QHT əməkdaşlarına hansı hallarda vergi güzəşti edilmir?

posted in: Vergi, Xəbər | 1

QHT əməkdaşlarına hansı hallarda vergi güzəşti edilmir?

gəlir xərc kompensasiya vergi

Nazirlər Kabinetinin müəyyənləşdirdiyi neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarında maliyyələşmə mənbələrindən asılı olaraq QHT-lərdə çalışan əməkdaşların əməkhaqqı məbləğlərinin vergiyə cəlb olunması ilə bağlı suallar yaranır. Çünki onların əksəriyyəti dövlət sektorundan maliyyə dəstəyi alaraq işlərini davam etdirirlər.
Məsələyə Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov belə aydınlıq gətirib: “QHT-lərdə çalışan əməkdaşların əməkhaqqından gəlir vergisi üzrə güzəştlər verilərkən iki faktor mütləq qaydada diqqətdə saxlanılmalıdır. Birincisi, QHT-lərin dövlət mülkiyyətinə aid edilib- edilməməsi. QHT-lər ictimai birliklər və müqavilə formasında fəaliyyət göstərə bilirlər. İstənilən hüquqi və fiziki şəxs QHT təsisçisi ola bilər. Lakin burada bir istisna mövcuddur: hüquqi şəxslər dedikdə, dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları –bələdiyyələr istisna təşkil edir. Buna baxmayaraq, dövlət hakimiyyəti orqanları tərəfindən yaradılan hər hansı dövlət müəssisəsi və ya təşkilatı QHT təsis edə bilər. Həmin qurumda dövlətin payı 51 faizdən artıq olduqda QHT-də çalışan əməkdaşlara vergi güzəşti nəzərdə tutulmayıb. Yəni bu halda QHT-lər dövlət mülkiyyətli hesab edilir.
Digər bir faktor QHT-lərin maliyyələşmə mənbələri ilə bağlıdır. Əgər QHT-lərin maliyyələşməsində dövlət büdcəsi və ya dövlətə məxsus olan digər fondlar mövcuddursa, maliyyələşmənin mənbəyi dövlət vəsaitidirsə, bu halda da həmin QHT dövlət sektoruna aid edilir və orada çalışan əməkdaşlara gəlir vergisindən güzəşt nəzərdə tutulmur”.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (12-ci addım, 2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasibat uçotuMühasibat uçotu ilə bağlı 12-ci addım, 2-ci hissə

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Qalığın azalması metodu (ikili tənəzzül):  Bu metod aşağıdakı kimi hesablanır: düzxətli metod zamanı istifadə edilən amortizasiya norması, faizlə ifadə olunan sürətləndirici əmsalına vurulur. Bu, 100% – dən 200% -ə qədər dəyişir. 200%-lik əmsal daha geniş yayılıb. Ondan istifadə zamanı balans dəyərinin ikiqat azalması baş verir. Bu proses adətən ikiqat amortizasiya dərəcəsi ilə azalan qalıq metodu adlanır. Düzxətli amortizasiya normasını götürüb, onu sürətləndirmə əmsalına və əsas aktivin balans dəyərinə vururuq və həmin dövr üçün amortizasiya dəyərini əldə edirik. Bu məbləğ aktiv balans dəyərindən çıxılır. Bu yolla əldə olunmuş aktiv balans dəyərinin qalığı sonrakı dövrə köçürülür və bütün bu prosedur təkrarlanır.

Nümunə: Yük avtomobilinin faydalı xidmət müddəti 5 ildir.  Buna müvafiq olaraq, düz xəttli metodda hər il üçün aşınma dərəcəsi 20% (100% / 5) olmuşdur. İkili qeydə alınma metodunda amortizasiya dərəcəsi 40% (2×20%) olacaq.

1-ci ilin sonu: ilkin qiymət 10.000, illik aşınma dəyəri 40% x10.000=4000, qalıq qiyməti 6000

2-ci ilin sonu:  ilkin qiymət 10.000, illik aşınma dəyəri 40% x6000=2400, qalıq qiyməti 3600

3-cü ilin sonu: ilkin qiymət 10.000, illik aşınma dəyəri 40% x3600=1440, qalıq qiyməti 2160

4-cü ilin sonu: ilkin qiymət 10.000, illik aşınma dəyəri 40% x2160=864, qalıq qiyməti 1296

5-ci ilin sonu: ilkin qiymət 10.000, illik aşınma dəyəri  296, burada 1000 manat ləğvetmə dəyəri kimi çıxılır və cəmi 296 manat qalır.

Burada biz amortizasiyanın sabit dərəcəsinin həmişə əvvəlki ilin xalis dəyərinə tətbiq olunduğunu görürük. Ən böyük aşınma məbləği ilk ilə təsadüf edir, sonrakı illərdə isə azalma müşahidə olunur. Nəhayət, son ildə ləğvetmə dəyəri çıxıldıqdan sonra məhdud məbləğ qalır.

