Vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi

posted in: Vergi, Xəbər | 0

Aktiv vergi VergilərXidmətin adı: Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi

Tələb olunanlar: – “Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi haqqında ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 24.0.7-1-ci və 165.1.3-cü maddələri

– AR Prezidentinin 12.07.2016-cı il tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”

– VN-nin Kollegiyasının 26.07.2016-cı il tarixli 1617050000008600 nömrəli Qərarı

– Vergilər nazirinin 18.07.2016-cı il tarixli 1617040101056100 nömrəli əmri

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),  Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

– qeydiyyata xitam verilməsi: ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları

– proqram təminatının və s. geri götürülməsi: vergi öhdəliklərinin icrasına nəzarətstrukturları

İcra müddəti: 5 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: qeydiyyata xitam verilməsi barədə bildiriş (e-qutuya göndərilir)

Mənbə: taxes.gov.az

Bax: “Vergi partnyorluğu Sazişi”nin ləğv edilməsi

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hansı halda turizm xidmətinin dəyəri nağd ödənilə bilər?

posted in: Xəbər | 0

Hansı halda turizm xidmətinin dəyəri nağd ödənilə bilər?

turizm

Cavab: Bildiririk ki, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən turizm məhsuluna turistlərə göstərilən xidmətlər kompleksi aid edilir. (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər)
Buna əsasən turagentlər tərəfindən məhsulun təqdim edilməsi ilə bağlı göstərilən fəaliyyətə görə onlara edilən ödənişlər ödənişi edən şəxsin ƏDV məqsədləri üçün qeydiyyatda olmasından asılı olmayaraq nağdsız qaydada həyata keçirilir. Bununla yanaşı biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Vergi partnyorluğu Sazişi”nin ləğv edilməsi

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: “Vergi partnyorluğu Sazişi”nin ləğv edilməsi

Tələb olunanlar: – “Vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– NK-nın 19.07.2013-cü il tarixli 190 nömrəli Qərarı

– Vergilər nazirinin 02.07.2013-cü il tarixli 1317040100691900 nömrəli və 16.09.2013-cü il tarixli 1317040101004200 nömrəli əmrləri

Xidmətin göstərildiyi yer: ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin  struktur bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Şəffaf vergi partnyorluğu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin zona şöbələri, ƏVD və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/ şöbələrinin Şəffaf vergi partnyorluğu şöbələri/bölmələri, RVŞ-nin  vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin  struktur bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Şəffaf vergi partnyorluğu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin zona şöbələri, ƏVD və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Şəffaf vergi partnyorluğu şöbələri/bölmələri, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları

İcra müddəti: 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – “Vergi partnyorluğu Sazişi”nin ləğv edilməsi haqqında bildiriş (e-qutuya  göndərilir)
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

800 AZN məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya aparıcı mühasibVakansiya: Mühasib

İşəgötürən: General Supply LLC

Vəzifə öhdəlikləri

– Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, vergi bəyənnamələri, maliyyə-iqtisadi əməliyyatlarını rəsmiləşdirir və icra etmək
– Debitor və kreditor borcların uçotunun aparılması;
– Gəlir və xərclərin hesablanması;
– Banklarla və digər orqanlarla hesablaşmalar;
– Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması;
– Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması;
– Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
– İdxal olunmuş malların maya dəyərinin hesablanması;
– Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
– Gəlir və xərc sənədlərinə nəzarət edilməsi;
– Vergi hesabatlarının hazırlanması;
– Maliyyə hesabatlarının hazırlanması;
– Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması;
– Statistika hesabatlarının hazırlanması.

Mühasib üçün tələblər:

– Azərbaycan – Ana dili;
– Rus, İngilis dili (Orta)
– Kompüter bilikləri: Microsoft office (Word, Excel, PowerPoint) – yaxşı səviyyədə,
– Riyazi və Analitik bacarıq;
– Təcrübə: min. 2-3 il;
– 1C Mühasibat Proqramını bilmək  (1C 8.3 versiyası ilə  işləmə);
– Vergi Məcəlləsi üzrə biliklər

İş şəraiti:

– 5 günlük iş həftəsi
– iş vaxtı: 09:00 -18:00
– Tibbi sığorta
– AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
– Əməkhaqqı- 800 AZN .

Maraqlanan namizədlər  / mail ünvanına “mühasib” başlığı altında  cv göndərə bilər.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.