Vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Aktiv vergi VergilərXidmətin adı: Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi

Tələb olunanlar: – “Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi haqqında ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 24.0.7-1-ci və 165.1.3-cü maddələri

– AR Prezidentinin 12.07.2016-cı il tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”

– VN-nin Kollegiyasının 26.07.2016-cı il tarixli 1617050000008600 nömrəli Qərarı

– Vergilər nazirinin 18.07.2016-cı il tarixli 1617040101056100 nömrəli əmri

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),  Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

– qeydiyyata xitam verilməsi: ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları

– proqram təminatının və s. geri götürülməsi: vergi öhdəliklərinin icrasına nəzarətstrukturları

İcra müddəti: 5 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: qeydiyyata xitam verilməsi barədə bildiriş (e-qutuya göndərilir)

Mənbə: taxes.gov.az

Bax: “Vergi partnyorluğu Sazişi”nin ləğv edilməsi

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email