Amortizasiya hesablama üsulu istehsal həcminə mütənasibdir: Bu amortizasiya üsulu aktivin faktiki fiziki istifadəsinə əsaslanır.

Nümunə: Yük maşınının xidmət ömrü 90000 km olaraq hesablanır. 1 km-lik amortizasiya xərci aşağıdakı kimi müəyyən ediləcək:

İlkin qiymət – Ləğvetmə qiyməti = 10000-1000 = 0,1/km.

İş vahidlərinin təxmin edilən sayı 90000

Əgər təxmin etsək ki, istismarın ilk ilində avtomobil 20.000 km, ikinci il 30.000 km məsafə qət edib. Üçüncü il 10.000 km, dördüncü il 200.000 km; və beşinci il 10.000 km yol qət edib; onda bu belə ifadə olunacaq:

1-ci ilin sonuna ilkin qiymət 10.000, qət edilən məsafə 20.000 km, illik aşınma məbləği 2000

2-ci ilin sonu, ilkin qiymət 10.000, məsafə 30.000, aşınma məbləği 3000

3-cü ilin sonu, ilkin qiymət 10.000, məsafə 10.000, aşınma məbləği 1000

4-cü ilin sonu, ilkin qiymət 10.000, məsafə 20.000, aşınma məbləği 2000

5-ci ilin sonu, ilkin qiymət 10.000, məsafə 100.000, aşınma məbləği 1000

Bu metod obyektin faydalı ömrü boyunca qaytarılması kifayət qədər dəqiqliklə müəyyənləşdirildikdə tətbiq edilməlidir. Ləğvetmə dəyəri çox vaxt əhəmiyyətli hesab olunmur və praktikada tez-tez nəzərə alınmır.

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Malları elektron qaimə-faktura ilə rəsmiləşdirməyin üstünlükləri

posted in: Xəbər | 0

elektron qaimə-faktura e-qaimə fakturaMalları e-qaimə faktura ilə rəsmiləşdirməyin üstünlükləri

“Sədərək” Ticarət Mərkəzindəki məşhur mağazalardan birindəyik. Topdan və pərakəndə geyim mağazası kimi fəaliyyət göstərən obyektdə 30-dək alıcı var. Geniş və işıqlı mağazadakı qaynarlıq, alış-verişin yaxşı getdiyi ilk baxışdan diqqəti çəkir. Bir neçə işçi zal boyunca gəzişərək alıcılara seçim üçün kömək göstərir, qiymətlə bağlı sualları cavablandırırdılar. Seçimini etmiş müştərilər isə aldıqları malların dəyərini ödəmək üçün mağzanın giriş qapısının ağzındakı masaya yaxınlaşıb növbə gözləyirlər…

Masanın arxasında müştərilərə iki nəfər kassir xidmət göstərir. Onlardan biri alıcıların səbətlərə yığdığı malları bir-bir nəzərdən keçirərək üzərindəki qiyməti elan edib paltarları paketə yığırdı. Digər kassir – masanın arxasında əyləşmiş orta yaşlı kişi isə köməkçisinin elan etdiyi qiymətləri xüsusi hazırlanmış kiçik vərəqədə qeyd edir. Sonda həmin rəqəmləri kalkulyator vasitəsilə hesablayaraq ümumi məbləği alıcılara söyləyirdi. Aldığı malın dəyərini ödəyən hər bir alıcıya ödəniş qəbzi əvəzinə əl ilə yazılmış kiçik kağız parçası təqdim edilirdi. Mağzanın adı, ünvanı və əlaqə telefonlarının qeyd olunduğu bu kağız parçasında müştərilərə satılan malların adı, sayı və qiymətləri əks etdirilir…

Malların sənədsiz satışı qadağandır

“Sədərək”də çox məşhur olan, müştəri bolluğu ilə seçilən bu mağazada istisnasız olaraq bütün alıcılara eyni növ “qəbz” təqdim olunur. Həm də malların topdansatışını həyata keçirən mağazada olduğumuz 15-20 dəqiqə ərzində bir neçə müştərinin eyni növdən olan 10-12 dəst geyim aldığının şahidi olduq. Adi alıcılardan fərqli olaraq, belə müşətilərə hər geyim dəstinə görə müəyyən endirim edilsə də, digər alıcılar kimi, buradan topdansatış qiymətlərlə aldıqları paltarları pərakəndə qiymətlərlə son istehlakçıya satacaq müştərilərə də ciddi hesabat blankı, yəni qaimə-faktura təqdim edilmirdi. Ən maraqlı isə odur ki, heç onlar da etdikləri alış-verişə görə “kassir”dən qaimə-faktura tələb etmirdilər. Halbuki vergi qanunvericiliyinə əsasən, ölkə ərazisində malların sənədsiz satılması qadağandır. Belə hallara görə məhsulu satan tərəfə inzibati qaydada cərimə tətbiq olunmalıdır. Çünki qanunvericiliyə əsasən, hər bir vergi ödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların təqdim edilməsi (satılması) ilə bağlı elektron qaimə-faktura verməyə borcludur.

