Bu sahədə çalışan işçilər sığortalanacaq

posted in: Xəbər | 0
birbank biznes

Tikintidə çalışan işçilər sığortalanacaq


Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Beynəlxalq Sığorta Forumunda bildirib ki, Azərbaycanın sığorta bazarına yeni sığorta məhsullarının gətirilməsi istiqamətində işlər aparılır. Yeni məhsullardan bəziləri haqqında məlumat verən İ.Alışovun sözlərinə görə, sığorta şirkətləri həkimlərin peşə məsuliyyətinin sığortasını həyata keçirəcək, bundan başqa, sığorta agentlərinin də məsuliyyəti sığortalanacaq.
Şirkətlər üçün hazırlanan yeni sığorta məhsullarından biri də riskləri ilə daim diqqət çəkən tikinti sektoruna aiddir. Palata rəsmisinin sözlərinə görə, inşaat sektorunda çalışan işçilərin icbari sığortası da yeni məhsullar sırasındadır. Həmin sığorta məhsulu bazara daxil olarsa, tikinti şirkətlərində rast gəlinən bir sıra neqativ hallar, o cümlədən işçilər ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsi daha da aktuallaşacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatası saxlanc yerlərində müvəqqəti saxlanan malların icbari sığortasını da təklif edib. Nəzarət-buraxılış məntəqələrində, gömrük məntəqələrində və digər saxlanc ərazilərində saxlanılan sahibkarlara məxsus malların sığortalanmasına nail olmaq üçün işlər aparılır.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email