Sahib Ələkbərov: “Bu sahədə hesabatlılıq günün tələblərinə cavab vermir”

posted in: Xəbər | 0

Vergilər Nazirliyi DGKKənd təsərrüfatı sahəsində çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər. Lakin təəssüflər olsun ki, bu sahədə hesabatlılıq günün tələblərinə cavab vermir. Müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur.

Bunu Vergilər Nazirliyində kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi ilə əlaqədar qarşıda duran məsələlərlə bağlı keçirilən seminar-müşavirədə çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə böyük bir layihə hazırlanıb. İlkin olaraq bu işlərə Şamaxı rayonunda başlanılması qərara alınıb.

S. Ələkbərov onu da əlavə edib ki, Vergilər Nazirliyində və Dövlət Gömrük Komitəsində hesabatların alınması tam elektronlaşdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Statistika Komitəsində və Əmlak Məsələləri Dövlət Komitəsində bu prosesin davam etdirilir:

“Bu istiqamətdə görüləcək işlərin məqsədi kənd təsərrüfatı məhsullarının istehsalçılarının vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun və şəffaflığın təmin edilməsidir. Eyni zamanda bu, kənd təsərrüfatı sahəsində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması və onların pensiya təminatı üçün də çox vacib olan bir məsələdir”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
hesabatlılıq

Vergilər Nazirliyində müşavirə keçirilib

posted in: Vergi, Xəbər | 0
Vergilər Nazirliyində seminar – müşavirə keçirilib

Vergilər Nazirliyində ölkəmizin şəhər və rayonlarını əhatə edən ərazi vergilər departamentləri, idarələrinin rəhbər vəzifəli şəxsləri və ərazi vergi orqanlarında yeni yaradılmış mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbələrinin əməkdaşlarının iştirakı ilə kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi ilə bağlı qarşıda duran məsələlərlə bağlı seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə çıxış edən Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı görülməsi zəruri olan işlər barədə məlumat verib.

Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 20 ildən çoxdur ki, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunublar. 2019-cu ildən etibarən bu azadolmanın müddəti 5 il müddətinə uzadılıb. Bu sahədə çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər. Lakin təəssüflər olsun ki, bu sahədə hesabatlılıq günün tələblərinə cavab vermir, müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə böyük bir layihə hazırlanıb və ilkin olaraq bu işlərə Şamaxı rayonunda başlanılması qərara alınıb.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı işlərin əlaqələndirilməsi Vergilər Nazirliyinə həvalə olunub. Bu işə aidiyyəti olan bütün dövlət qurumları üçün əlçatan olacaq vahid informasiya platformasının yaradılması istiqamətində işlər davam etdirilir.

Vergilər Nazirliyində və Dövlət Gömrük Komitəsində hesabatların alınması tam elektronlaşdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Statistika Komitəsində və Əmlak Məsələləri Dövlət Komitəsində bu prosesin davam etdirildiyi seminar iştirakçılarının nəzərinə çatdırılıb.  Xüsusilə vurğulanıb ki, bu istiqamətdə görüləcək işlərin məqsədi kənd təsərrüfatı məhsullarının istehsalçılarının vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun və şəffaflığın təmin edilməsidir. Eyni zamanda bu, kənd təsərrüfatı sahəsində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması və onların pensiya təminatı üçün də çox vacib olan bir məsələdir.

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində göstərilən hədəflər, bu sahədə qanunvericilik, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və vergi orqanında uçotda olan vergi ödəyicilərinin qeydiyyatı və s. ilə bağlı geniş təqdimatla çıxış edib. Təqdimatda kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın təşkili və tətbiqi sahəsindəki mövcud vəziyyət barədə ətraflı məlumatlar verilib.

Təqdimatı davam etdirən Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinin baş direktoru Elçin Bəylərov kənd təsərrüfatı sahəsində uçotun təşkili ilə bağlı ərazi vergi orqanlarının aidiyyəti dövlət qurumları ilə birlikdə görəcəyi işlərlə bağlı hazırlanmış proseslər xəritəsi barədə məlumat verib.

