Büdcə təsnifatı ilə bağlı Qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Büdcə təsnifatı ilə bağlı Qərarda kiçik dəyişiklik edilib

Büdcə təsnifatı“Azərbaycan Respublikasının vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

“Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1388-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 503 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 94 və 100 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli 130, 133 və 135 nömrəli, 11 aprel tarixli 159 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin Təsnifatı”nın 1.4.2.3.2.1-ci yarımbəndində “Sahibkarlığa Kömək Milli Fondunun” sözləri “Sahibkarlığın İnkişafı Fondunun” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın “Mətbuat orqanları, ictimai təşkilatlar və digər tədbirlər” bölməsinin 7-ci sətrində “Sahibkarlığa Kömək Milli Fondu” sözləri “Sahibkarlığın İnkişafı Fondu” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                        Novruz Məmmədov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1000 AZN məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib

İşəgötürən: BRPG LLC


Vəzifələr:

– Mal-material və əsas vəsaitlərin uçotunun aparılması:
– Mal-materiala dair alış sənədlərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifarişlərinə uyğun olub-olmamasının yoxlanılaraq işlənməsi;
– Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması;
– Anbarlarla mütəmadi üzləşmələrin aparılması ;
– Aylıq inventarizasiyaların aparılmasının təşkili və onların aparılmasında iştirak edilməsi, nəticələrin təhlil edilməsi və mal-material uçotuna lazımi dəyişikliklərin edilməsi;
– Malgöndərənlərlə hesablaşmalın və  aylıq üzləşmələrin aparılması;
– Kassa və ezamiyyə sənədlərinin hazırlanması;
– Təh-təl şəxslərlə hesablaşmalar və onların uçotu;
– Tələb olunan hesabatların vaxtında və dəqiq hazırlanıb verilməsi.

Mühasib üçün tələblər:

– Ali iqtisadi təhsil;
– Müvafiq sahə üzrə ən azı 2-3 il ciddi iş təcrübəsi;
– 1C 8.2,8.3 proqramlarında yaxşı işləmə bacarığı;
– Ofis proqramlarında işləmə bacarığı;
– Yüksək analitik qabiliyyət, cəld işləmə bacarığı;
– İşə məsuliyyətli yanaşmaq, dəqiq və səliqəli işləmək, nizam-intizama riayət etmək;
– Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili bilikləri üstünlükdür)

Vakansiya şərtləri:
İş qrafiki:

– Bazar ertəsi – cümə: saat 9:00 – 18:00
– Şənbə:  saat 9:00 – 15:00

– Nahar ilə təmin olunma.

– Əmək haqqı:  800-1000 AZN

– 3 aylıq sınaq müddəti nəzərdə tutulur.

Vakansiyaya uyğun olan namizədlər  CV-lərinizi  / ünvanına  mövzu yerində “ Mühasib ” yazaraq göndərə bilərlərsiniz.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2000 AZN məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

MDSS sanksiyaVakansiya: Baş mühasib

Vəzifə öhdəlikləri:

• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;

• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əmək haqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək.

Baş mühasib üçün tələblər:

• Ali iqtisadi təhsil;
• Baş mühasib kimi iş təcrübəsi – 2 ildən artıq;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• MS Office proqramlarını bilməli;
• 1C 8.3  proqramı ilə yüksək səviyyədə işləmə bacarığı.

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-18:00
– Əmək haqqı: 2000 AZN-dən başlayaraq

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş mühasib” qeyd edərək CV formasını  / elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Vergi işçiləri təltif olunublar

posted in: Vergi, Xəbər | 0

Mayın 10-da Vergilər Nazirliyində vergi orqanlarında fəaliyyətinə görə xüsusi fərqlənən əməkdaşların dövlət mükafatları ilə təltif edilməsinə həs olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Mikayıl Cabbarov mükafatlandırma mərasiminin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü gününə təsadüf etdiyini bildirib və müstəqil dövlətin qurulması tarixində ulu öndərin rolunu bir daha xatırladıb.

Vergilər naziri vurğulayıb ki, ver­gi xid­mə­ti işçilə­ri­nin pe­şə bay­ra­mı ilə əlaqədar bir qrup vergi xidməti əməkdaşının medallarla təltif edilməsi barədə cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar onun vergi xidməti əməkdaşlarına göstərdiyi etimad və dəstəyin bariz təzahürüdür. Bu münasibətlə yüksək dövlət mükafatlarına layiq görülən əməkdaşları təbrik edən vergilər naziri, bu məsul və şərəfli işlərində onlara uğurlar arzulayıb.

Sonra Prezident cənab İlham Əliyevin sərəncamı ilə ölkədə biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsindəki səmərəli fəaliyyətinə və vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə vergi xidməti işçilərinin peşə bayramı ərəfəsində təltif olunmuş Vergilər Nazirliyinin bir qrup əməkdaşına ali dövlət mükafatları – “Vətənə xidmətə görə” ordeni, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə”, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim olunub.

Vergilər nazirinin müavini İlkin Vəliyev “Tərəqqi” medalı ilə, Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamentinin baş direktoru Azər Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə,  əməkdaşlar Elçin Namazlı, Elnur Yusifov, Nicat Həsənov, Fərid Hacıyev «Dövlət qulluğunda fərqlənməyə görə»,  Şöyüb Məmmədov, Azər Cəfərov, Asəf İmanov, Kamal İskəndərov «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif olunublar.

Bundan başqa Vergi siyasəti departamentinin  baş direktoru Samirə Musayeva, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi departamentinin  baş direktoru Məhəmməd Yunusov, əməkdaşlar Akif Osmanov, Rövşən Məmmədov «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə,  Elşən Rəhimli,   Maya Əliyarzadə, Fariz Yadigarov, Arzu Xəlilova «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif olunublar.

Tədbirdə həmçinin, vergi orqanında xidmət etdiyi dövrdə qüsursuz fəaliyyətilə fərqləndiklərinə görə vergilər naziri Mikayıl Cabbarovun əmri ilə təltif olunan bir qrup əməkdaşa Fəxri Fərmanlar təqdim ounub.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.