Bölgə üzrə Aparıcı mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya aparıcı mühasibVakansiya: Aparıcı mühasib 

İş yeri: Şabran şəhəri

İşəgötürən: Səba Şirkətlər Qrupu


Aparıcı mühasib üçün tələblər:

• Təhsil: Ali (Maliyyə və İqtisadiyyat üzrə)
• Təcrübə: Minimum 2 il (İstehsalat sektorunda olanlara üstünlük veriləcək)
• Dil: Azəri, İngilis, Rus (sərbəst danışıq)
• Komputer bilikləri: MS Office proqramları , 1C 8.3,
• Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;

Vakansiya barədə məlumat:

• Mühasibat uçotu,Vergi, DSMF və Statistika ilə bağlı əməliyyatları icra etmək;
• Vergi orqanları tərəfindən göndərilən sorğuları izlənilmək və cavablandırılmaq;
• Debitor və kreditorlarla qarşılıqlı üzləşmələr aparmaq;
• Gündəlik və aylıq hesabatlar tərtib etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək

İş şəraiti:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Son tarix: 26.05.2019

Müraciət etmək üçün CV-lərinizi   / ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu halda ƏDV öhdəliyi necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

Əlavə Dəyər VergisiSual: Qeyri-rezident müəssisələrə internet üzərindən IT xidməti göstəririksə Əlavə Dəyər Vergisi öhdəliyi necə hesablanır?

Cavab: Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi xidmətləri zamanı xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer hesab olunur.

Sorğunuzda qeyd olunan xidmətlər rezident müəssisə tərəfindən qeyri-rezident şəxslərə gösətildiyini nəzərə alaraq, həmin xidmətlərin ixracı hesab olunur və Əlavə Dəyər Vergisi-nə 0 dərəcə ilə cəlb olunur.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Nəzarət-kassa aparatının online qeydiyyatı və qeydiyyatdan çıxarılması

posted in: Xəbər | 0

Nəzarət-kassaXidmətin adı: Nəzarət-kassa aparatının online qeydiyyatı və qeydiyyatdan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 16.1.8 və 24.0.6-cı maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 28.12.1995-ci il tarixli 266 nömrəli Qərarı

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının online qeydiyyatı və qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: 

– Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla) 

– vergi borcu olduqda 20 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hesabat verməyənlər üçün qanunvericilikdə çox ciddi sanksiyalar nəzərdə tutulub

posted in: Xəbər | 1

Apellyasiya Şurası“ Hesabat verməmək qanun pozuntusudur, bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində çox ciddi sanksiyalar nəzərdə tutulub”.

Bunu Vergilər Nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, bizdə kənd təsərrüfatı ilə bağlı bəzi məsələlər hələ də açıq qalmaqdadır:

“Təxminən, 20 ildən artıqdır bu sektor yalnız torpaq vergisindən başqa digər vergilərdən azaddır. Bu güzəştlər bir növ onunla nəticələndi ki, insanlar düşünməyə başladı, “vergi ödəmirəmsə, niyə hesabat verməliyəm?” Hesabat verməmək qanun pozuntusudur, qanunda var.
Bununla bağlı çox ciddi sanksiyalar nəzərdə tutulub. Düzdür, bu sanksiyalar kənd təsərrüfatına münasibətdə 2020-ci ilin yanvarın 1-dən tətbiq edilməyə başlayacaq.

Amma bu gündən biz onları başa salmağa, kənd təsərrüfatında uçot məsələlərini səhmana salmağa çalışırıq. Bundan sonra da bu sahədəki vergilərdən azadolma 5 il müddətində uzadıldı. Heç kəs düşünmür ki, kimsə cənab Prezidentin imzaladığı sənəddə göstərilən 5 ildən tez müddətdə vergiyə cəlb edilsin. Buna ehtiyac da yoxdur. Çünki bu sektorun inkişafı üçün belə tədbirləri biz yəqin ki, bundan sonra da davam etdirəcəyik. Amma uçot olmalıdır. Bu nə deməkdir – məhsul istehsal edənlər vergidən azaddır, amma onun satışı ilə məşğul olanlar vergidən azad deyil. İstehsalçılar nə qədər məhsul istehsal etdiyini göstərmədiyi təqdirdə, digərləri uçotdan-vergidən yayınmağa şərait əldə etmiş olurlar”.

Nazir müavini bəzilərinin onları yaxşı başa düşməməsindən də şikayətlənib:

“Təəssüf ki, bəziləri bizi yaxşı başa düşmür. Amma vergi orqanları öz işini dərin iqtisadi təhlillər əsasında qurur. Bizdə hamı öz işini bu üslubda qurur. Uyğunsuzluq müəyyən edildikdə bu vergi ödəyicisinə göndərilir və müvafiq sənədlərin təqdim edilməsi tələb olunur. Ola bilər bu texniki xəta, yaxud mühasib səhvindən baş versin. Bəzən bu bilərəkdən olur”, – deyə S.Ələkbərov əlavə edib.

Qeyd edək ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir. Buna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır.

Lakin istehsalçı istehsal etdiyi kənd tərəsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir. Həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir. Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alğı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq edilmir.

Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 2 faiz dərəcə ilə hesablanır. Gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim edilmiş mallara görə əldə olunan gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxılmaqla qalan fərqdən vergidən azad olunan hissə (gəlirin 75 faizi) də çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödənilir. Bununla yanaşı, bazarlarda, yarmarkalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabat blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 1999-cu ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.