Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi (vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər üçün)

posted in: Xəbər | 0

Asan İmzaXidmətin adı: Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi (vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər üçün)

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə”

– şəxsiyyəti təsdiq edən sənədin surəti

– notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)

– Asan İmza SİM-kartı

– Asan imza mobil xidmətinə qoşulma forması

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

 “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun

– NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı

– Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer: 

Vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ASAN xidmət mərkəzləri

Müraciəti emal edən struktur vahidi: Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, ASAN xidmət mərkəzləri

İcra müddəti: 1 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı

– AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə

– Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Kiçik mütəxəssis-mühasib” tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Kiçik mütəxəssis-mühasib

Struktur bölmə: Mühasibatlıq şöbəsi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi:  23 iyun 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Müxtəlif sığorta növləri üzrə sığorta haqlarının mühasibatlıq sistemində düzgün əks olunmasını təmin etmək;
2. Müxtəlif şöbələr, banklar və digər şirkətlər tərəfindən gələn sorğuları araşdırmaq və cavablandırmaq;
3. Banklarda olan cari, depozit, kart hesablarının çıxarışlarını toplamaq və məlumatları mühasibatlıq proqramına daxil etmək;
4. Bank çıxarışlarını və alt sənədlərini toplamaq;
5. Sənədlərin düzgün arxivləşdirilməsinə məsul olmaq;
6. Məzənnə fərqlərini hesablamaq və mühasibatlıq sistemində əks etdirmək;
7. Əsassız ödənişlər və debitorların siyahısının düzgünlüyünü nəzarətdə saxlamaq;
8. Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirmək.

Mühasib üçün tələblər:

İş təcrübəsi : Mühasibatlıq üzrə minimum 6 ay iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası : Maliyyə, Mühasibatlıq və iqtisadi təhsil ixtisasları üzrə ali təhsil tələb olunur
Dil bilikləri : İngilis dilini yaxşı səviyyədə bilməlidir
Kompüter bilikləri : MS Office (Excel yaxşı səviyyədə olmaqla).
Üstünlüklər: Sığorta sahəsində iş təcrübəsi, ACCA sertifikasiyası üstünlükdür

Fərdi keyfiyyət tələbləri:

Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma,  problem həlletmə, keyfiyyət yönümlülük.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri: www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası:

Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək  “Mühasibatlıq şöbəsinin kiçik mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Mənbə: pasha-life.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Polşa vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Polşa vergi sistemiPolşa vergi sistemi barədə bilmədiklərimiz

1-ci hissə

Polşada  fərdin gəlirlərinin vergiyə cəlb olunması mütərəqqi əmsal üzrə baş verir – yəni, gəlirlər nə qədər yüksəkdirsə, vergi tarifi də bir o qədər yuxarı olur. 2012-ci ildə gəlir vergisi tarifi 18%  təşkil edirdi. Fiziki şəxs müəyyən şərtlər daxilində sahibkarlıq fəaliyyəti ilə bağlı güzəştlər olmadan, 19% həcmində fiksasiya olunmuş vergi ödəmək seçimi edə bilər. Polşada korporativ vergi 19% təşkil edir. Fiziki şəxslər tərəfindən əldə olunan gəlirlərdən aşağıdakılar vergidən azad olunur:

a) müəyyən zamandan sonra əmlakın satışı və alışı

b) yaşayış mənzilinin satışından əldə olunan gəlir – o şərtlə ki, həmin məbləğdən iki il ərzində Polşa ərazisində alternativ yaşayış məskəni alınacaq

c) Polşa və ya Avropa İttifaqı ərazisinə daxil olan hər hansı bir ölkədə bir şirkətin digər bir şirkətdən əldə etdiyi dividendlər

ç) sığortadan daxilolmalar,

d) xeyriyyəçilikdən daxilolmalar.

Fərdi gəlir vergisi

Fiziki şəxs muzdlu işçi və ya sərbəst çalışan biri kimi gəlirlərindən vergi ödəyir. Əgər, Polşa başlıca yaşayış yeridirsə və ya hər hansı bir şəxsin maliyyə ili ərzində yaşayışı burada 183 gündən çox çəkirsə, onda həmin şəxs Polşanın rezidenti hesab olunur.  İşəgötürən hər ay işçinin əməkhaqqından vergini tutmağa borcludur. Sərbəst çalışan şəxs isə gəlir vergisini illik hesabata uyğun ödəməlidir. Avans ödəniş ötən ilki gəlirin əsasında müəyyən olunur.

Fərdi gəlir vergisi:

85 528 Polşa zlotına kimi gəlirdən 18%, 85 525 və bundan çox gəlirin baza hissəsini keçən məbləğdən 32% tarifi ilə.

Korporativ vergi tarifi 19% təşkil edir. Polşa ərazisində qeydiyyata alınan və ya fəaliyyəti ilə bağlı idarəçilik bu ölkə ərazisində həyata keçirilirsə, həmin şirkət Polşanın rezidenti sayılır.