Vergi orqanlarına kənd təsərrüfatı sahəsində uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsi və digər aidiyyəti dövlət qurumlarının yerli orqanları, habelə bələdiyyələrlə əlaqəli şəkildə işləmək tapşırılıb.

Mənbə: taxes.gov.az

İş adamlarına verilən kreditlər vergiyə cəlb edilirmi?

posted in: Vergi, Xəbər | 0

İş adamları üçün verilən kreditlər vergiyə cəlb edilirmi?

vakansiya biznes kreditiSığorta edilən əmanət faizlərinin azaldılmasından sonra bəzi banklarda kreditlər ucuzlaşıb. Onların əsas müştəriləri sahibkarlar olduğundan bu məsələ hökumətin də diqqət mərkəzindədir. Öz işlərini qurmaq üçün banklara müraciət edən iş adamlarının həmin vəsaitləri geri qaytarması daha real göründüyündən banklar da onlarla işləməyə üstünlük verirlər. Bu zaman sahibkarları narahat edən digər məsələlər ortaya çıxır. Onlardan biri də fiziki şəxslərin aldıqları bank kreditlərinin vergiyə cəlb edilib-edilməməsidir. İş adamlarını narahat edən məqam fiziki şəxsin götürdüyü kredit məbləğlərinin gəlirlərə daxil edildiyi təqdirdə, geri ödənilən kredit məbləğinin və bankın faizlərinin xərclərə aid edilməsi ilə bağlıdır.

Bu məsələ ilə bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, alınmış kredit məbləğinin müqabilində malların (işlərin, xidmətlərin) təqdim edilməsi nəzərdə tutulmadığı və həmin kredit sonradan banka və ya kredit təşkilatına qaytarıldığı halda belə əməliyyatlar vergiyə cəlb edilən əməliyyatlar hesab edilmir. Belə ki, qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə təminatla və ya təminatsız müəyyən məbləğdə borc alınan pul vəsaitinin hər hansı verginin vergitutma obyekti yaratması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Nazirliyin şərhində vurğulanıb ki, kreditor borc məbləğlərinin qanunvericiliyə müvafiq iddia müddəti keçdikdə həmin borc məbləğləri satışdankənar gəlirlərə aid edilməklə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq müvafiq vergilərə cəlb olunacaq.

Qeyd edilib ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Müvafiq olaraq vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İş adamları kreditlər

Vakansiya: Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Baş Mühasib köməkçisi VakansiyaVakansiya: Baş mühasib

İşəgötürən: BSC Consulting and Outsourcing

Şəhər: Bakı
Yaş: 30 – 45 yaş
Cins: Fərqi yoxdur
Təhsil: Ali
İş təcrübəsi: 5 ildən artıq
Əlaqədar şəxs: Tuti xanım
Telefon: 0124933205
Əmək haqqı: 1200 – 1500 AZN
Vakansiya barədə məlumat

20 ildən artıq fəaliyyət göstərən “BSC” Consulting və Outsourcing şirkətinə lahiyələrin və müştəri portfelinin sayının artması ilə bağlı BAŞ MÜHASİB tələb olunur.

– Mühasibat, vergi uçotu və MDSS, Statistika ilə bağlı əməliyyatlar

– Əmək, vergi qanunvericiliyini mükəmməl bilməli

– Vergi orqanları ilə yazışmalar

– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi

– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək

– Balansın tərtib edilməsi

– DSMF və işsizlik hesabatlarının hazırlanması və təqdim edilməsi

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək

– Mühasibat uçotu qaydalarına əsasən bütün sənədlərin tərtib edilməsi,yığılması və saxlanılması

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir) ;

– 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.) ;

– Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır;

– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı ;

– Analitik düşüncə qabiliyyəti,proqnoz etmə bacarıqları;

– Liderlik xususiyyətləri,müştəriyönümlülük, vaxtın idarəedilməsini bacarmalı;

– Stresədavamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli;

– Problemləri təhlil və həll etmə bacarığı

Mənbə: kadr.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
baş mühasib