla əlaqədar, Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərini gücləndirib.

Bakı şəhərində aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Vergilər Nazirliyinin əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

Qeyd edilməlidir ki, istehlakçılar istər alış-veriş zamanı, istər ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə onların öz hüquqlarını tələb edə bilməsi, hüquqlarının pozulduğu hallarda mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Dövlət büdcəsinə daxil olan vergilər isə büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Sahibkarlar əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutur.

Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;
– belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;
– təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin keçid müddəlarına əsasən cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Lakin sahibkarlar buna arxayın olmamalıdırlar. Çünki, rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə vergi orqanın təhlilləri zamanı risk qrupuna aid edilə bilərlər ki, bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələblərinə tam əməl etməyə, hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çekini təqdim etməyə dəvət edir.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi nəzarəti
error: Content is protected !!