İrlandiya vergi sistemi barədə bilmədiklərimiz

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

İrlandiyaİrlandiya qərb dünyası üçün – pensiyaçılar, yazıçılar və rəssamlardan ötrü bir növ ənənəvi vergi limanı hesab olunur. Yazıçı və rəssamları İrlandiyaya ənənəvi olaraq “yaradıcı adamların vergilərdən azad olunması” cəlb edirdi. Amma, 2007-ci ildən yaradıcı adamların vergidən azad olunması ixtisara düşdü. 2011-ci ildə Maliyyə Aktında bundan ötrü minimum məbləğ 40.000 avro təyin edildi. (vergi sistemi)

İrlandiyanı əlbəttə ki, sıfır vergi tarifi tətbiq edilən ölkələr sırasına aid etmək olmaz, amma, bu ölkəni çəkinmədən aşağı ödənişli vergi yurisdiksiyasına aid ölkələr sırasına daxil etmək olar. İrlandiyada həm gəlir vergisi, həm kapital artımına görə 25 faizlik vergi və hətta hamı tərəfindən nifrət olunan mirasa görə vergi də mövcuddur.


Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Gəlir vergisi

İrlandiyada subay vergi ödəyiciləri üçün ilk 32.800 avro gəlirə 20% vergi və balanslarında həmin məbləğdən artıq qalan vəsaitlərə görə isə 41% vergi tətbiq olunur.

Evli cütlüklər üçün isə ilk 65.600 avro gəlirə görə 20%, yerdə qalan məbləğə görə isə 41% vergi tətbiq edilir.

2011-ci ilin yanvar ayından İrlandiyada ayrıca olaraq universal sosial yığım tətbiq olunmağa başlanılıb. Belə ki, illik gəliri 10.036 avro olan şəxslərdən 2%, 10.037 avrodan 16.016 avroya kimi 4% və 16.016 avrodan yuxarı gəlirə kimi isə bu yığım 7% tarifi ilə tutulur. Bu vergi tibb kartına görə istənilən rezident üçün 4% qədər aşağı salına bilər.

Daimi yaşayış yeri İrlandiya olmayan şəxslər

İrlandiyada vergi tarifləri çox yüksəkdir, lakin daimi yaşayış yeri İrlandiya olmayan fiziki şəxslər üçün bu ölkədə müəyyən vergi güzəştləri mövcuddur. Mahiyyətinə görə, əcnəbi rezident İrlandiyada yalnız bu ölkədəki bank hesabına köçürdüyü pul gəlirlərinə görə vergi ödəməlidir. O səbəbdən bu ölkədə daimi yaşamayıb, müvəqqəti yaşayan əcnəbilər gəlir vergisi ödəməkdən qurtulmaq üçün öz gəlirlərini offşorda saxlaya bilərlər.

Əgər, İrlandiya rezidenti olmazdan əvvəl kapitalla, kapitaldan daxil olan gəlirlər arasında dəqiq fərqi müəyyən etsəniz, əgər hər şeyi düzgün təşkil edə bilsəniz, onda İrlandiyada qanuni şəkildə həm yaşaya, həm də vergi ödəməyə bilərsiniz.

İrlandiya rezidentinin statusu

Vergi məqsədlərinin müəyyən edilməsindən ötrü İrlandiya rezidenti sayılmağınız  üçün sizin vergi ili ərzində bu ölkədə hansı sayda günlər keçirdiyiniz önəm daşıyır.

Siz nə vaxt İrlandiyanın rezidenti sayıla bilərsiniz?
  1. Vergi ili ərzində siz İrlandiyada 183 gün və ya bundan artıq vaxt ərzində qalsanız;
  2. Sonrakı iki vergi ili ərzində İrlandiyada 280 gün və ya bundan artıq müddətdə yaşasanız. Belədə siz ikinci il ərzində İrlandiyanın rezidenti sayılacaqsınız və sizə vergilər tətbiq olunacaq.

2010-cu ildə qəbul olunmuş Maliyyə aktı İrlandiyada yaşayan əcnəbi vətəndaşları (onların faktiki hansı ölkədə yaşamalarından asılı olmayaraq) 200.000 avroya kimi illik gəlirlərə görə vergidən azad edir.


Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

İrlandiyada korporativ vergilər

Aşağı vergi tarifləri və ikiqat vergidən yayınmaq üçün çoxsaylı müqavilələr bağlanılması sayəsində İrlandiyada korporativ vergi ödənişləri ilə bağlı rejim dünyada ən cəlbedici rejimlərdən biridir. İrlandiya 84 beynəlxalq müqavilə imzalayıb ki, onlardan da 64-ü ikiqat vergi vergi ödənişlərindən yayınmaqla bağlıdır, qalan 20 müqavilə isə vergi məlumatları mübadiləsi ilə əlaqədardır.

İrlandiya şirkətləri ticarət fəaliyyətinə görə cəmi 12,5% tarifi ilə vergi ödəyirlər. Bu yalnız ticari gəlirlərlə bağlıdır. Qeyri-ticari gəlirlər isə 25% tarifi ilə vergiyə cəlb olunur.

Bu, Avropada korporativ vergilərlə bağlı ən aşağı tarifdir. O səbəbdən İrlandiyada offşor biznes sektorunun çiçəklənməsi heç də təəccüblü görünmür.

İrlandiya uzun müddətdir ki, çoxsaylı milli şəxsiyyətlər üçün populyar alternativ “offşor” seçim hesab olunur, hansı ki, həmin şəxslər vergi yığımlarının azaldılması məqsədilə öz biznes əməliyyatlarının bir hissəsini bu ölkədəki rezident şirkətlərinin payına keçirirlər.

Bu yolla İrlandiya fiziki şəxslər və şirkətlərə vergi ödənişlərini azltmağı təklif edir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
vergi sistemi
Print Friendly, PDF & Email