Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib

Vahid büdcə təsnifatı“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 94 və 100 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli 130, 133, 135 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci və 4.3-cü bəndlər ləğv edilsin.

2. 5-ci hissədə “Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatının tətbiqinə başlanıldığı tarixdən etibarən” sözləri “2020-ci il 1 yanvar tarixindən” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə:

3.1. 1.1.4.6.1.0-cı yarımbənddə “torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkanda reklamın yayımı üçün” sözləri “daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı” sözləri ilə əvəz edilsin;

3.2. “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”nin 1.1.4.6-cı yarımbəndindən “dövlət və bələdiyyə torpaqlarında, binalarında və digər obyektlərində” sözləri çıxarılsın.

4. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” üzrə:

4.1. altıncı sətirdə “Ali və yuxarı icra hakimiyyəti orqanlarının fəaliyyəti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” sözləri ilə əvəz edilsin;

4.2. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

4.2.1. 1.1.0-cı paraqrafda “Ali və yuxarı icra hakimiyyəti orqanlarının fəaliyyəti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” sözləri ilə əvəz edilsin;

 4.2.2. 1.1.2-ci paraqraf aşağıdakı redaksiyada verilsin:

“1.1.2. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” paraqrafına Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və onun strukturuna daxil olan dövlət büdcəsindən maliyyələşdirilən tabeli qurumlar, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin saxlanılması xərcləri daxildir.”.

5. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).

Azərbaycan Respublikasının
Baş Naziri                           Novruz Məmmədov


Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı
Sıra

№-si

Baş kredit sərəncamçıları Kod
1 2 3
1. Azərbaycan Respublikasının Milli Məclisi 1101
2. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1102
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1201
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti 1202
5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 1203
6. Azərbaycan Respublikasının xaricdəki diplomatik

nümayəndəlikləri və konsulluqları

1204
7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 1205
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1207
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1208
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 1209
11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1210
12. Azərbaycan Respublikasının Vergilər Nazirliyi 1211
13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1212
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1213
15. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 1214
16. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 1215
17. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 1216
18. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 1217
19. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 1218
20. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1219
21. Azərbaycan Respublikasının Energetika Nazirliyi 1221
22. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 1223
23. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 1224
24. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 1225
25. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 1227
26. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1230
27. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1231
28. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 1232
29. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 1233
30. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 1235
31. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1238
32. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti 1239
33. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 1243
34. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 1244
35. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi 1245
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 1247
37. Yerli icra hakimiyyəti orqanları 1251
38. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 1252
39. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 1255
40. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət

Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

1256
41. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 1259
42. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi 1264
43. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 1265
44. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti 1268
45. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1269
46. Dənizkənarı Bulvar İdarəsi 1270
47. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 1272
48. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 1274
49. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək

Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti

1277
50. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 1278
51. Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil- Kooperativ Təsərrüfatı İdarəsi 1284
52. Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti 1285
53. Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi 1287
54. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 1289
55. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 1290
56. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət

Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti

1292
57. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi 1293
58. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 1294
59. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 1295
60. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti 1296
61. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti 1297
62. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 1301
63. Azərbaycan Respublikasının Ali Məhkəməsi 1302
64. Azərbaycan Respublikasının Baş Prokurorluğu 1311
65. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 1312
66. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) 1313
67. Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən məhkəmə hakimiyyəti orqanları 1314
68. Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən prokurorluq orqanları 1315
69. Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi 1316
70. Bakı Apellyasiya Məhkəməsi 1317
71. Gəncə Apellyasiya Məhkəməsi 1318
72. Sumqayıt Apellyasiya Məhkəməsi 1319
73. Şirvan Apellyasiya Məhkəməsi 1320
74. Şəki Apellyasiya Məhkəməsi 1321
75. Maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən məhkəmələr 1322
76. Azərbaycan Respublikasının Hesablama Palatası 1401
77. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 1402
78. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 1403
79. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti 1404
80. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası 1405
81. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 1406
82. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1407
83. Azərbaycan Milli Elmlər Akademiyası 1413