Xidmətin göstərildiyi yerin müəyyənləşdirilməsi

posted in: Vergi, Xəbər | 0

Təsis vergi öhdəliyiƏDV məqsədləri üçün görülən işlərin, göstərilən xidmətlərin yerindən asılı olaraq vergitutmanın ayrı-ayrı halları tətbiq edilir. Bəzən elə əməliyyat olur ki, o, faktiki olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirilir. Lakin Vergi Məcəlləsinə görə, həmin əməliyyat Azərbaycan Respublikasında həyata keçirilmiş sayılır və vergiyə cəlb edilir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 159.2-ci maddəsində qeyd olunur ki, əgər xidmətlər Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, o zaman bu əməliyyatlar ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır. Məsələn, tutaq ki, ƏDV qeydiyyatında olan Azərbaycan Respublikasının rezidenti “A” MMC hər hansı hüquqi məsələlərlə bağlı Türkiyə Respublikasının rezidenti olan bir şirkətdən İstanbul şəhərində hüquq xidməti alır.

Xidmətlər faktiki olaraq respublika xaricində göstərilsə də xidmətlərin alıcısı olan “A” MMC Azərbaycan Respublikasında qeydiyyatda olduğu üçün bu əməliyyat respublika daxilində həyata keçirilmiş əməliyyat kimi vergi tutulan əməliyyatlara daxil edilir. Bu halda, Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq, qeyri-rezidentin göstərdiyi xidmətə görə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir.

Başqa bir misal: Marketinq, reklam xidmətləri fəaliyyəti ilə məşğul olan “A” MMC Türkiyə Respublikasının rezidenti olan bir müəssisə ilə müqavilə bağlayır və şirkətə istər ölkə daxilində, istərsə də ölkə xaricində həmin şirkətin məhsulları üçün reklam və marketinq xidmətləri göstərir. Bu halda, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, bu əməliyyat xidmətlərin ixracı sayılır və “0” dərəcə ilə ƏDV-yə cəlb edilir.

Daşınan əmlakla bağlı xidmətlərin göstərilməsinə dair başqa bir misal. Fərz edək ki, xüsusi təyinatlı nəqliyyat vasitələrinin təmiri üzrə ixtisaslaşmış AR rezidenti olan “A” MMC Rusiya Federasiyasından sifariş qəbul edir. Cəmiyyət nəqliyyat vasitələrinin təmiri ilə bağlı xidmətlərini, faktiki olaraq, Moskva şəhərində göstərir. O, göstərdiyi xidmətin dəyərini 15.000 ABŞ dolları müəyyən edir və ödənişlə bağlı lazımi sənədləşməni müştəriyə göndərir. Vergi Məcəlləsinin 168.1.2-ci maddəsinə əsasən, göstərilən xidmətlər daşınan əmlakla bağlı olduqda xidmətlərin faktiki göstərildiyi yer əsas götürülür. Bizim misalda bu xidmət Məcəllənin 168.1.2-ci maddəsinə uyğun olaraq respublika xaricində göstərildiyinə görə, bu əməliyyat ƏDV məqsədləri üçün vergitutma obyekti deyildir. Belə olan halda, həmin əməliyyatdan əldə edilən gəlir yalnız mənfəət vergisinə cəlb olunacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Uşaq pulu bərpa edilməlidir

posted in: Xəbər | 0

Uşaq pulu bərpa edilməlidir

Mühasibat qanunvericiliyinin pozulması“Azərbaycanda uşaq pulu bərpa edilməlidir. Bu, minimum 6 yaşadək uşaqlara aid olmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu, çox vacibdir: “Belə olan halda sıxıntılar aradan qaldırılar, müəyyən ailələr bundan yararlanar. Nəzarət etmək lazımdır ki, bu maliyyə uşağa xərclənsin”.

