Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (10-cu addım)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotu ilə bağlı 13 addım (10-cu addım)

9-cu hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Materialların hazır məhsullara çevrilməsi üçün silinməsi metodlarını bilmək vacibdir.

Orta ölçülü qiymət, fərdi identifikasiya – Ən geniş yayılmış və tətbiq olunan metod – bu, orta ölçülü dəyər və ya sadəcə əmtəənin orta qiymətidir. Məsələn: ay ərzində məhsulun qiyməti dəyişir. Siz ayın əvvəlində kq 1 manatdan 100 kq, ayın ortasında kq 1,3 manatdan 200 kq, ayın sonunda isə kq 1,5 manatdan 150 kq qənd almısınız. Bütün bu qiymətləri üst-üstə gəlirsiniz və aldığınız qəndin ümumi çəkisinə bölürsünüz və bununla da qəndin 1 kq-nın ay üzrə orta qiyməti çıxarılır. Hazırkı şəraitdə: 100+260+225=585/ 450 kq. və bir kq üçün orta qiyməti 1,3 man alırıq. Yekunda həmin ay üçün qiymət bu metodla hesablanır.

İlk satınalma qiymətləri üzrə dəyərləndirmə metodu. Bu metod bildirir ki, orta qiymət və  ya mal-material ehtiyatlarının satışı eyni qayda üzrə, yəni, materiallar daxil olarkən təyin olunan qiymətlərlə həyata keçirilir: İlkin qiymətlərlə alınıb – həmin qiymətlərlə satılıb və ya orta qiyməti çıxarılıb. Təbii ki, mərhələ sonundakı qalıq son alış qiymətinə aid edilir, realizə edilmiş mallar isə daha erkən mövcud olan qiymətlərlə hesablanır. Bu metod istənilən sahə müəssisələri tərəfindən tətbiq oluna bilər. İnflyasiya dövründə bu metod ən yüksək səviyyədə təmiz gəlir gətirir, çünki şirkətlər cari qiymətlərin artımı zamanı qiymətləri yüksəltməyə can atır və bu zaman material ehtiyatlarının qiymətlər qalxmazdan əvvəl alınması faktını diqqətə almırlar.

Son satınalma qiymətlərini qiymətləndirmə metodu – bu metod ilk növbədə mal-material ehtiyatları dəyərinin sonradan əldə edilmiş və ya istehsal olunmuş ehtiyatların dəyərindən silinməsinə əsaslanır. Yəni, son anda daxil olub, ilk növbədə satılıb və ya orta qiyməti çıxarılıb.

Bu metod gümanlara əsaslanır, belə ki, son əldə olunmuş malların dəyəri ilk növbədə satılan malların qiymətini müəyyən etmək üçün istifadə olunur. Hesabat dövrünün sonuna qalan ehtiyatların dəyəri isə ilkin alınmış malların qiyməti əsasında hesablanır. Bu metodu nəzəri olaraq bilmək lazımdır, təcrübədə isə o, elə də çox istifadə olunmur. Elə ölkələr var ki, orada bu metodun tətbiqi ümumiyyətlə, qadağan olunub.

Spesifik identifikasiya metodu: – bu metod yalnız  tək, xüsusi, fərdi sifarişlər və layihələrin dəyərini hesablamaqda tətbiq olunur. Məsələn: geyim, ayaqqabı və s. üzrə fərdi sifarişlər zamanı. Bu metodun tətbiqi zamanı hökmən bilinir ki, hansı konkret mal-material ehtiyatından istifadə olunub və ya satılıb, hansıları isə qalıb.

11-ci hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda banka bu məbləği qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək

posted in: Xəbər | 0

Azərbaycanda banka 100 min manat qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək

Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək.
Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.
Məcəllənin 45-ci maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.
Məcəllənin 45-ci maddəsi – Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar.
Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşama üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir.
Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Auditorlar Palatası “Auditor adı almaq üçün” imtahan keçirdir

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatası seminarAuditorlar Palatası “Auditor adı almaq üçün” imtahan keçirdir.

İmtahanda mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə üç il əmək stajına malik olan Azərbaycan Respublikasının vətəndaşı iştirak edə bilərlər.

İmtahanda iştirak etmək istəyən şəxslər 2019-cu il 01 iyun tarixinədək aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim etməlidirlər.

  • İmtahan Komissiyası sədrinin adına müəyyən olunmuş formada ərizə;
  • Şəxsiyyət vəsiqəsi və onun sürəti;
  • Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;
  • Əmək kitabçasının surəti;
  • 4×6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.

İmtahan ödənişlidir!

Maraqlananlar Azərbaycan Respublikasının Auditorlar Palatası-nın Kadr hazırlığı şöbəsinə müraciət edə bilərlər.

Məlumat üçün bildiririk ki, auditor adı almaq üçün imtahanda iştirak etmək arzusunda olan şəxslərə imtahan qabağı ödənişli kurslar təşkil edilə bilər.

Ünvan: S.Y.Bakuvi 35
Əlaqə: 564-80-62 ; 498-28-55 (daxili 110)

Mənbə: audit.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Elektron sənədlərin mübadiləsi Qaydasında kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Elektron sənədlərin mübadiləsi Qaydasında kiçik dəyişiklik edilib

Büdcə təsnifatı Elektron“Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli 510 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

AR Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 56; 2008, № 1, maddə 39; 2014, № 6, maddə 747, № 9, maddə 1124; 2016, № 1, maddə 173; 2017, № 3, maddə 480; 2019, № 1, maddə 158) ilə təsdiq edilmiş “Elektron sənədlərin mübadiləsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 6.1-ci bənddə “elektron və ya kağız-uçot jurnallarında aparılır” sözləri “elektron sənəd dövriyyəsi sistemi vasitəsilə həyata keçirilir” sözləri ilə əvəz edilsin.
  2. 6.2-ci bənddə “elektron jurnallarda” sözləri “elektron sənəd dövriyyəsi sistemində” sözləri ilə əvəz edilsin.
  3. 7.2-ci bənddən “müvafiq uçot jurnallarının,” sözləri çıxarılsın.

Azərbaycan Respublikasının
Baş Naziri                   Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.