Malların satışı zamanı mütləq sənədləşmə aparılmalıdır və mal satan sahibkar qarşı tərəfə e-qaimə faktura təqdim etməyə borcludur

Əslində, sənədləşdirilmədən satışa çıxarılan, elektron qaimə-faktura olmadan təqdim edilən mallar həmin malların mənbəyi barədə ciddi şübhələrə yol açır. Çünki ölkə ərazisində satışa çıxarılan hər bir mal ya yerli istehsal müəssisələrində istehsal olunaraq, ya da xaricdən idxal edilərək bazara çıxarılır. Hər iki halda satışa çıxarılan mallar satışa təqdim olunarkən mənbəyi göstərilməli və qanuna müvafiq qaydada sənədləşdirilməlidir. Əgər satışa çıxarılan hər hansı mal topdan və ya pərakəndə satışla məşğul olan şəxslərə təqdim edilərkən müvafiq qaydada rəsmiləşdirilmirsə, deməli, həmin mallar ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Sənədi olmayan malların satışa çıxarılması isə ciddi qanun pozuntusu sayıldığından, belə fəaliyyətlərin müvafiq dövlət nəzarəti orqanları tərəfindən aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunması qaçılmazdır.

Hər kəs qanunvericiliyin tələblərinə riayət etməlidir!

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin Mikroiqtisadi təhlil idarəsinin direktoru Elşən Hüseynov topdansatış ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların elektron qaimə-faktura tətbiq olunmadan malları təqdim etməsini ciddi qanun pozuntusu kimi dəyərləndirib. Bildirib ki, heç bir halda qanunvericiliyin bu tələbi yerinə yetirilməyə bilməz:

“Malların satışı zamanı sənədləşmə mütləq aparılmalıdır və mal satan sahibkar qarşı tərəfə elektron qaimə-faktura təqdim etməyə borcludur”.

Nazirlik rəsmisi malları elektron qaimə-faktura ilə rəsmiləşdirməyin sahibkarlar üçün bir çox üstünlüklər yaratdığını söyləyir. Onun sözlərinə görə, elektron qaimə-faktura sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına səbəb olur. Həmçinin sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır ki, bu da sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə şərait yaradır.

E.Hüseynov bir daha qeyd edib ki, malları qəbul edən fərdi sahibkarların və hüquqi şəxslərin e-qaimə faktura tələb etmədən malların qəbulunu həyata keçirməsi qanunla məsuliyyətə səbəb olur. Bildirib ki, elektron qaimə-faktura hər şeydən əvvəl sahibkarın öz biznesinin qanunun tələbləri çərçivəsində qurmağa və inkişaf etdirməyə, şəffaf fəaliyyət göstərməsinə xidmət edir:

“Bu halda ticarət obyektlərinin sahibləri həm də dövlət nəzarəti orqanları ilə münasibətləri asanlaşdırmış və gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısını bəri başdan almış olur”.

Xatırladaq ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə faktura verməlidir. E-qaimə fakturaların tətbiqi vergi inzibatçılığının sadələşdirilməsinə, vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə, vergidən yayınma hallarının azaldılmasına, vergi ödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir. 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiq dairəsində müəyyən dəqiqləşdirmələr aparılıb.

Dəyişikliyə əsasən, malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə malsatan şəxslərə sanksiya tətbiq edilir. Yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur. Yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir. Vergi ödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa, birinci dəfə maliyyə sanksiyalarının məbləği təqdim edilən malların satış qiymətinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verildikdə isə 40 faizi həcmində olacaq.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

İnsan Resursları üzrə Təcrübəçi tələb olunur

posted in: İnsan Resursları, Vakansiya, Xəbər | 0

təcrübəçi İnsan ResurslarıVakansiya: İnsan Resursları üzrə Təcrübəçi

Şirkət: Mazarina Trade Company

Tələblər

• Ali təhsil ;
• Yaş: 21-25;
• Yaxşı ünsiyyətqurma qabiliyyəti;
• İR sahəsi üzrə karyera qurmaq hədəfi;
• MS Office bilikləri;
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• İş şəraiti:
• İş vaxtı: 09:00 –dan-18:00 dək;
• İstirahət günləri: Şənbə və Bazar;
• Əmək Müqavlisənin müddəti : 3 ay;
• Təcrübə ödənişlidir;
• Təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin edilə bilər.

• Qeyd:

– MBA (İnsan Resurslar üzrə) və HR Təlimlərində iştirak edən nazmizədlərə üstünlük verilir

Müraciət etmək istəyən namizədlər CV-lərini   / mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə Təcrübəçi” qeyd edərək göndərə  bilərsiniz
Ünvan:

Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)

https://goo.gl/maps/HL5LGdg3mUpLr24e8

Yaxınlıqda yerləşən obyektlər:
-Rich Hotel ,Caspian Bussines Hotel,EuroHome Tikinti materialları bazarı və CONNECT.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

muhasib mühasib muhasib.az mühasib.az