Read More9
Read More9

Bakı şəhərində 29.101 təsərrüfat subyekti dislokasiya olunub

posted in: Vergi, Xəbər | 0

Bakı şəhərində 29.101 təsərrüfat subyekti dislokasiya olunub

seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi təsərrüfat subyekti dislokasiyaVergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin məlumatına görə, 2019-cu ilin əvvəlindən paytaxt ərazisində dislokasiya olunmuş 29.101 təsərrüfat subyektinin (obyektinin) 24 faizində nöqsan aşkar edilib. Nöqsanların əksəriyyəti VÖEN-i olan hüquqi və fiziki şəxslərin təsərrüfat subyektlərinin (obyektlərinin) vergi orqanında qeydiyyata alınmadan fəaliyyət göstərməsi ilə bağlıdır. Uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş fiziki şəxslərdən 746-nın VÖEN qeydiyyatı aparılıb və uçot vahidləri bərpa edilib. Uçotsuz təsərrüfat subyektlərindən (obyektlərdən) 2.532-sinin qeydiyyata alınması təmin edilib. Baza məlumatları üzrə fəaliyyəti dayandırılmış, lakin faktiki fəaliyyət göstərdiyi müəyyən edilən 2.127 vergi ödəyicisinin 19 faizinin fəaliyyəti aktivləşdirilib. 1.156 obyektdə NKA, 1.201 obyektdə POS-terminal quraşdırılıb.


Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin gördüyü işlər nəticəsində
3.557 vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə
cəlb olunmuş 11.710 işçi ilə əmək müqaviləsi bağlanılıb


Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb olunmasının qarşısının alınması, əməkhaqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini də gücləndirib. Departamentin gördüyü işlər nəticəsində 3.557 vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 11.710 işçi ilə əmək müqaviləsi bağlanılıb. Həmin vergi ödəyiciləri 2019-cu ilin mart-aprel ayları ərzində məcburi dövlət sosial sığortası üzrə 686,8 min manat ödəniş ediblər. Bu da cari ilin yanvar-fevral ayları üzrə ödənilmiş məbləğdən 1,8 dəfə çoxdur.

Sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsinə baxmayaraq, Bakı şəhəri ərazisində departamentdə qeydiyyatda olan vergi ödəyiciləri üzrə büdcə daxilolmalarında bu vergi növündə əhəmiyyətli artım qeydə alınıb. Cari ilin mart-may ayları ərzində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çox, yəni 4.378 min manat məbləğində vergilər dövlət büdcəsinə ödənilib. 2019-cu ilin mart-may ayları üzrə məcburi dövlət sosial sığortası üzrə 5.182,6 min manat, işsizlikdən sığorta üzrə 279,9 min manat dövlət büdcəsinə daxil olub. Bu da yanvar-fevral aylarındakı göstəricilərdən, müvafiq olaraq, 1,22 dəfə və 1,76 dəfə çoxdur.

Aliment öhdəlikləri barədə bilmədiklərimiz

posted in: Xəbər | 0

Boşanma işlərinin çoxalması və uşaqların maddi təminatının mühüm olması səbəbindən bu dəfəki yazıda aliment ilə bağlı yazmağı vacib hesab edirik.

Aliment və ya uşaqların saxlanması üçün vəsait ya tərəflərin razılığına əsasən, ya da məhkəmə qaydasında tutulur.

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay

– 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi,

– 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi,

– 3 və daha çox uşağa görə isə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur.

Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa,

– ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,

– yaxud onun qazancı və ya sair gəliri yoxdursa,

– habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Yekunda isə xatırlatmaq istərdik ki, 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edildiyindən sabit pul məbləğində olan aliment də həmin həddə nəzərdə tutulur.

Qeyd: Sağlam bir cəmiyyətin təməli sağlam ailələrdir. Buna görə də hər bir uşaq ailəsi ilə birgə yaşamalıdır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Mühasibat uçotu” termininin müəyyən edilməsi

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotu – bu,  bütün təsərrüfat əməliyyatlarında davamlı və sənədləşdirilmiş mühasibat uçotu vasitəsilə əmlakın, təşkilatın öhdəliklərinin və onların hərəkətləri barədə pul məbləğində məlumat toplamaq, qeyd etmək və ümumiləşdirmək üçün mütəmadi bir sistemdir.