ƏDV

Əksər hallarda ƏDV tarifi 23% təşkil edir. Müəyyən mallar və xidmətlər üçün 8% və 5% güzəştli tariflər mövcuddur. İllik dövriyyəsi 150 000 zlotıdan az olan biznes sahibi ƏDV ilə bağlı qeydiyyatdan azad olunur. ƏDV ilə bağlı bəyannamə hər ay və ya rübdə bir dəfə ayın 25-dək təqdim edilir. Bəzi mallar və xidmətlər ƏDV-dən azad edilir. Həmin mallar və xidmətlər bunlardır:

a) Tibbi xidmətlər;

b) Süd məhsulları;

c) Sığorta və bank xidmətləri;

ç) Poçt və poçt markaları;

d) Təhsil, elm və incəsənət sahəsində xidmətlər;

e) Göstərilən ixrac xidmətləri.

Məqalənin 2-ci hissəsini bu keçidə daxil olmaqla oxuya bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyi tərəfindən risk qrupuna kimlər daxil edilir?

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi tərəfindən risk qrupuna kimlər daxil edilir?

qanunvericiliyin pozulması Vergilər NazirliyiAzərbaycanda vergidən yayınmağa cəhd edənlər, şübhəli əməliyyatlar aparanlar və dövriyyələrini gizlətməyə çalışan vergi ödəyiciləri Vergilər Nazirliyi tərəfindən risk qrupuna daxil edilir.

Belə şirkətlərlə əməliyyatlar aparılarkən, nazirliyin kargüzarlıq sistemində əməliyyatı aparmaq istəyən vergi ödəyicisinə xəbərdarlıq görünür ki, əməliyyat aparmaq istədiyi şirkət risk qrupundadır. Bu xəbərdarlıqdan sonra şirkət özü müəyyən edir ki, riskli ödəyici ilə əməliyyat aparsın, yoxsa aparmasın.

Eləcə də risk qrupuna daxil edilən şirkətlər tenderlərdə iştira edə bilmirlər. Çünki onlara tenderə qatılmaq üçün vergi borcunun olmaması haqqında arayış verilmir.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov problemli vergi ödəyicilərinin siyahısının, yəni risk qrupunun olduğunu təsdiqləyib.

N.Şirinovun sözlərinə görə, belə bir risk qrupu var və nazirliyin elektron kargüzarlığına daxil olanda belə şirkətlərlə bağlı xəbərdarlıq görünür: «Biz onları risk qrupuna ona görə daxil edirik ki, normal vergi ödəyiciləri sonradan onlarla iş görüb, o risk qrupuna düşməsinlər. Həmin ödəyicilərə məktub da gedir və izah olunur ki hansı səbəbdən bu vəziyyət yaranıb (yəni risk qrupuna düşüblər)».

Nazirlik nümayəndəsi riskli vergi ödəyicilərinin sayını və onların hansı meyarlarla müəyyən edildiyini dəqiqləşdirməyib. Onun sözlərinə görə, bu meyarlar açıqlanmır: «Bu kommersiya sirridir. Çünki belə alqoritmlər hər bir vergi administrasiyasında gizli saxlanılır. Yəni riskli vergi ödəyicilərinin hansı alqoritmlə müəyyən edilməsi sirrdir».

N.Şirinov deyib ki, bu alqoritmlər açıqlansa, pozuntuya yol verən ödəyicilər bu siyahya düşməkən yayına bilərlər.

Baş direktor, ƏDV ilə bağlı mübahisəsi olanların avtomatik olaraq risk qrupuna düşməsi ilə bağlı deyilənləri təkzib edib: «Belə bir yanaşma yoxdur. Bizim xüsusi alqoritmimiz var, onlar hamısı elektrondur. Sistem özü müəyyən edir ki, nə baş verir».

Bunula yanaşı, N.Şirinov risk qrupuna daxil edilən ödəyicilərin əməliyyatları ilə bağlı bəzi misallar gətirib: «Əmtəəsiz əməliyyat aparanlardır, yəni ixdal eləmədiyi malları satanlardır. Kitab alıb süd satanlar, yəni aldığı deyil, almadığı malları satanlar. Sistem göstərir ki, bu ödəyici kitab alıb, amma sonra süd satır».

N.Şirinov risk qrupuna düşən ödəyicilərin buradan hansı şərtlərlə çıxa biləcəyini də açıqlayıb: «Risk qrupundan çıxmaq üçün vergi ödəyicisi elədiyi əməliyyatları könüllü qaydada ləğv edirsə, bu əməliyyatlardan yaranan öhdəliklərini, yəni vergidən yayındırdığı vergini büdcəyə ödəyirsə və belə əməliyyatlar aparmayacağına yazılı zəmanət verirsə, bu məsələyə baxılır»

İndiyədək belə hallar olub: «Gəlib özü könüllü şəkildə etiraf edib ki, bəli mən belə əməliyyatı aparmışam, bu əməliyyatı ləğv edib, büdcəyə çatası bütün vergiləri büdcəyə ödəyib, zəmanət verib ki, belə hal olmayacaq. Çünki sahibkarı biz ömrü boyu o siyahıda saxlaya bilmərik».

Mənbə: fed.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.