Bu sahədə çalışan işçilər sığortalanacaq
Tikintidə çalışan işçilər sığortalanacaq
You can display the Full post on your Blog Page
Tikintidə çalışan işçilər sığortalanacaq
Vakansiya: Mühasib
İşəgötürən: Corn Processing Company (PMD Group)
“PMD Group” MMC şirkətlər qrupunun “İstehlak Mallarının İstehsalı və Kənd Təsərrüfatı” portfelinə (FMCG&Agriculture) daxil olan “CPC” MMC (Corn Processing Company) ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye üsulu ilə hazırlanan şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafqazda yeganə müəssisədir. “CPC” MMC – də istehsalat tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir.
İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 41, AZ1000)
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 1000 AZN- dən (net) başlayaraq (namizəddən asılı olaraq dəyişir)
Tabeçilik: Baş mühasib
− Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir ;
− Vergi , Statistika, digər büdcə ilə hesablaşmalar və hesabatlılığın təşkilində yaxından iştirak edir,
− Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir ;
− Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır;
− Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı Bank və Kassa əməliyyatlarının icrasını və mühasibat hesabında əks etdirilməsini təşkil edir;
− Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir ;
− Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir ;
− Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində iştirak edir ;
− Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.
− Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
− Vergi qanunvericiliyi, Mühasibat uçotunun yeni hesablar planı, Milli və Beynəlxalq mühasibat uçotu standartlarından məlumatlı olmaq;
− 1C Proqramında (8.2 ; 8.3) , Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
− Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi;
− Ehtiyac yarandığı təqdirdə regionlara ezamiyyətə getmə imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini 21.07.2019 – ci il tarixinədək / ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)
Mənbə: jobsearch.az
Vergi ödəyicisinin işçi sayı və hesablanmış əmək haqqı ilə bağlı vergi orqanına təqdim etdiyi ƏDV, sadələşdirilmiş vergi və Muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrində kameral vergi yoxlanması zamanı kənarlaşmalar aşkar edildikdə vergi ödəyicilərinə uyğunsuzluq məktubları göndərilir. Bu uyğunsuzluqlar əsasən aşağıdakı hallar üzrə yaranır:
Qeyd edilən uyğunsuzluqlar aradan qaldırılmaqla müvafiq dövrlər üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına dəqiqləşdirilmiş bəyannamə və zəruri olduğu təqdirdə bu kənarlaşmanın yaranması səbəbini göstərən izahlı məktub təqdim edilməlidir. Həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı suallar yarandıqda Vergilər Nazirliyinin 195 – 1 Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.
Vergi ödəyicisinə göndərilmiş uyğunsuzluq məktublarında qeyd edilən sənədlər göstərilən müddətədək təqdim edilmədiyi halda vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi öhdəlikləri yenidən hesablanır.
Mənbə: taxes.gov.az
2019-cu ilin iyul ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə
Y A D D A Ş
Gəlir və mənfəət vergisinin ödəyiciləri tərəfindən
2019-cu ilin 2-ci rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin iyul ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
2019-cu ilin iyun ayına görəvergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları
– 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli
– 2019-cu ilin iyun ayı üzrə hesablanmış vergi isə həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
2019-cu ilin 2-ci rübünə görə sığortaedənlər tərəfindən
– 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli
– 2019-cu ilin iyun ayı üzrə hesablanmış sığorta haqları isə 2019-cu ilin iyul ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
***
Qeyd : 20.07.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 22.07.2019-cu il tarixə keçirilmişdir.
Mənbə: taxes.gov.az