Mühasibat uçotu ilə bağlı qanuna uyğun olaraq hesabat, müəssisə tərəfindən qəbul edilmiş əmək müqaviləsinə əsasən baş mühasib tərəfindən, mühasib olmadıqda isə baş direktor tərəfindən  və ya kənar təşkilat tərəfindən aparıla bilər.

Obyektləri.

Mühasibat uçotu obyektlərinə müəssisənin mülkiyyəti, təşkilatlar tərəfindən təsərrüfat fəaliyyəti prosesi zamanı onların öhdəlikləri və təsərrüfat əməliyyatları aiddir.

Başlıca vəzifələri.

Mühasibat uçotunun daxili və kənar istifadəçilərindən ötrü qanunvericiliyə riayət olunmaqla monitorinq etmək üçün zəruri olan məlumatların verilməsi, təşkilat tərəfindən iqtisadi əməliyyatların  qanunvericilik üzrə aparılması, əmlak və öhdəliklərin mövcudluğu və hərəkətləri, maddi, əmək və maliyyə resurslarının təsdiq edilmiş normalara, qaydalara və hesablamalara uyğun şəkildə istifadə olunmasından ibarətdir. Bunun əsasında isə aşağıdakılar mümkün olur:

• təşkilatın iqtisadi fəaliyyətinin mənfi nəticələrinin qarşısının alınması;

• təşkilatın maliyyə dayanıqlılığını təmin etmək üçün təsərrüfatdaxili ehtiyatların üzə çıxarılması;

• təsərrüfat əməliyyatlarının məqsədəuyğunluğuna nəzarət;

• təşkilatın təsərrüfat əməliyyatları həyata keçirilərkən, qanunvericiliyə riayət olunmasına nəzarət;

• əmlak və öhdəliklərin mövcudluğu və hərəkətinin idarə edilməsi;

• maddi, əmək və maliyyə resurslarından istifadəyə nəzarət;

• fəaliyyətin təsdiq olunmuş norma, normativlər və smetaya uyğunluğuna nəzarət.

Mühasibat uçotu metodunun başlıca elementləri

Mühasibat uçotunun vəzifələri aşağıdakı əsas elementləri əhatə edən mühasibat metodu deyilən başlıca üsul və üsullardan istifadə etməklə həll olunur:

  • sənədləşdirmə – mühasibat uçotu məlumatlarına hüquqi təsir göstərən tamamlanmış bir təsərrüfat əməliyyatının yazılı şəhadətnaməsi;
  • qiymətləndirmə –  pul vəsaitlərinin və onların mənbələrinin pulla ifadə edilməsi üsulu;
  • mühasibat hesabları – əmlakın, öhdəliklərin və əməliyyatların mövcud əksini qruplaşdırmanın üsuludur;
  • ikili qeydiyyat – mühasibat uçotu hesablarında təsərrüfat əməliyyatlarının qarşılıqlı əks olunması, hər bir əməliyyat eyni məbləğ üzrə bir hesabın debetində və başqa bir hesabın kreditində qeyd olunur;
  • inventarizasiya – təşkilatın balansında olan əmlakın mövcudluğunun yoxlanılması, təsbit edilməsi, ölçülməsi, uyğunlaşdırılması, qiymətləndirilməsi, müəyyənləşdirilmiş vəsaitlərin dəyərləndirilməsi və əldə edilmiş məlumatların mühasibat uçotu məlumatları ilə müqayisə edilməsi;
  • kalkulyasiya – istehsalat vahidinin, işlərin, xidmətlərin dəyərinin pul vahidi ilə hesablanması, yəni maya dəyərinin hesablanması;
  • mühasibat balansı – bir məlumat mənbəyidir və təşkilatın mülkiyyətinin tərkibini, yerini və mənbəyini pul vahidinin qiymətləndirilməsində ifadə edilmiş və müəyyən bir tarixdə tərtib edilmiş iqtisadi qruplaşmanın bir üsuludur;
  • mühasibat hesabatı – hesabat dövründə təşkilatın əmlakının, öhdəliklərinin və maliyyə vəziyyətinin hərəkətinin xarakterizə edilməsi və müəyyən cədvəllər şəklində əks etdirilən mühasibat uçotu göstəriciləri kompleksi.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasibat uçotu

Muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 7,9% artıb

posted in: Xəbər | 0

Muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 7,9% artıb

əmək haqlarıBu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq 1590,7 min nəfər olub.

Bunun 898 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 692,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,0%-i təhsil, 18,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9% artaraq 583,7 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək haqqı emek haqqi
error: Content is protected !!