“ASAN Xidmət”in səlahiyyətləri artırıldı

posted in: Xəbər | 0

“ASAN Xidmət”in səlahiyyətləri artırıldı

Prezident İlham Əliyev “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda və “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Bununla da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyət verilib.

Dəyişikliyə əsasən, Əsasnamənin 6.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilib.

Bundan sonra aşağıdakı məlumatları “ASAN Xidmət” portal vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən elektron sistemə ötürülməsini təmin edəcək:
  • Mənzili güzəştlə əldə etmək istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
  • Mənzili güzəştlə əldə etmək istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;
  • Mənzili güzəştlə əldə etmək istəyən şəxsin (birgə borcalanın) iş yerini təsdiq edən məlumatlar;
  • Mənzili güzəştlə əldə etmək istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;
  • Mənzili güzəştlə əldə etmək hüququna malik olan şəxslər barədə məlumatlar.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1700 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Baş mühasib VakansiyaVakansiya: Baş mühasib

İşəgötürən: Beta Azerbaijan

  • Şəhər: Bakı
  • Yaş: 30 – 50 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – şənbə: 08:30-dan 18:00-dək
– Bazar günü istirahət günüdür
– Nahar şirkət tərəfindən verilir

Baş mühasib üçün tələblər

– Qadın namizəd
– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması

CV-lərinizi foto ilə birlikdə  ünvanına Baş mühasib başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.
Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Azərbaycanda operativ vergi yoxlamaları tamamilə dayandırılıb”

posted in: Vergi, Xəbər | 0

“Azərbaycanda operativ vergi yoxlamaları tamamilə dayandırılıb”

vergi yoxlamaları“Bu ilin ilk 4 ayında dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə proqnoza nisbətən 270 milyon manatdan artıq vergi daxil olub”.

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, artım növbəti dövrdə də davam etdiriləcək:

“Cənab Prezident də Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirmişdi ki, büdcəyə 150 milyon manat artıq vergi daxil olub. Aprel ayının artımı ilə bu rəqəm daha da yüksəlib. Biz gələcəkdə də bu artımın daha da yüksəlməsinə çalışacağıq. Bunun da bir neçə səbəbi var. Bu gün səyyar vergi yoxlamaları demək olar ki, keçirilmir. Yalnız köhnədən olanların davamı aparılır. Operativ vergi yoxlamaları tamamilə dayandırılıb”.

Nazir müavini bildirib ki, bunun qarşılığında vergi daxilolmaları artıb:

“Bir neçə ildir ki, nəzarət tədbirlərinin sayını azaltmağa çalışırıq, sanksiya və digər cəza tədbirlərini tətbiq etməkdən çəkinirik, amma kimsə düşünürsə ki, bu heç olmayacaq, o yanılır. Çünki vergi orqanının əsas vəzifəsi nəzarətdir. Nəzarət olan yerdə də sanksiya olacaq. Son bir neçə ildə yoxlamaların sayının minimuma endirilməsi bəzi xoşa gəlməyən sualların da yaranmasına səbəb oldu. Biz cəzasızlıq mühiti formalaşmağa başladıq. Amma mütəmadi olaraq tədbirlər görülür. Hələlik cəza tədbirləri azdır. Hazırda əsasən maarifləndirmə, təbliğat yolu ilə onları haqq yoluna dəvət etməyə çalışırıq. Nəticələr var. Bəziləri deyir ki, “gördünüz?! Siz nəzarəti dayandırdınız bu oldu”. Amma bu doğru yanaşma deyil”.

S.Ələkbərov təmsil etdiyi Nazirliyin vergi daxilolmalarını artırmaq üçün bir sıra səmərəli metodlardan istifadə etdiyini açıqlayıb.

“Onlardan birincisi uçotun dürüstləşdirilməsidir. 2017-ci ildən etibarən elektron qaimə-fakturalar tətbiq olunur. 2018-ci ilin yanvarın 1-dən etibarən isə bu hamıya şamil edilib. Düzdür buna tam nail ola bilməmişik, amma proses gedir. Digər məsələ onlayn nəzarət-kassa aparatları ilə bağlıdır. Bəziləri hesab edir ki, yanvarın 1-dən qanun qüvvəyə mindikdən sonra elektron nəzarət-kassa aparatları quruldu və bununla da məsələ bitdi. Amma elə deyil. Bilirsiniz ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qrafik var. Ona uyğun olaraq ilkin iri ticarət mərkəzlərində, sonra yanacaqdoldurma məntəqələrində bu kassa aparatları quraşdırılacaq. Daha sonra digər obyektlərə keçiləcək. Elektron qaimə-faktura ilə onlayn kassa aparatlarının məlumatları arasında uyğunsuzluq olan kimi dərhal təhlillər başlayır”, – S.Ələkbərov əlavə edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mikayıl Cabbarov: “Vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir”

posted in: Vergi, Xəbər | 0

Mikayıl Cabbarov: “Vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir”


TELEGRAM KANALIMIZA ÜZV OLUN


vergi“2019-cu ildə əldə edilmiş nailiyyətlər bizə deməyə əsas verir ki, yanvarın 1-dən qüvvəyə minən vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir”.

Bunu İTV-nin “Diqqət mərkəzi” verilişində vergilər naziri Mikayıl Cabbarov deyib.

O, həmçinin bildirib ki, bu ilin ilk 4 ayında vergi proqnoz-tapşırığı uğurla icra edilib: “2019-cu illin ilk 4 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə edilən mədaxillər proqnoz-tapşırıqdan daha yüksək olub. Həm neft, həm də qeyri-neft sektorundan budcəyə daxilolmalar həm 2018-ci ilin eyni dövrü ilə müqayisədə, həm də plan-tapşırıqdan daha yüksək olub. I rübdə biz dövlət büdcəsinə vergi proqnozlarından 10,4% daha çox vəsait təmin etməyi bacarmışıq.

Ötən ilə nisbətən bu rəqəm 16,5% təşkil edirdi. Aprel ayında da bu dinamika qorunub saxlanılıb. Artımlar müvafiq olaraq 111% və 18%-dir. Qısa desək islahatların ilkin nəticələrini müşahidə etməkdəyik”.

Mənbə: report.az

Bax: Aşağı əmək haqqı verən sahibkarlar cərimələnəcək

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.