Deputat ailə himayəsindən məhrum olan uşaqlara qayğı göstərilməsi üçün Aliment Fondunun yaradılmasını təklif edib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib

İşəgötürən: “Kredit Evi” MMC

  • Şəhər: Bakı
  • Yaş: 20 – 30 yaş
  • Təhsil: Natamam ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Səfərli Aynur
Vakansiya barədə məlumat

– Aylıq hesabatların tərtib olunması
– Ciddi hesabat blankları ilə iş
– 1C əməliyyatlarının aparılması
– Kartlar ilə iş
– Rəhbərlik və baş mühasib tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
– Təşkilatın fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək
– İş vaxtı: həftə içi, 09:00-dan 19:00-dək, şənbə günü 10:00-dan 13:00-dək


 TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasib üçün tələblər

– Yaş həddi: 20-30 yaş
– Cins: Qadın
– Təhsil: Natamam, Ali və Ali təhsil
– İş təcrübəsi: 1 ildən yuxarı ( bu sahədəhə iş təcrübəsi olanlara üstünlük verilir)
– Bank sahəsində mövcud olan qanunvericiliyi (mühasibatlıq və əməliyyat sahəsi üzrə) bilmək
– Kompüter bilikləri: 1C, Microsoft Office (xüsusi ilə Excel proqramını daha dərin bilənlərə üstünlük verilir), Outlook Express, Internet Explorer)
– Verilən tapşırıqları məsuliyyətlə yanaşmaq bacarığı
– Komandada işləmə bacarığı
– Gərgin iş rejimində işləmə bacarığı
– Səbrli, təmkinli, gülərüz, nəzakətli, səbrlə dinləyə bilən, stresə davamlı və ünsiyyət qurma bacarığı yüksək olan xanımlar

Tələblərə cavab verən şəxslər şəkilli CV-ni  /  ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Mühasib). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib

Vahid büdcə təsnifatı“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 94 və 100 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli 130, 133, 135 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci və 4.3-cü bəndlər ləğv edilsin.

2. 5-ci hissədə “Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatının tətbiqinə başlanıldığı tarixdən etibarən” sözləri “2020-ci il 1 yanvar tarixindən” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə:

3.1. 1.1.4.6.1.0-cı yarımbənddə “torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkanda reklamın yayımı üçün” sözləri “daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı” sözləri ilə əvəz edilsin;

3.2. “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”nin 1.1.4.6-cı yarımbəndindən “dövlət və bələdiyyə torpaqlarında, binalarında və digər obyektlərində” sözləri çıxarılsın.

4. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” üzrə:

4.1. altıncı sətirdə “Ali və yuxarı icra hakimiyyəti orqanlarının fəaliyyəti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” sözləri ilə əvəz edilsin;

4.2. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

4.2.1. 1.1.0-cı paraqrafda “Ali və yuxarı icra hakimiyyəti orqanlarının fəaliyyəti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” sözləri ilə əvəz edilsin;

 4.2.2. 1.1.2-ci paraqraf aşağıdakı redaksiyada verilsin:

“1.1.2. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” paraqrafına Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və onun strukturuna daxil olan dövlət büdcəsindən maliyyələşdirilən tabeli qurumlar, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin saxlanılması xərcləri daxildir.”.

5. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).

Azərbaycan Respublikasının
Baş Naziri                           Novruz Məmmədov


Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı
Sıra

№-si

Baş kredit sərəncamçıları Kod
1 2 3
1. Azərbaycan Respublikasının Milli Məclisi 1101
2. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1102
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1201
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti 1202
5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 1203
6. Azərbaycan Respublikasının xaricdəki diplomatik

nümayəndəlikləri və konsulluqları

1204
7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 1205
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1207
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1208
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 1209
11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1210
12. Azərbaycan Respublikasının Vergilər Nazirliyi 1211
13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1212
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1213
15. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 1214
16. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 1215
17. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 1216
18. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 1217
19. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 1218
20. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1219
21. Azərbaycan Respublikasının Energetika Nazirliyi 1221
22. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 1223
23. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 1224
24. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 1225
25. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 1227
26. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1230
27. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1231
28. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 1232
29. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 1233
30. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 1235
31. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1238
32. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti 1239
33. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 1243
34. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 1244
35. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi 1245
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 1247
37. Yerli icra hakimiyyəti orqanları 1251
38. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 1252
39. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 1255
40. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət

Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

1256
41. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 1259
42. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi 1264
43. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 1265
44. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti 1268
45. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1269
46. Dənizkənarı Bulvar İdarəsi 1270
47. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 1272
48. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 1274
49. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək

Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti

1277
50. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 1278
51. Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil- Kooperativ Təsərrüfatı İdarəsi 1284
52. Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti 1285
53. Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi 1287
54. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 1289