Əmək haqqı və pensiyalar ilə bağlı yeniliklər gözlənilir

posted in: Xəbər | 0

Əmək haqqı və pensiya ilə bağlı yeniliklər gözlənilir

MəzuniyyətƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək haqqı və pensiya sahəsində yeni təkliflər hazırlandığını bildirib:

“Azərbaycanın iqtisadiyyatı gücləndikcə, gəlirlər artdıqca ölkə başçısının əsas niyyəti bu gəlirin, ilk növbədə, əhalinin sosial müdafiəsinə yönəldilməsidir. Buna görə də Prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə həm əmək haqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayıb. Yaxın günlərdə biz bu təklifləri ölkə başçısına təqdim edəcəyik”.

Sistemdə aparılan islahatlara toxunan nazir görülən tədbirlər nəticəsində bir çox sahədə artıq ciddi uğurların əldə olunduğunu bildirib: “Elektron pensiya təyinatına yanvarın 1-dən başlanılıb, qısa müddətdə 11 mindən çox vətəndaşımız tam şəkildə avtomatlaşdırılmış qaydada pensiya təyinatlarını alıblar. İnanırıq ki, sosial müdafiə sisteminin gələcəyi elektron sistemlər üzərindən qurulmalıdır”.

S.Babayev sosial sahədə şəffaflığın təmin olunmasına dair işlərin davam etdiriləcəyini deyib: “Aylıq 2 milyon 800 min insana xidmət və ödəniş həyata keçirilir. Burada qəsdən və ya texniki səhvə də yol verə bilərlər. Əgər saxtakarlığa yol verilibsə, hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara göndərilir. Qarşıya tələb qoyulur ki, vəsait geri qaytarılmalıdır. Əksər hallarda vəsaitlər təqsirkar vəzifəli şəxslər tərəfindən ödənilir”.

Nazir onu da əlavə edib ki, Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik fəaliyyət planı hazırlanır. Bunun üçün həm beynəlxalq təşkilatlar, həm də xarici şirkətlər cəlb edilib. Həmin planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarının yaradılmasıdır. Bu cür fondların fəaliyyətinə qanunvericilikdə qadağa olmadığını qeyd edən S.Babayev bu sahənin fəaliyyət mexanizmi, əhatə dairəsi, tətbiq olunması mexanizmi, hüquqi-maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlərin hazırlanacağını bildirib.

Mənbə: vergiler.az


Bax: Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artıma amortizasiya hesablanır?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artıma amortizasiya hesablanır?

posted in: Xəbər | 0

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım üçün amortizasiya hesablanır?

Turagentlər vergi güzəştləri Vergi nəzarətiSual: Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri mülki məcəllənin 90-cı maddəsinə uyğun olararq özlərinə məxsus əmlaklar hesabına və ya cəmiyyətin balansında olan əmlakı yenidən dəyərləndirərək nizamnamə kapitalının artırılmasına yönəldilməsi barədə qərar qəbul edirlər. Bu zaman aşağıda qeyd olunan konkret hallarda vergitutma baxımından mənfəət vergisinin məqsədləri üçün əsas vəsaitlərə amortizasiya hesablanılırmı?

1. Təsisçilərə məxsus əmlak nizamnamə kapitalına qoyulur.

2. Cəmiyyətə məxsus əmlak yenidən dəyərləndirilərək, yenidən dəyərlədirmədən əvvəlki balans dəyəri ilə yenidən dəyərləndirmədən sonrakı məbləğ fərqi nizamnamə kapitalına qoyulur.

Qeyd, Məlumdur ki, müəssisənin dövrü olaraq əsas vəsaitlərinin yenidən dəyərləndirməsi VM-nin 114-cü maddəsinə uyğun olaraq amortizasiya olunan əsas vəsaitlərinin qalıq dəyərinə aid edilmir və müəssisənin kapital ehtiyatlarına aid edilir. Lakin yuxarıda qeyd olunan halda isə yenidən dəyərləndirmədən yaranan fərq nizamnamə fonduna qoyuluş edilir. (qanunvericiliyə uyğun formada) Xahiş edirəm sualıma tam dolğun cavab verəsiniz. Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

Cavab: Bildiririk ki, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur və əmlak vergisi məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri müəyyən edilərkən nəzərə alınmır.

Əsas: Vergi Məcəlləsinin 104.5-ci114.6-cı143-cü202.0.1-ci maddələri.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1100 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib köməkçisi vakansiyaVakansiya: Mühasib

İşəgötürən: Hilal

  • Şəhər: Bakı
  • Yaş: 25 – 52 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Elçin bəy
Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
– e-qaimə fakturalarının və vhf yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Məşğulluq və statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İş qrafiki: 08:30-dan 18:30-dək
– Həftənin 6 günü nahar şirkət tərəfinən verilir

Mühasib üçün tələblər

– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– MS office (xüsusillə excell), 1c 7.7,mikro, logo.b2b ,e-gov, e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, dsmf, statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (vergi məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)

Uyğun olan namizədlər şəkilli cv-ni elektron poçt ünvanına göndərə bilərlər ( / )

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

ƏDV məqsədləri üçün qeydiyyatın online ləğv edilməsi

posted in: Vergi, Xəbər | 0

Depozit Hesabı Məcburi sosial sığorta ƏDV məqsədləri Vergilər naziriXidmətin adı: ƏDV məqsədləri üçün qeydiyyatın online ləğv edilməsi

Tələb olunanlar: – VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 158-ci maddəsi

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 03.09.2014-cü il tarixli 1417050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “ƏDV məqsədləri üçün qeydiyyatın online ləğv edilməsi” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: 30 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: ƏDV məqsədləri üçün qeydiyyatın online ləğv edilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.